Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ qazisindən BDU rektoruna müraciət

Tarix: 10-01-2020 16:40     Baxış: 4201 A- / A+
Qarabağ qazisindən BDU rektoruna müraciət

Qarabağ qazisi, ehtiyatda olan kapitan, 48 il Bakı Dövlət Universitetində (BDU) fizika müəllimi işləyən Rəşid Əliyev sözügedən təhsil ocağının rektoru Elçin Babayevə məktub yazıb.

Manevr.az xəbər verir ki, rektora ünvanlanan məktubu tanınmış hüquqşünas Aslan İsmayılov ictimailəşdirib.

Hazırda Onkoloji Mərkəzdə kimyəvi terapiya alan Rəşid Əliyev BDU-dan ona heç bir yardım edilmədiyindən gileylənir:

“BDU-da 100 ilin yarısı qədər - tələbəlik illərindən bəri 48 il elmi fəaliyyət göstərirəm, 1999-cu ildə tərxis olunduqdan sonra BDU-ya köhnə iş yerinə qayıtsam da dəfələrlə müalicə almışam. Lazer barədə etdiyim təkliflərə heç bir adekvat şərait yaradılmadı. BDU-da lazerlərin yaradılması və tətbiqinin mühümlüyü barədə iş apardığım və ehtiyac içində yaşadığım bir vaxtda İran İslam Respublikasından əməkdaşlıq barədə təklif gəldi. BDU-nun razılığı ilə 2006-2008-ci illər bir şirkətdə çalışdım. Sonra İranın təhlükəsizlik xidməti "ETTELAAT" tərəfindən həbs edilərək, 1 il 10 ay zindanda qaldım və Prezident İlham Əliyevin və ictimaiyyətin səyi ilə 12 avqust 2010-cu ildə Azərbaycana qaytarıldım. Qayıtdıqdan sonra mənim elmi-texniki potensialımı reallaşdırmaq əvəzinə iş şəraitimi daha dözülməz etdilər. Bunlar azmış kimi 2012-ci il 31 yanvarda BDU-nə gedərkən ayağım sürüşərək yıxıldım və aldığım xəsarətlərə görə iki dəfə əməliyyat olundum. 40 gün reanimasiyada qaldım. Həm müharibədə, həm işdə, həm də həyatda aldığım travmalar öz işini gördü. Daxili qanaxma diaqnozu ilə Tibb Universitetinin Cərrahiyə Klinikasında ödənişli əsaslarla (4000 manat) qara ciyərin metastazı onkoloji xəstəlikdən əməliyyat edilmişəm. Mədə tamamən, qara ciyərin isə 2/3 hissəsi kəsilərək götürüldü. Hazırda ATU Onkoloji Mərkəzində 9 aydır ki, kimyəvi terapiya alıram. Bu prosedurlara indiyədək 20000 manat vəsait xərclənib. Xərclərin ödənməsində qohumlar və dostlar yardımçı olub. İllərcə çalışdığım BDU isə, yalnız 500 manat yardım etməklə kifayətlənib"...

Rəşid Əliyev Xocalı soyqırımından sonra N saylı xüsusi təyinatlı hərbi hissədə rabitə sistemini quraraq, Füzuli, Ağdam, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdə müharibə bitənə qədər vuruşub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar