Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkəmiz burada 20 hesabat dərc edib - Fərzəliyev

Tarix: 08-08-2018 22:03     Baxış: 2328 A- / A+
Ölkəmiz burada 20 hesabat dərc edib - Fərzəliyev


Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hasilat sənayesində şəffaflığın artırılmasında sosial şəbəkələrin rolu” layihəsi çərçivəsində Dövlət Neft Fondu Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin rəhbəri Fərid Fərzəliyevdən müsahibə götürüb.

Həmin müsahibəni təqdim edirik.

- Mədən sənayesində şəffaflıq təşəbbüsü hansı zərurətdən yarandı?


- Məlum olduğu kimi, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunmuş qlobal standartdır. Neft, qaz və mineral ehtiyatlarla zəngin olan bir çox ölkələrdə yoxsulluq, mübahisə və korrupsiya halları müşahidə olunur. “Resursların lənəti” adlanan bu hal çox vaxt şirkətlərin hökumətə təqdim etdiyi ödənişlər və hökumətin şirkətlərdən daxilolmaları sahəsində şəffaflıq və hesabatlılığın çatışmazlığı ilə səciyyəvi olur. MHŞT məhz bu sahədə çatışmayan şəffaflıq və hesabatlılığın təmin edilməsinə yönəldilmiş bir təşəbbüsdür.

- Azərbaycanın bu prosesdə iştirakını necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, Azərbaycan MHŞT-ni tətbiq etdiyi illərdə (2003-2017-ci illər) Təşəbbüs üçün ən çox töhvə vermiş və Təşəbbüsün tətbiqində ilklərə imza atan ölkə olub. Ölkəmiz MHŞT-yə daxil olan ilk ölkələrdən biri olub, ilk MHŞT hesabatını dərc etmiş və MHŞT-nin ilk tamhüquqlu üzv statusunu əldə edib. MHŞT tətbiq olunduğu illər ərzində ölkəmiz 20 hesabat dərc edib. Diqqətinizə çatdırım ki, 2005-ci ilin martında MHŞT üzrə 2-ci Beynəlxalq Konfransda MHŞT üzrə Beynəlxalq Məsləhətçi Qrupu (BMQ) yaradılmışdır və bu sahədə ilk olması və MHŞT-nin tətbiqində mühüm təcrübə qazanması nəzərə alınaraq, ARDNF-nin İcraçı direktoru, Azərbaycan MHŞT üzrə Komissiyanın sədri timsalında ölkəmiz BMQ-nin üzvü seçilib. Sonradan yaradılan MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə də 2006-2016-cı illər ərzində ölkəmiz dəfələrlə üzv seçilib. Azərbaycanın Təşəbbüsə verdiyi töhvə və təcrübəsi digər MHŞT üzv ölkələri tərəfindən hər zaman yüksək qiymətləndirilib. Dövlətimizin bu sahədə göstərdiyi fəaliyyəti nəticəsində ölkəmiz beynəlxalq mükafatlara layiq görülüb.

- Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı”na layiq görülüb. Bu mükafatın Azərbaycan üçün nə kimi əhəmiyyəti var?

- Öncə vurğulamaq istərdim ki, sözügedən hər iki mükafata ölkəmiz 2003-cü ildən MHŞT-nin uğurlu tətbiqi və hasilat sənayesində beynəlxalq şəffaflıq prinsiplərinə uyğun aparılan fəaliyyəti nəticəsində layiq görülüb. Bilirsiniz, “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə “BMT-nin Dövlət Qulluğu Mükafatı” və “MHŞT Mükafatı” ölkəmizdə şəffaflığın və hesabatlılığın təmin olunmasının əsas sübutlardandır. Sadalanan mükafatların Azərbaycan üçün ən böyük əhəmiyyəti ölkəmizin hər zaman beynəlxalq şəffaflıq prinsiplərinə əsaslanaraq apardığı fəaliyyətin nəticəsində dünya ictimaiyyətinin etimadının qazandığından və bu fəaliyyətinin yüksək qiymətləndirilməsindən ibarətdir.

- Qeyd olunur ki, Azərbaycan bu prosesdə ilk gündən aktiv iştirak edib. Belə olan halda 2017-ci ildə Beynəlxalq İdarə Heyəti Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə qərarını necə qiymətləndirmək olar?

- Bildiyinizi kimi, 2015-ci ildə baş tutmuş MHŞT üzrə Qiymətləndirmənin nəticəsində ölkəmizin MHŞT-dəki tamhüquqlu üzv statusu namizəd ölkə statusuna endirilib. 2015-ci ildən başlayaraq Azərbaycana MHŞT çərçivəsində qərəzli mövqe nümayiş etdirilmiş, MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin iclaslarında təşəbbüsün mandatına uyğun olmayan məsələlər müzakirəyə çıxarılmış, ölkəmizin MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin tələb etdiyi bütün islahedici tədbirlərin tam icra olunmağına baxmayaraq Azərbaycanın Təşəbbüsdə üzvlüyü dayandırılıb.

İdarə Heyətinin qərarından sonra Azərbaycan hökuməti bu qərarı ədalətsiz hesab edərək dərhal Təşəbbüsü tərk etdiyini, ancaq MHŞT prinsip və fəlsəfəsinə daim sadiq qalacağını elan edib. Mənim MHŞT-nin ölkəmizdəki tətbiqində 10 illik təcrübəm var idi və bu hadisələrin şahidi olaraq Beynəlxalq İdarə Heyətinin qərarını ədalətsiz hesab edirəm.

- 5 aprel 2017-ci il tarixli fərmanı əsasında Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyası təsis edilib. Komissiyanın fəaliyyəti barədə məlumat verərdiniz.

- MHŞT-ni rəsmi şəkildə tərk etdikdən sonra, 2017-ci il 5 aprel tarixində Azərbaycan Respublikası Prezidenti “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman (1315 nömrəli) imzalayıb. Bununla da, Hökumət Azərbaycanın MHŞT-yə və ya digər beynəlxalq təşəbbüsə üzv olub-olmamasından asılı olmayaraq, hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə bütün beynəlxalq səyləri dəstəkləyəcəyini və beynəlxalq standartların tətbiqini davam etdirəcəyini bəyan edib. Fərmana əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya (HSŞ Komissiyası) yaradılıb. HSŞ Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə HSŞ Komissiyasının Katibliyi (Katiblik) yaradılmış və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Fonduna həvalə edilib.

Yeni formalaşdırılmış HSŞ Komissiya dərhal və çox fəal şəkildə işə başlamış və ölkənin hasilat şirkətləri, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlarla hər bir tərəfə hasilat sənayesi üzrə fikir söyləməyə imkan yaradan məhsuldar əməkdaşlıq formalaşdırmağa nail olub. Komissiya 1 il ərzində 8 iclas keçirib. İclaslarda sadalanmış bütün maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.

Beləliklə, 2017-ci ilin sentyabr ayında HSŞ Komissiyasının Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərlə əməkdaşlığına dair Razılaşma sənədi imzalanıb, HSŞ üzrə Komissiya, vətəndaş cəmiyyəti, yerli və xarici hasilat şirkətləri nümayəndələrindən ibarət Hasilat Sənayesində Şəffaflıq üzrə ümumiləşdirilmiş hesabatın hazırlanması üzrə İşçi Qrupu yaradılıb, 2016-cı ili əhatə edən ilk HSŞ hesabatı dərc olunub və ümumiyyətlə, bütün cari məsələlər müzakirələrə çıxarılaraq öz həllini tapıb.

- 2016-cı il üzrə hazırlanmış hesabat əvvəlki hesabatdan nə ilə fərqlənir?

- Öncə vurğulamaq istərdim ki, bu HSŞ prosesində ərsəyə gələn ilk hesabatdır və bu hesabat beynəlxalq şəffaflıq prinsiplərinin tələblərinə uyğun hazırlanıb. 2016-cı ili əhatə edən HSŞ üzrə ümumiləşdirilmiş hesabatı fərqləndirən cəhədlər məlumatların daha dolğun, oxunaqlı və bəzi məlumatların daha geniş formada ictimaiyyətə çatdırılmasıdır.

Hesabatda hasilat sənayesinin idarə olunması qaydaları, o cümlədən kəşfiyyat və hasilat hüquqlarının verilməsi qanunları və prosedurları, hasilat sənayesi ilə bağlı hüquqi, inzibati və müqavilə çərçivələri, dövlətin bu sektoru idarə etməsi barədə institusional məsuliyyətləri haqqında məlumatlar ötən ilki hesabatlardan fərqli olaraq daha geniş şəkildə əks olunub. Həmçinin, lisenziyaların verilməsi və qeydiyyatı, benefisiar sahiblik və hasilat sənayesində dövlətin iştirakı haqqında məlumatlar yenilənmiş və ictimaiyyət üçün geniş izahlı formada hesabata əlavə edilib. 2016-cı ili əhatə edən Hasilat Sənayesində Şəffaflıq (HSŞ) Hesabatı 8 dekabr 2017-ci il tarixində açıqlanıb.

- Mədən sənayesi üzrə fəaliyyət göstərən şirkətlər hesbat verməkdə maraqlıdırlarmı? Bu sahədə hansısa problemlər yaşanırmı?


- Fərmandan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə Komissiya tərəfindən Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən bütün şirkətlər HSŞ-yə cəlb olunmuş və onlarla Komissiya arasında yuxarıda qeyd olunmuş Razılaşma imzalanmışdır. Şirkətlər üçün hər hansı hesabat öhdəliyi adətən əlavə yük olan iş kimi onlar tərəfindən qəbul edilsə də, şirkətlər anlayır ki indiki zamanda şəffaflıq trendləri yalnız hökumətlər üçün deyil nəticədə onların da imici üçün müsbət rol oynayır. Komissiya ilə şirkətlərin arasındakı Razılaşmaya uyğun olaraq HSŞ-də iştirak edən bütün şirkətlər 2016-cı ili əhatə edən HSŞ üzrə ilk ümumiləşdirilmiş hesabatın hazırlanması zamanı Komissiya tərəfindən müəyyən edilmiş hesabat formalara uyğun olaraq öz hesabatlarını təqdim ediblər. Hazırda da 2017-ci ili əhatə edən hesabatın hazırlanması üçün məlumatlar toplanmaqdadır və ümüd edirəm ki ciddi problem yaşamayacağıq.

- Hasilat sənayesində şəffaflığın təmin edilməsilə bağlı vətəndaş cəmiyyətilə əməkdaşlıq hansı səviyyədədir?

- Bildirmək istərdim ki, Komissiya yaradıldığı gündən onun üzvləri əsas tərəflərdən biri olan vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıqda yüksək maraq göstərirlər. HSŞ çərçivəsində Komissiya və vətəndaş cəmiyyəti arasında qarşılıqlı əməkdaşlığın qurulmasına dair dəfələrlə müzakirələr aparılıb və 2017-ci ilin iyul ayında Azərbaycan HSŞ üzrə keçiriləcək tədbirlərdə iştirak etmək niyyətində olan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrini əvvəlcədən tədbirlərlə bağlı məlumatlandırmaq və müvafiq sənədlərlə paylaşmaq məqsədi ilə məhz vətəndaş cəmiyyəti nümayəndələrinin təklifi ilə HSŞ Komissiyasının Katibliyi tərəfindən istənilən təşkilat və şəxs üçün açıq olan onlayn şəkildə maraq göstərən bütün nümayəndələr qeydiyyata alınıb.

Qeydiyyat üçün nəzərdə tutulmuş son tarixdən sonra Katibliyimizə müraciət edən nümayəndələr də qeydiyyatdan keçirilib və qeydiyyata alınmış bütün nümayəndlərin (hal-hazırda 44 nümayəndə) HSŞ fəaliyyətində birbaşa iştirak etmək və öz töhvələrini vermək üçün tərəfimizdən bütün imkanlar yaradılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar