Xəbər lenti
Virtual təcavüzdən necə qorunmaq olar?
İnternetdə təcavüz çox dəhşətli və qorxunc hadisədir. Bu, kompüteri söndürmək və getmək qərarı ilə həll olunmur. Bu cür hadisələrin virtual həyatda baş verməsinə baxmayaraq, onlar realda da qorxunc nəticələrə səbəb ola bilər. Bu hadisələrin qurbanları onların nüfuzuna endirilən zərbələrə və ya şəxsi təhlükəsizliyə görə psixoloji stresslər yaşaya bilər.
ABŞ əhalinin yarısı onlayn-təqibin qurbanı olublar. 66 faiz amerikalı internetdə qəddar və ya təhlükə yaradan davranışla qarşılaşıblar. Cavan qadınlar və cinsi azlığın nümayəndələri bu cür hücumlara tez-tez məruz qalan şəxslər sırasındadır.
İnternetdə təhqir və ya təhdid olunanda özünü gücsüz hesab edə bilərsən, ancaq emosional zədə ilə mübarizə aparmaq mümkündür. Biz bu hadisələrlə üzləşən şəxslərin vəkilləri ilə, ekspertlərlə, psixoloqlarla onlayn-təqiblərdən qorunmaq üçün müzakirələr aparırıq. Onların dediklərini sizə təqdim edirik.
Hər şey sənədləşdirilir
“Sən onlayn-təqibin mətninin surətini özündə saxlamalısan. Ya skrin-şot edin, ya da ki onları çapdan çıxarın. Bunlar hüquq-mühafizə orqanlarına və ya mülki iddiaya sübut üçün sənə lazım ola bilər.
Araşdırmalar zamanı səndən həmin mətnlərin surətləri istəniləcək. Hüquq-mühafizə orqanları ilə əlaqə saxlayın. Əgər siz yetkinlik yaşına çatmamısınızsa, mətnləri valideynlərinizə göstərin.
Provayderlərə hədələr haqqında məlumat verin və yaxud şərhləri qeyd edin”, – sosial şəbəkəyə intim foto və ya videoların yerləşdirilməsinə qarşı çıxan fəal, zərərçəkmişlərin vəkili, həkim Şarlotta Louz deyib.
Öz hüquqlarınızı müdafiə edin
“İnternetdə təcavüz digər qanun pozuntuları kimi, zərərçəkmişlərdə xəcalət hissi yaradır. Zərərçəkmiş rüsvayçılıq hissi ilə qarşılaşan zaman susacaq, cinayətkar isə qalib gələcək. Və ya əksinə, zərərçəkmiş susmadığı zaman qələbə qazana bilər. Ona görə susmayın.
Digərlərindən kömək və dəstək xahiş edin. Bu hücumlara qarşı durmaq üçün böyük səy göstərmək lazımdır. Bu cür hadisələrin qurbanlarının əskəriyyətinin “əl-qolu bağlanır” və internetdən itir”, – internetdə zərərçəkənlərə yardım göstərilməsi üzrə ixtisaslaşan vəkil Kendis Bleyn bildirib.
Günahkarı unudun
“Bəzən sizi təhqir edən insanlara dərhal cavab vermək istəyirsiniz. Mənim məsləhətim: qarışmayın. Günahkara və ya psixoloji problemi olan şəxslərə bu cür imkanlar yaratmayın. Çox vaxt dərhal cavab verən zaman zərərçəkmiş üçün vəziyyət gərginləşir”, – Kibertəcavüz, zərərçəkmiş və onların müdafiəsi üzrə ekspert Karla Franklin qeyd edib.
Özünüzü qoruyun
“Təqiblərdən qorunmaq üçün şəxsi təhlükəsizliyi artırmağa yönəlmişişlər görün. Bu cür hücumların qarşısını almaq üçün əsas məsuliyyət bizim üzərimizdədir, şahidlər bu məsələdə açar rolunu oynayır.
Qayğılarımızı polisin və ya sosial şəbəkə şirkətlərinin üzərinə ata bilmərik. Biz bir-birimizə güvənməliyik, onlayn təcavüzü məqbul sayan mədəniyyəti dəyişməliyik”, – “Hollaback! və Heartmob” platformalarının araşdırmaçı direktoru Emili May əlavə edib
Sizə kömək edə biləcək yerlər var
“Siz məişət zorakılığının dayandırılması üçün məxfilik və təhlükəsizlik texnikası üzrə milli birliyin vəsaitində lazımi informasiyalar əldə edə bilərsiniz. Heç kim internetdə təcavüzə layiq deyil.
Özünüzü bütün onlayn məkanda təhlükəsiz hiss etməlisiniz və əgər kimsə sizi təqib etsə, bununla mübarizə aparmaqda yardımçı olacaq yollar axtarın”, – “Sosial müdafiə şəbəkəsi” layihəsinin direktoru Erik Olsen deyib. (oxu.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar