Xəbər lenti
Sosial şəbəkələri bağlamaq, yoxsa nəzarət etmək?...
Şəbəkə iştirakçının problemi bütövlükdə sistemə yüklənir
Sosial şəbəkələrin insan həyatındakı rolu uzun zamandır ki, sosiloqlar tərəfindən müxtəlif istiqamətlərdə araşdırılır. Sosial həyatın bütün sahəsi sosiloqların araşdırma predmetidir. Artıq insan amili ilə bağlı istənilən tərəf bu məsələdə müzakirə olunur. Bir çoxları isə düşünür ki, sosial şəbəkə cəmiyyətdə zərərli vərdişlərə, düşüncələrə insanları sürükləyir ki, onların fəaliyyəti nəzarət altına alınmalıdır. Daha da irəli fikirli insanlar hesab edirlər ki, birdəfəlik bu məsələnin kökünü kəsək, heç baş ağrı olmasın. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Hadi Rəcəbli söyüş söyən, dövlətin əleyhinə təxribat aparan sosial şəbəkələrin nəzarətə götürülməsinin vacibliyi dönə-dönə vurğulayır. O, hesab edir ki, sosial şəbəkələrdə adamları qızışdıran qüvvələr dövlətin, xalqın əleyhinə olan insanlardır. Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə ümumiyyətlə sosial şəbəkələrdə normal adamların olmadığını düşünür və təklif edir ki, sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırılsın. Doğurdan da, bu hal real olaraq bu mümkündürmü, hüquq imkan verirmi, hansı hüquqi problemlərin yaranmasını şərtləndirəcək, cəmiyyət bunu həzm edə bilərmi, insanların həyatına hansı formada təsiri ola bilər və nəticələr hesablanıbmı kimi sualların yaranması mümkündür. Sosial şəbəkə sosioloji termin olaraq elə bir toplumdur ki, yer, məkan anlayışı bu qrupun əlaqələrini məhdudlaşdıra bilmir. O zaman, qanunla onun məhdudlaşdırılması necə mümkün olacaq? Qanunun qəbul olunub, dövrüyyəyə salınmasıyla iş bitmir, onun reallaşmasında yarana biləcək problemlər necə aradan qaldırılacaq?
İnsanların şərəf və ləyaqətinə hörmətsizlik etmək qəbul olunan deyil. Bunu əxlaq normaları və hüquq tənzimləyir. Bu səddi keçən insanlar həm qanun, həm də cəmiyyət qarşısında cavab verməlidirlər. Hüququn aliliyinin təmin olunmasından söhbət gedirsə, o zaman qanunu pozanlara qarşı mexanizm öz işini görməlidir. Bu isə, ümumilikdə, digərlərinin hüququnu pozmağa rəvac verə bilməz. Hüquq, birinin hüququnu bərpa etməklə digərinin hüququnu məhdudlaşdırmaq deyil. Beynəlxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəliklər necə olacaq?Onun dövlət üçün iqtisadi cərimələrini, siyasi təzyiqlərini görən düşünən varmı? Cəmiyyət üçün təhlükəli ola biləcək radikal addıma dövləti istiqamətləndirmək və oturduğun kürsüdən yararlanaraq bunu qanuniləşdirmək və belə bir təşəbbüslə çıxış etmək görən dövlətin, millətin mənafeyini düşünməkdirmi? Hər halda, millət vəkilləri dövlətə zərər ola biləcək nəticələrə gətirib çıxaracaq qanunun qəbulunun məntiqsizliyini, insanların sosial davranış və hərəkətlərinin məhdudlaşdırlımasının demokratik olmadığını bilməmiş deyillər.
Dövlətə qarşı çağırış və hərəkətlər də qəbul olunmazdır, qanunla da qadağandır və bunu pozanlar cəzalanmalıdırlar. Əməl və davranışlarının hüquqa zidd olduğu insanların nəzarətə götürülməsi, onların barəsində qanunamüvafiq qərarların verilməsi, ümumilikdə, səbəkələşmiş sistemin nəzarət altına alınması sadəcə mexanizm olaraq mümkün deyil. Şəbəkə iştirakçısı yerinə bütövlükdə sistemi yox saymaq nə dərəcədə məntiqlidir? Qlobal masştabda bir sistemin yasaqlanması görən necə mümkün ola bilər?
Sosial şəbəkələr informasiya mənbəyi, maraq obyekti, ünsiyyət vasitəsi, yaxın dost, asudə vaxtın keçdiyi virtual məkan və daha sadalamağığımız yüzlərlə səbəblərlə bağlı insanların özünü tapmasıdır. Sosial şəbəkələrdən düzgün, əxlaqi dəyərlər çərçivəsində, informasiya mübadiləsi aparan tələbələr, xaricdə yaşayan qohumları ilə əlaqə saxlayan insanlar normal deyilmi? Və ya qanunvericiliklə bağlı dəyişikliklərin baş verdiyini sosial şəbəkə üzərindən təqib edən sosial demokratlar necə normaldırmı? Bunun kimi faktları və konkret kəsimləri istənilən qədər sadalamaq olar, görən onların anormallığını nə şərtləndirir? Hər baş verən hadisəyə görə, bütövlükdə cəmiyyəti günahlandırmaqdansa, konkret fərdləri müalicə etmək daha doğru deyilmi? Bu barədə millətin vəkil bildiyi insanların mübarizə aparması üçün ictimai sifariş olmalıdır, yoxsa o kürsüdə oturanda bu sorumlulugun altında olduğunu bilməli, unutmamalıdır, o deputat?
İstənilən halda, cəmiyyətdə sosial şəbəkələrin bağlanması və onlara nəzarət olunmasıyla bağlı səslənən fikirlər reallıqla uzlaşmır. Globalizmə inteqrasiya yolu seçən, demokratik dəyərləri ümdə prinsip bilən, müxtəlif insan haqqlarıyla bağlı beynəlxalq təşkilatlar qarşısında öhdəliyi olan, hüquqi bazalarını məhz beynəlxalq hüquqa uyğunlaşdıran bir dövlət olaraq belə bir addımın atılması gerçəklikdən uzaqdır. Məsələ nəzarət altına götürülməkdən getsə belə, bunun mexanizmini işləyib hazırlamaq, onun praktikadakı tətbiqinin mümkünlüyü olduqca çətindir, bərabərində yeni problemlərin gətirəcəyi isə şəksizdir. Sosial şəbəkənin zərərli vərdişlərindən uzaq durulmasıyla bağlı təbliğatın genişləndirilməsi, vətəndaş və dövlət arasındakı bağın daha da gücləndirlməsi, radikallıq edən qrupların yenidən topluma və cəmiyyətə inteqrasiyası təmin olunarsa, nə şəbəkə, nə də onun bağlanmasını düşünmək kimi problemimiz olar….
Rövşən Rəhimli
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar