Xəbər lenti
Bu imtahan ləğv edildi, ödəniş geri qaytarılacaq

Bu barədə DİM-dən məlumat verilib.
Qeyd edilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətin diqqətinə çatdırılmış imtahan qrafikinə əsasən 4 dekabr tarixində BB vəzifə altqrupu və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının, 13 dekabr tarixində isə A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanının keçirilməsi nəzərdə tutulub.
Məlumata görə, 16 noyabr 2026-cı il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində dövlət qulluqçusunun dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün müvafiq sertifikat əldə etməsi ilə bağlı müddəa nəzərdə tutulmayıb. Bununla əlaqədar olaraq, 4 dekabr tarixində keçirilməsi nəzərdə tutulan dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı ləğv edilib. Bu imtahanda iştirak etmək üçün namizədlərin ödədikləri vəsait onların şəxsi kabinet hesablarına qaytarılacaq.
DİM-dən bildirilib ki, 4 dekabr tarixində BB vəzifə altqrupu və 13 dekabr tarixində A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanı zamanı namizədlərə Dövlət Qulluğu Məcəlləsinin qüvvəyə minmə tarixindən əvvəl müəyyən edilmiş proqram üzrə - qanunvericilik, informatika, Azərbaycan dili və məntiqi təfəkkürlə bağlı suallar təqdim ediləcək.
"İmtahan zamanı qanunvericilik proqramına aid test tapşırıqları Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin qüvvədən düşmüş “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunları ilə eyniyyət təşkil edən normaları ilə bağlı olacaq.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin 22.3-cü maddəsinə əsasən 2 il müddətinə qüvvədə olan “Dövlət qulluğu sertifikatı” veriləcək", - məlumatda qeyd olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































