Xəbər lenti
Ramiz Mehdiyevin qızının vəkili niyə həbs edilib? – Detallar
Ramiz Mehdiyevin qızının vəkilinin həbsinin təfərrüatı məlum olub.Manevr.az lent.az-a istinadla xəbər verir ki, vəkil Raman Abışov bir neçə gün əvvəl polis tərəfindən həbs edilib.
Məlumata görə, vətəndaşlardan biri bir neçə şəxsin əvvəlcədən razılaşaraq ondan müxtəlif vaxtlarda 70 min manat pul tələb etməsinin qarşısının alınması ilə bağlı polisə müraciət edib.
Hadisənin əsasında bir neçə il əvvəl başlanmış avtomobil alqı-satqı biznesi münasibətləri dayanır. Tərəflər arasında yaranmış pul mübahisəsindən sonra zərərçəkmiş şəxs borcunun qaytarılmasını tələb edib. Bundan sonra məsələ daha fərqli müstəviyə keçib.
Pulun alınması üçün vətəndaşa psixoloji təzyiq göstərilməsi, onun həbs ediləcəyi ilə hədələnməsi və hüquq-mühafizə orqanlarında yüksək vəzifəli şəxslərin bu məsələdə maraqlı olmalarının görüntüsünün yaradılması planlaşdırılıb. Bu sxemdə adı hallanan şəxslərdən biri Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili olmuş Raman Abışovdur. O özünü hüquq-mühafizə orqanlarında rəhbər vəzifəli şəxs kimi təqdim edərək vətəndaşa təzyiq göstərilməsində iştirak edib.
Lakin vətəndaşın polisə müraciətindən sonra məsələnin əsl mahiyyəti üzə çıxıb. Məlum olub ki, özünü hüquq-mühafizə orqanlarında rəhbər vəzifəli şəxs kimi təqdim edən şəxsin belə bir vəzifəsi və səlahiyyəti yoxdur, təqdim olunan şəxs və şəxslər real adamlar deyil. Beləliklə, vətəndaşa göstərilən təzyiqin və yaradılan “vəzifəli şəxs - general qohumu” görüntüsünün saxta olduğu aydınlaşıb.
Onlar əvvəlcə vətəndaşdan 40 min manat, daha sonra isə əlavə 30 min manat tələb edərək hədə-qorxu ilə ələ keçiriblər. Sonradan əlavə pul vəsaitləri tələb edərək onun həbsinə səbəb olacaq motivlərin ləğv olunmasına dair vədlər veriblər.
Diqqətçəkən məqamlardan biri isə Raman Abışovun ictimaiyyətə tanınan hüquqi təmsilçilik fəaliyyəti ilə bağlıdır.
Belə ki, o, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın əmlak məsələləri üzrə vəkili kimi də tanınıb.
Faktla bağlı polis idarəsində başlan cinayət işi çərçivəsində cinayətdə iştirak edən şəxslər saxlanılaraq həbs ediliblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































