Xəbər lenti
72 yaşlı sakin 11 ildir Gözlüquyu kəndində tək yaşayır - Şəkil
Türkiyənin Aksaray vilayətində 72 yaşlı Selami Salman 11 ildir tərk edilmiş kənddə tək yaşayır.Gözlüquyu kəndində vaxtilə 180 ailə məskunlaşıb. Lakin su mənbələrinin quruması və kəndin yüksəklikdə yerləşməsi səbəbindən sakinlər 11 il əvvəl başqa yaşayış məntəqəsinə köçüblər. Məlumata görə, dövlətin dəstəyi ilə həyata keçirilən köç zamanı Salman maddi imkansızlıq səbəbindən kəndi tərk edə bilməyib.
Yeddi uşaq atası olan 72 yaşlı kişi ikiotaqlı evində tək yaşayır. O, 14 il əvvəl həyat yoldaşını da itirib. Salman bütün gündəlik ehtiyaclarını özü qarşılayır. Kənddə yaşamaqdan narazı olmadığını bildirən yaşlı kişi burada özünü daha rahat hiss etdiyini deyib.
Onun sözlərinə görə, övladları, dostları və yaxınları vaxtaşırı kəndə gəlirlər, lakin onlar gedəndən sonra yenidən tək qalır. Salman gündəlik ehtiyaclarını qarşılamaq üçün hava şəraiti əlverişli olduqda motosikletlə Taşpınar, Karkın və Aksaray kimi ərazilərə gedir. Elektrik və su təminatının olduğunu bildirən Salman, su probleminin illər əvvəl vilayət rəhbərliyi tərəfindən həll edildiyini qeyd edib. milliyyət.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































