Sizin Reklam Burada
Xəbər lenti
11-11-2026
10-11-2026
09-11-2026
BÜTÜN XƏBƏRLƏR

DYP adından SMS göndərirlər, kart məlumatlarını ələ keçirirlər - Xəbərdarlıq

Tarix: 11-11-2026 15:52     Baxış: 434 A- / A+


Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
Bu barədə agentlikdən məlumat verilib.
Belə ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılması ilə bağlı saxta SMS mesajları göndərirlər. Mesajlarda yerləşdirilən keçidlər istifadəçiləri "ASAN Pay" elektron ödəniş portalının vizual olaraq eynilə təqlid edilmiş saxta veb-səhifələrinə yönləndirir.
Saxta səhifədə ilkin olaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının daxil edilməsi tələb olunur. Daha sonra guya törədilmiş yol hərəkəti qayda pozuntusu ilə bağlı həqiqi olmayan məlumatlar təqdim edilir. Cərimənin ödənilməsi adı altında isə bank kartının nömrəsi, bitmə tarixi və CVV/CVC kodu tələb olunur. Bu məlumatların təqdim edilməsi nəticəsində vətəndaşların bank hesablarındakı vəsaitlər mənimsənilə bilər.
Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşları bu cür fişinq cəhdlərinə qarşı diqqətli olmağa və aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırır:
Dövlət qurumları və rəsmi xidmətlər ödəniş və ya cərimə bildirişlərini xarici nömrələrdən (məsələn, müxtəlif ölkə kodları olan beynəlxalq nömrələrdən) göndərmir.
SMS və messencerlər vasitəsilə göndərilən naməlum keçidlərə daxil olmayın.
Məlumat daxil etməzdən əvvəl veb-səhifənin domen adının rəsmi mənbəyə aid olduğunu yoxlayın.
Şübhəli səhifələrdə bank kartı məlumatlarını və birdəfəlik təsdiqləmə kodlarını daxil etməyin.
Cərimə və yol hərəkəti qayda pozuntuları barədə məlumatları yalnız rəsmi dövlət resursları və "ASAN Pay" xidmətinin rəsmi kanalları (asanpay.az) vasitəsilə yoxlayın.
Bank kartı məlumatlarınızı saxta səhifədə daxil etdiyiniz halda dərhal bankınızla əlaqə saxlayaraq kartı bloklayın və hüquq-mühafizə orqanlarına məlumat verin.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar