Sizin Reklam Burada
Xəbər lenti
10-11-2026
09-11-2026
BÜTÜN XƏBƏRLƏR

İlahinin yer üzündəki əks-sədası - ANA

Tarix: 10-11-2026 14:54     Baxış: 357 A- / A+
Tural İbrahim
Yazıçı-publisist
Azərbaycan Yazıçılar Birliyi,
Azərbaycan Jurnalistlər Birliyi və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü


Kainatın səssizliyində elə bir qüdrət gizlidir ki, o, heç bir qanunla, heç bir fəlsəfə ilə ölçülmür. Bu qüdrət – Anadır. Tanrının öz yaratmaq sirrini, mərhəmətini və səxavətini insan övladına əmanət etdiyi yeganə körpüdür. Yer üzünün daşını-torpağını, ulduzların səmasını yaradan Tanrı, yeni bir cana nəfəs vermək qüdrətini məhz ananın ürəyinə yazmışdır. Hz. Məryəmdən Hz. İsanı var edən ilahi iradə, hər bir ana ilə bu yaradılış möcüzəsini yenidən dirildir.

Ana, Tanrının bu dünyadakı əli, gözü, qoruyucu kölgəsidir. Körpəsinin ilk nəfəsindən tutmuş, ömrünün sonuna qədər övladına ruzini daşıyan ilahi bir vasitəçidir. Hz. Məhəmməd  vasitəsilə "Cənnət anaların ayaqları altındadır" hökmünü buyuran uca əmr, təsadüfi deyil. Çünki cənnət  hüzurdur, təhlükəsizlikdir, sevginin ən saf zirvəsidir; və bu zirvə məhz ananın addım basdığı ocaqdadır.

Bir qadının ana olandan sonra keçirdiyi hisslər, kainatın yaranışından daha böyük bir möcüzədir. O, gecələri yuxusuz qalan, övladının üzündəki kiçik bir narahatlıq kölgəsindən bütün kainata savaş açan bir döyüşçüdür. Zəif görünən o zərif qollar, övladına gələn hər hansı bir bəlanın qarşısında poladdan bir qalxana çevrilir. Dünyanın bütün fırtınaları üstünə gəlsə, ana övladını qorumaq üçün özünü sipər edər. Bu, sadəcə bioloji bir instinkt deyil; bu, ruhun başqa bir ruhda əriməsi, ilahi məhəbbətin yer üzündəki təcəssümüdür.

Ancaq insanlıq bəzən bu böyük möcüzənin qədrini ancaq onu itirəndə anlayır. Varlığının dəyərini zamanında bilməyib itirənlər, ömürlük yetim qalırlar. Çünki dünyada hər şeyin əvəzi tapılar, hər itki bir şəkildə unudular, amma ananın yeri, o boş qalan baş tacı heç vaxt dolmaz.  Ananın duası, yer üzündə görünməyən hüceyrələri, kainatın gizli mexanizmlərini lərzəyə gətirən bir qüvvədir. Bir ananın "Allah səni qorusun" deməsi, milyardlarla mələyin həmin övladın ətrafında səngər qurması deməkdir.

Ey analar! Siz Tanrının şah əsərisiniz. Sizə tabe olmamaq, sevginizə qarşılıq verməmək  günəşin istiliyini inkar etmək kimidir. Sizin varlığınız bu dünyanın üzərindəki ən böyük məbəddir. Və bu məbədin hər daşı göz yaşları, hər sütunu isə səssiz fədakarlıqlarla hörülmüşdür. Nə qədər ki, analarımız sağdır, yer üzü hələ də mərhəmət üzərində dayanır. Onları qorumaq, dualarını almaq isə hər bir insanın bu dünyada edə biləcəyi ən uca ibadətdir.

Hz. Musanın anasının Nilə buraxdığı sandıq necə ki ilahi qoruma altına alındı, bu gün də hər bir ananın övladı üçün səmaya qaldırdığı əllər, səssizcə pıçıldadığı dualar görünməz bir qalxan olaraq övladlarını qoruyur. Ananın duası o qədər safdır ki, o, ən qaranlıq qapıları belə açmağa qadirdir.
Var-dövlətin, şöhrətin, dünyəvi hər şeyin bir gün mütləq itəcəyi bu dünyada ananın yeri  heç bir şeylə əvəz olunmayan, heç bir qızılın satın ala bilmədiyi tək sərvətdir. Onların qədrini sağ ikən bilək...

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar