Sizin Reklam Burada
Xəbər lenti
09-11-2026
08-11-2026
BÜTÜN XƏBƏRLƏR

İki aya mayordan general rütbəsinə yüksəldi - Foto

Tarix: 09-11-2026 20:34     Baxış: 329 A- / A+
Azərbaycanda gənc yaşda general rütbəsi alan şəxslərlərdən biri Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədovdur.
Manevr.az mətbuat.az-a istinadla xəbər verir ki, F.Məmmədov 34 yaşında general-mayor ali xüsusi rütbəsinə yüksəlib və onun vəzifə yüksəlişi qısa müddətdə baş verib.
Fuad Elxan oğlu Məmmədov 1992-ci ildə Bakı şəhərində anadan olub.
2008-2012-ci illərdə Bakı Dövlət Universitetində gömrük işinin təşkili ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə isə magistr təhsili alıb. 2012-2013-cü illərdə hərbi xidmətdə olub. 2015-ci ildə gömrük orqanlarında fəaliyyətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildə Azərbaycanın Belçikadakı Ümumdünya Gömrük Təşkilatında nümayəndəsi – gömrük attaşesi təyin edilib.
Prezident İlham Əliyevin 12 mart 2025-ci il tarixli sərəncamı ilə DGK sədrinin müavini vəzifəsinə təyin olunan Məmmədov həmin vaxt gömrük xidməti mayoru idi. O, cəmi iki ay sonra polkovnik rütbəsinə yuksəlib. 29 yanvar 2026-cı ildə isə ona gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.
Fuad Məmmədov intellektual kadr kimi tanınır. O, rus və ingilis dillərində sərbəst danışır.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar