Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu dərmanları baha satmaq mümkün olmayacaq - Siyahı

Tarix: 02-07-2024 19:26     Baxış: 388 A- / A+

Tarif Şurasının iyunun 29-da qəbul etdiyi qərarla dövlət qeydiyyatına alınmış və satış qiymətinin yuxarı həddi müəyyənləşdirilmiş dərmanların siyahısına may ayından sonra daha 115, son 1 ildə isə 717 dərman vəsaitinin adı daxil edilib.
Manevr.az xəbər verir ki, qiymət siyasətinin iki mühüm təsir istiqaməti var: birincisi, bütövlükdə iqtisadiyyata, biznes fəaliyyətinə və ikincisi, sosial vəziyyətə təsiri.
Qiymət siyasətinin iki hədəfindən biri işgüzar fəallıq, biznesin inkişafı üçün imkanları təmin etmək, ikinci hədəfi isə vətəndaşların sosial müdafiəsinin təşkil olunmasıdır. Sosial müdafiə sahibkarlığa məhdudiyyətlər yaratmamalı, paralel olaraq nisbətən zəif sosial təbəqələr azad bazar iqtisadiyyatının təzyiqindən qorunmalıdır.
Bununla belə sosial əhəmiyyət kəsb edən məhsulların qiymətlərinini də tənzimlənməsində sahibkarlar üçün bazarda rəqabət imkanları təmin edilir. Belə ki, məsələn, 2023-cü ilin iyulun 14-də “Dərman vasitələri haqqında” qanuna edilmiş dəyişiklik nəticəsində dərman satışında əvvəllər mövcud olmuş konkret-dəyişməz qiymətlər siyasəti dəyişdirilərək “topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi” konkret-dəyişməz olaraq müəyyənləşdirildi: “Dərman vasitələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir”.
Dərman vasitələrinin aşağı həddinin isə biznes maraqlarına uyğun olaraq azad şəkildə dəyişidirilməsinə icazə verildi. Yəni dərman vasitələrinin qiymətinin yuxarı həddi dövlət tərəfindən müəyyənləşdirilir, aşağı həddi isə sahibkarlıq subyektinin azad seçiminə buraxılır. Başqa sözlə, sahibkar daha ucuz məhsul tapmaq və alıcını cəlb etmək üçün daha ucuz satmaq üçün imkan yaradıldı.
Əsas ərzaq məhsulları ilə bağlı antiinflyasiya tədbirləri
Bütövlükdə isə hökumət anti-inflyasiya tədbirləri ilə bazarın tənzimlədiyi qiymətlərə də təsir edərək əsas qida məhsullarının qiymətinin sabitləşməsinə nail olub.
Nazirlər Kabinetinin 2022-ci ilin fevralın 21-də imzalanmış antiinflyasiya tədbirlərinin gücləndirilməsinə dair təxirəsalınmaz tədbirlərə dair Sərəncamından sonra görülmüş işlər nəticəsində qlobal inflyasiya təzyiqlərinə müqavimət təşkil olundu.
Antiinflyasiya tədbirləri bir tərəfdən əsas qida məhsullarının istehsalında və emalında istifadə olunan idxal məhsulları üzərində gömrük rüsumlarının ləğvini nəzərdə tutur, o biri tərəfdən daxili istehsalı stimullaşdırmaq üçün yerli sahibkarlara vergi, kredit, subsidiya və s. istiqamətlərdə əlverişli şərtlər formalaşdırmağı nəzərdə tutur.
NK-nın sözügedən Sərəncamında:
- minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması, həmçinin belə məhsulların yerli istehsalının stimullaşdırılması istiqamətində tədbirlər görülməsi;
- minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətləri və məhsullarına dair yeni mexanizmlərin yaradılması;
- minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsi;

- minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunması nəzərdə tutulur.
Sərəncamla habelə, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin və ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün nəzarət tədbirlərinin artırılması da nəzərdə tutulur.
İdxal inflyasiyasının təsirinin azaldılması məqsədilə idxal edilən və minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsi, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılması da antiinflyasiya tədbirləri sırasına daxildir.
Güzəştli kredit mexanizmi üzrə
Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli maliyyələşmənin tətbiqinə başlandı.
Kredit faizlərinin subsidiyalaşdırılması üzrə
Maliyyə xərclərinin azalması və nəticə etibarı ilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının maya dəyərinin aşağı salınması məqsədilə həmin sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən kreditlər üzrə kredit faizlərinin subsidiyalaşdırılması mexanizmi tətbiq olundu.
Nəzərdə tutulan şərtlər çərçivəsində 30,3 milyon manat kredit portfeli üzrə 2,5 milyon manat faiz subsidiyası ödənişi həyata keçirilib.
NK-nın “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında“Qərarının qəbul edilməsi hesabına yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradıldı.
Bu hüquqi bazanın yaranması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırıldı. Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş oldu. Bir daha qeyd etmək lazımdır ki, 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə də rüsum tətbiq edilmir. Bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir. Onu vurğulayaq ki, yem xərcləriinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70%-ə yaxın, mal əti və süd istehsalı üzrə isə 70%-dən çox təşkil edir.
Baza məhsullara hədəflənmiş bu antiinflyasiya tədbirləri minimum istehlak səbətinə daxil olan əsas ərzaq məhsullarının qiymətinə sabitləşdirici təsir edir, onları bazarın əks qiymət təzyiqi və təsirlərindən qoruyur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar