Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qurumuş ağac problemi: sadə işin mürəkkəb teoremi - ŞƏKİLLƏR

Tarix: 12-06-2024 16:39     Baxış: 3138 A- / A+
Bakıda ölüm saçan quru ağacların zərərsizləşdirilməsi barədə müraciətlərə niyə məhəl qoyulmur?

-Paytaxtın mərkəzində köküstə qurumuş ağac aşaraq bir nəfərin üzərinə düşüb. Yaxınlıqdakı insanlar yaşlı sakinə ilkin tibb yardım göstəriblər;
- Güclü külək nəticəsində yol kənarında qurumuş ağac yıxılaraq avtomobillərin üzərinə aşıb, xəsarət alanlar var, nəqliyyat vasitəsinə də ciddi ziyan dəyib...

Mətbuatda və sosial şəbəkərdə, televizya kanallarında bu cür xəbərlərə tez-tez rast gəlinir. Bakıda qurumuş ağaclar insanların həyatı üçün böyük təhlükə mənbəyi sayılsa da, sakinlər onları kəsməkdən qorxurlar. Daha doğrusu, vətəndaşların onların həyatına və ya əmlakına təhlükə yaradan quru ağacları kəsmək ixtiyarı yoxdur. Çünki hansı vəziyyətdə olmasından asılı olmayaraq, rəsmi qurumların icazəsi olmadan ağacları kəsənlərə cərimələr tətbiq olunur.

Paytaxt sakinləri xüsusilə küləkli havada qurumuş ağacların aşmasının dəfələrlə şahidi olublar. Lakin ömrünü başa vurmuş yaşıllıqları kəsməyə heç kəs cəhd etmir. Ta ki, öz-özünə aşaraq ətrafa ziyan vurana qədər. Belə hallarda sadə vətəndaşları üçün onları gözləyən təlükədən qorunmağın yeganə yolu qurumuş ağaclarıla bağlı rəsmi qurumlara müraciət etməkdən keçir. Müraciətin ünvanı isə bu qurumlardan ən azı biri olmalıdır: yerli bələdiyyələr, rayon icra hakimiyyəti, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, yaxud da Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Xeyli sayda xidmət təşkilatlarını özündə birləşdirən nazirlikdə isə istər qurumuş ağaclara, istərsə də yaşıllıqlara görə cavabdehliyi Ekoloji Ekspertiza Agentliyi daşıyır. Amma qurumuş ağacların səbəb olduğu qəzalarla bağlı hadisələr göstərir ki, bu məsələlərdə cavabdehlik daşıyan dövlət qurumlar üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirməkdə maraqlı deyil. Əksinə, qurumuş ağacların zərərsizləşdirilməsi ilə bağlı məsələyə səhlənkar yanaşma daha çox diqqəti cəlb edir. Bu, bədbəxt hadisələrə, hətta insan itkisinə gətirib çıxaran qurumuş ağacların ərazidən götürülməsinin yubadılmasında, yerlərdən daxil olan müraciətlərə adekvat reaksiyaların verilməməsində də özünü göstərir.

Manevr.az 
xəbər verir ki, koordinat.az paytaxtda qurumuş ağaclarıın kəsilərək ərazidən uzqlaşdırılması ilə bağlı mövcud vəziyyəti araşdırarkən xeyli maraqlı məqamlar üzə çıxıb. Məlum olub ki, binaların həyətində, parklarda, küçə və prospektlərdə insan sağlamlığına təhlükə yarada biləcək qurumuş ağacların kəsilməsinə razılığın verilməsi ilə bağlı sadə prosedurlar bilərəkdən mürəkkəbləşdirilərək müşkül işə çevrilir, vətəndaşlardan və ya digər nigaran tərəflərdən daxil olan müraciətlərə, necə deyərlər, barmaqrası baxılır. Cavabdeh qurumlar arasında yazışmaların aylarla davam etməsi isə günlərin birində qurumuş ağacların bədbəxt hadisəyə səbəb olması ilə nəticələnir. Bu cür səhlənkarlığın ilk zərbəsi isə yenə də yer üzünün əşrəfi sayılan insanlara, sadə vətəndaşlara dəyir.

Bəs, bu problemi necə həll etməli? Başqa sözlə, təhlükə yaradan qurumuş ağacların ərazidən götürülməsi ilə bağlı müraciətlərə baxılması qaydası necədir? Müraciətin cavablandırılması və təhlükənin aradan qaldırılması üçün konkret müddətlər müəyyən edilibmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyindən sorğumuza verilən cavabdan da aydın olur ki, qurumuş ağacların kəsilməsi və ya köçürülməsi elə də asan məsələ deyil. Bu məsələdə əsas cavabdeh qurumlar yerli bələdiyyələr və icra hakimiyyətləridir: “Torpaq mülkiyyətçiləri olan bələdiyyə, yerli və mərkəzi icra hakimiyyəti orqanları mütəmadi olaraq öz ərazilərində olan yaşıllıqların vəziyyəti ilə bağlı monitorinqlər keçirməli, qurumuş, xəstə, qəzalı ağac və kolların götürülməsinə rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət etməlidirlər. Bundan sonra agentliyin əməkdaşları ağacın yerləşdiyi əraziyə göndərməli, əvəzinə yenisinin əkilməsi şərti ilə mövcud ağacın kəsilməsi və yaxud köçürülməsi barədə rəy verilməlidir. Həyata keçirilmiş prosedurlardan sonra verilmiş qərarın icrası üçün müvafiq rayonun Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilməlidir”.

Vətəndaşlardan daxil olan müraciətlərə baxılması qaydalarına gəlincə, Dövlət Ekoloji Ekspertiza Agentliyindən bildiriblər ki, fərdi şəxslər təhlükə törədə biləcək qurumuş ağaclar gördükdə bu barədə inzibati ərazinin sahibinə, yəni yerli bələdiyyə orqanına və ya icra hakimiyyətinə məlumat verməlidir. Həmin qurumlar isə öz növbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək qurumuş ağacların götürülməsi razılıq barədə rəy almalıdırlar: “Nazirliyin müvafiq əməkdaşları tərəfindən sözügedən ağaclara baxış keçirilir və onların götürülməsinə müsbət rəy verildikdə mərkəzi, yerli icra hakimiyyəti orqanları və ya bələdiyyələr tərəfindən qərar verilərək yaşıllığın götürülməsi vərəqi əsasında ağac və kolların götürülməsi, yaxud köçürülməsi təmin edilir. Bu məqam da unudulmamalıdır ki, götürülən hər bir ağacın əvəzinə yenisinin əkilməsi şərti ilə icazə verilir”.

Günel KAZIMQIZI


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar