Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatdan kəlbəcərlilərə ŞAD XƏBƏR: İlin sonunadək bu ərazilərə beş min…

Tarix: 02-05-2024 20:47     Baxış: 3174 A- / A+
Baş nazir Əli Əsədov bu gün Kəlbəcər rayonu ilə bağlı qərar imzalayıb. Həmin qərarla Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.
Maraqlıdır, Baş planda nələr əks olunub, gələcəkdə Kəlbəcərdə hansı layihələr icra olunacaq, indiyə qədər nə işlər görülüb? Tikinti-quruculuq işləri hansı əraziləri əhatə edib?

Manevr.az-ın məlumatına görə, 123 saylı Kəlbəcər Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Aqil Məmmədov mövzu ilə bağlı Medianews.az-a bildirib ki, Kəlbəcər şəhərinin Baş planının təsdiqindən öncə də orada tikinti işlərinə başlanılıb.

Millət vəkilinin sözlərinə görə, ilin sonuna qədər beş minə yaxın vətəndaşımızın doğma yurdlarına qayıdışı gözlənilir: Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması xəbəri kəlbəcərli deputat kimi məni də sevindirir. Kəlbəcər şəhəri dəniz səviyyəsindən 3 min metr yüksəklikdədir. Dağlıq ərazidə yerləşən bir bölgədir. Belə füsunkar bir şəhərin ərsəyə gəlməsini səbirsizliklə gözləyirik. İnanıram ki, bu böyük marağa səbəb olacaq. Hər birimiz layihədə nəzərdə tutulan işlərin uğurla həyata keçiriləcəyinə inanırıq. Bununla belə, artıq 4-5 mərtəbəli binalar  tikilməkdədir və tamamlanma işləri aparılır. Eyni zamanda, 960 yerlik, müasir standartlara cavab verən məktəbin tikinti işləri davam edir. Bu ilin sonuna qədər Kəlbəcərə köç nəzərdə tutulur. Prezident İlham Əliyev 2024-cü ildə beş yeni şəhərə köçün olacağını vurğulayıb. Ümumiyyətlə, bu istiqamətdə işlər davam edir. Məsələn, sudoldurma zavodunun tikintisi artıq yekunlaşır. Sanatoriyanın inşası uğurla davam edir. Baş planın məhz 2040-cı ilə qədər dövrü əhatə etməsində Prezidentimizin perspektiv planları var. Əhalinin artımı və şəhərin böyüməsi diqqət mərkəzində saxlanılır”.

Deputat A.Məmmədov əlavə edib ki, Kəlbəcərdəki bütün kəndlərdə infrastrukturun tam bərpa olunması müəyyən çətinliklər yarada bilər: “Əvvəllər Ağdərə rayonunun yeddi kəndi Kəlbəcərə birləşdirilmişdi. Amma, hazırda Ağdərə bərpa olunub və o kəndlər yenidən rayonun tərkibinə keçib. Kəlbəcərdə bir şəhər, bir qəsəbə, 145 kənd olub. Sözügedən kəndlərin bir çoxu ucqar, relyefi çətin olan ərazilərdə yerləşir və 40-50 ailədən ibarətdir. İnfrastrukturun bərpa edilməsi üçün o kəndlərin hər birinə qaz, su və yol  çəkilməlidir. Hər bir kənddə tibb məntəqəsi, mədəniyyət evi, məktəb və sair olmalıdır. Bütün bu amillər nəzərə alınaraq, perspektivdə bir neçə kənd yenidən qurulan bir yaşayış məntəqəsində də cəmləşdirilə bilər. Düzdür, hələlik bu barədə rəsmi açıqlama yoxdur. Amma bunun bu formada davam etməsi, məncə normaldır”.

Millət vəkili vurğulayıb ki, Qarabağın bəzi bölgələrində, eyni zamanda Kəlbəcərdə də torpaq bölgüsü aparılmalı, rayon sakinlərinə pay torpağı verilməlidir: “İşğaldan azad olunan bölgələrimizin torpaq islahatı hazırlanmayıb və aparılmayıb. Düşünürəm ki, sözügedən tədbirlərin olacağı təqdirdə, kəndlərdə olan torpaq sahələrinin əzəli sakinlər arasında bölünməsi, onlara əkin-biçin üçün pay torpağının verilməsi daha məqsədəuyğundur. Buna yerli camaat da etiraz etməz. Bərpa olunmayan, hansı ki, birləşdirilməsi nəzərdə tutulan kəndlərimiz var, onların ərazisindəki torpaq sahələrinin əzəli sakinlərə verilməsi daha yaxşı olardı”.

Vüqar MƏMMƏDOV

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar