Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Zarat adı Qurandan götürülüb

Tarix: 10-04-2024 10:04     Baxış: 3584 A- / A+
Zarat (Siyəzən) Vkipediyasında (https://az.wikipedia.org/wiki/Zarat_(Siy%C9%99z%C9%99n) qeyd edilir ki, Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar. Göründüyü kimi “Ziraət” sözündən “Zarat” sözü alınmır. Yalnız “Zrat”, “Zirat” və “Zirət sözləri alına bilir.
“Zarat” sözü bizim araşdırmalarımıza görə Quranın* 51-ci “Əz-Zariyat” surəsinin adından götürülüb. “Zariyat” sözünün ərəbcə mənası “sovurub-dağıdan küləklər” mənasını verir.

Rəbbimiz “Əz-Zariyat” surəsinin 1-5-ci ayələrində yazır:
1.(Toz-torpağı) sovurub-dağıdan küləklərə;
2. Yağış yüklü buludlara;
3. Asanlıqla üzüb gedən gəmilərə;
4. Və ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun ki,
5. Sizə vəd olunan (qiyamət) həqiqətdir (mütləq vaqe olacaqdır).
4 və 5-ci ayələrdən aydındır ki, Allah qiyamətin həqiqət olması barədə yağış yüklü buludlar (2-ci ayə), asanlıqla üzüb gedən gəmilərlə (3-cü ayə) yanaşı, sovurub-dağıdan küləklərə (1-ci ayə) and içir. 

Məhz bu səbəbdən 1-3-cü ayələrin sonu nöqtə-vergüllə (;) bitir. “Zariyat” sözündən leksikonda asanlıqla (iy ötürülməklə) “Zarat” sözü alınır. Həqiqətən dəniz kənarında yerləşən Zarat (Siyəzən) üçün (Toz-torpağı) sovurub-dağıdan küləklər xarakterik bir iqlim əlamətidir. Qeyd
etmək lazımdır ki, Zarat adlı kənd İsmayıllı, Şamaxı və Şabran bölgələrində də vardır.
Beləliklə, belə nəticə çıxarmaq mümkündür ki, “Zarat” sözünün mənbəyi bilavasitə Allahın Kitabı olan Quranın 51-ci Əz-Zariyat surəsinin adı ilə bağlıdır.
*Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi, 1992)

Quran ayələri əsasında 2 Elmi Kəşf
müəllifi, k.e.d., prof., ATEA akademiki
Rahim Daşdiyev 
dashdiyev51@gmail.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar