Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

TDT strukuru, formatı və təşkilatın inkişafında vətəndaş cəmiyyətinin rolu

Tarix: 16-03-2024 13:26     Baxış: 3154 A- / A+
                             Uğurlu ŞƏRİFOV

İqtisadi maraqlar, ekoloji problemlər, təbii fəlakətlər, müharibələr, terrorizm, miqrasiya, mütəşəkkil cinayətkarlıq, pandemiya kimi faktorlar ölkələrin bir-birindən qarşılıqlı asılılığını yaradır. Beynəlxalq münasibətlərin əsas meyarına çevrilən “qarşılıqlı asılılıq” üzərində ölkələr birləşərək, beynəlxalq təşkilatlar yaradır

Beynəlxaq təşkilatlar bəzi kriteriyalara görə müxtəlif cür təsnifatlandırılır:
Əhatə dairəsinə görə:
- Qlobal təşkilat: bütün ölkələrinin iştirakı ilə təşkil olunan mərkəzləşmiş strukturlu qurum (BMT, İnterpol);
- Regional təşkilat: eyni region ölkələrindən ibarət mərkəzləşmiş strukturlu qurum (Afrika Birliyi Təşkilatı, Avropa İttifaqı)
- Çoxmillətli müəssisələr, yaxud transmilli korporasiyalar (Apple, Toyota)
“Transmilli korporasiya” həm dünyanın bütün ölkələrində öz bazası olmadan fəaliyyət göstərən, həm də bir ölkədə baş ofisi, digər ölkələrdə filialları olan və öz bazalarından milli sərhədlərdən kənarda fəaliyyət göstərə bilən qeyri-mərkəzləşmiş strukturlu müəssisələrdi.
Bir təşkilatın “transmilli” olması üçün bu təşkilatda ən azı iki müxtəlif ölkə təmsil olunmalı və nümayəndələrdən biri hökumət agenti olmamalıdır. (Apple, Toyota)
Səlahiyyətinə görə:
Hökumətlərarası təşkilat: burada ölkələrin səlahiyyətləri məhdudlaşmır ( BMT, TDT)
Hökumətlər arasında öhdəliklər yaradan saziş imzalamaqla yaradılan təşkilat hökumətlərarasıdır.
Qeyri-hökumət təşkilatı: burada ölkələrin səlahiyyətləri qismən məhdudlaşır (“Qırmız xaç”, “Sərhədsiz həkimlər”)
Hökumətlərarası təşkilatlar haqqında BMT İqtisadi və Sosial Şurasının 27.02.1950 tarixli qərarında qeyd olunur: “Hökumətlərarası sazişlə təsis olunmayan istənilən beynəlxalq təşkilat həmin sazişlərin məqsədləri üçün qeyri-hökumət təşkilatı hesab edilir”.
BMT-nin məlumatına görə indi dünyada 200-dən çox regional yönlü hökumətlərarası və 7500-dən çox qeyri-hökumət təşkilatları var.
Funksiyalarına görə:
-Sülh və təhlükəsizliyin təmin edilməsi (BMT TŞ, NATO, ATƏT)
-İqtisadi, siyasi və mədəni əməkdaşlığın təşviqi; (Dünya Bankı, UNESCO, İslam Əməkdşlıq Təşkilatı)
-Mübahisələrin həlli (Beynəlxalq Cinayət Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi)
-İnsan hüquq və azadlıqlarının təşviqi (Amnesty international, Köləliyə Qarşı Təşkilat)
Üzvlük qaydalarına görə:
Açıq təşkilat: istənilən ölkə könüllü olaraq üzv ola bilər (BMT)
Qapalı təşkilat: yeni üzv yalnız ilkin təsisçi ölkələrin razılığı ilə qəbul olunur (TDT)
Birləşmə formatına görə:
Alyans - iki və ya daha çox dövlət arasında siyasi birlik;
Koalisiya - konkret bir dövlətə qarşı mübarizə aparmaq üçün bir neçə gücün ittifaqı.
Klub - dünyanın qabaqcıl iqtisadiyyatlarını bir araya gətirən klubların işi beynəlxalq tendensiyalara və qlobal böhranların həllinə müsbət təsir göstərməkdir (G7, G20)
Federasiya- Ümumi ali hakimiyyətə malik bir neçə dövlətlərin birləşməsindən ibarət dövlət birliyi (Rusiya Federasiyası).
Konfederasiya (təşkilat) – əsas məqsədləri əlaqələndirmək üçün vahid orqanlara malik müstəqil təşkilat (Beynəlxalq Həmkarlar İtiffaqı Konfederasiyası – İTUC)
Liqa - dövlətlərin, təşkilatların və ya şəxslərin siyasi, dini və s. məqsədləri üzərində qurulan ictimai və ya siyasi birlikdir (Ərəb Ölkələri Liqası)
Birlik – dövlətlərin bir araya gələrək, öz güclərindən istifadə edib söz sahibi olmaq üçün yaratdıqları qurumlar (BMT, MDB)
Təşkilat – iki və daha çox ölkənin yaratdığı, mərkəzi administrasiyası olan və müstəqil funksiyalar yerinə yetirən beynəlxalq qurum (NATO, ÜST, ÜTT)
İttifaq – maraq və səlahiyyətləri bu ittifaqı quran ayrı-ayrı milli dövlətlərin maraq və səlahiyyətlərindən üstün tutulan birlik (keçmiş SSRİ, indiki Avropa İttifaqı).
Beynəlxalq siyasi təşkilatların qəbul etdiyi qərar hər hansı ölkənin milli maraqlarına uyğun gəlmədikdə üstünlük dövlətin yerli qanunlarına verilir. Bu baxımdan istisnalar nəzərə alınmaqla İttifaqın millətlərüstü siyasi statusu olur.
Türk Dövlətləri Təşkilatı
TDT hökumətlərarası beynəlxalq siyasi təşkilatdır.
Qarşılıqlı asılıq və milli maraqlar faktorunu nəzərə alaraq TDT ilə Avropa İttifaqını qısa müqayisə etsək:
TDT eyni soykökə əsaslanaraq, xüsusilə ölkə başçılarının şəxsi təşəbbüsü və siyasi iradəsi hesabına yaradılan TƏŞKİLATDIR. Aİ əsasən iqtisadi maraqlara əsaslanaraq, xüsusilə avropalı xalqların bir-biri ilə sıx təbii ünsiyyətindən yaradılan İTTİFAQDIR.
Nəzərə alsaq ki, cənubda Qırğıstan Çinlə, Özbəkistan Əfqanıstanla, Azərbaycan İranla, Türkiyə Suriya ilə həmsərhəddi, deməli bu ölkələrin hər birinin ayrı-ayrı özünəməxsus milli maraqlar siyasətində “qarşılıqlı asılılıq” və “qarşılıqlı dəstək” konsepsiyası yer almalıdır.
Yəni TDT-nin təşkilat statusundan ittifaq statusuna qaldırılması şərtdir. Bu isə yalnız ölkə başçılarının sıx-sıx görüşləri hesabına yox, həm də (və əsasən) insanlarımızın bir-biri ilə sıx təbii ünsiyyəti hesabına baş tutmalıdır. Aİ-nin logistik baxımdan TDT-dən yeganə üstünlüyü Avropa ölkələrinin kompakt ərazidə yerləşməsi və insanların avtomobil nəqliyyatı və dəmiryolu ilə mobil şəkildə bir-birinə gedib-gələ bilməsidi. Ona görə TDT xalqları arasında həm virtual yaxınlıq üçün ortaq ünsiyyət dili, fiziki yaxınlıq üçün ucuz təyyarə biletləri və endirimli otel qiymətləri təşkil olunmalıdır.
 TDT tələffüzünə görə tam eyni olmasa da, oxşar dillərdə danışan insanların, Aİ tamamilə fərqli dillərdə danışanların birliyidir. Aİ də ortaq dil yaratmaları mümkün olmadığı üçün ünsiyyət dili kimi ingilis, fransız dilidirsə TDT-də ünsiyyət dili kimi ortaq dil yaradılana kimi anadolu türkcəsindən istifadə olunmalıdır...
TDT-nin inkişafı yalnız ölkə başçıları və TDT-nin hökumətlərarası alt təşkilatları hesabına deyil, eyni zamanda yaradıcı insanlar, fikir adamaları, orta biznes sahibləri, SOCAR, “KazMunayQaz”, BEKO kimi şirkətlər hesabına qurulacaq transmilli korporasiyalar və ölkələrarası QHT-lər hesabına olmalıdır. Bu işdə beynəlxalq QHT-lərin rolu xüsusilə dəyərləndirilməlidir.
Beynəlxalq təşkilat şəklini ala biləcək assosiasiyalar, dərnəklər, birliklər həm də özəl və ya qeyri-hökumat hüquqlu şəxslər tərəfindən yaradıla bilər...
 
PS. BMT Nizamnaməsi.
X Fəsil - İqtisadi və Sosial Şura
Maddə 61. “İqtsadi və Sosial Şura” BMT Baş Assambleyası tərəfindən seçilən 54 üzvdən ibarətdir.
Maddə 71. İqtisadi və Sosial Şura onun səlahiyyətləri çərçivəsində olan məsələlərlə məşğul olan qeyri-hökumət təşkilatları ilə məsləhətləşmə aparılması üçün müvafiq tədbirlər həyata keçirə bilər.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar