Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən çirkli şəhəri: Orada nəfəs almaq TƏHLÜKƏLİDİR

Tarix: 15-03-2024 20:41     Baxış: 4206 A- / A+


Dünyanın  ən çirkli   şəhəri: Orada  nəfəs almaq   TƏHLÜKƏLİDİR
Təsəvvür etmək çətindir ki, mavi planetimizda hava ilə nəfəs almağın həyat üçün təhlükəli olduğu bir yer var. Söhbət mədənlərdən yox, Vyetnamın paytaxtı Hanoydan gedir.
Xarici KİV xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri bununla bağlı həyəcan təbili çalır.
Hanoyda hava o qədər çirklənib ki, oradakı zərərli maddələrin konsentrasiyası icazə verilən təhlükəsizlik səviyyəsindən 24 dəfə çoxdur. Dərc edilən son araşdırmalar göstərir ki, dünyada bir milyondan çox ölüm havanın çirklənməsinə səbəb olan kiçik hissəciklərin qısamüddətli təsiri ilə bağlıdır. Üstəlik, çirkli hava ilə bağlı ölümlərin yarıdan çoxu Şərqi Asiyada baş verir.

Bu göstəricilərə görə, Hanoy Yer kürəsinin ən çirkli şəhəridir. Burada 9 milyona yaxın insan yaşayır. Burada havada PM2.5 mikrotozunun konsentrasiyası Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsiz hesab etdiyi səviyyədən 24 dəfə yüksəkdir. PM2.5 hissəcikləri xərçəng, insult və digər xəstəliklərin inkişafına səbəb olur.
Vyetnam paytaxtının qlobal antireytinqə daxil edilməsinin əsas səbəbləri tikinti, avtomobil nəqliyyatı, kömür elektrik stansiyaları və kənd təsərrüfatı tullantılarının yandırılmasıdır. Hanoy əhalisinin demək olar ki, yarısı sağlamlıq üçün təhlükəli olan havanı nəfəs almağa məcburdur.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar