Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı sənəd formasıdır. İşəgötürənlə işçi arasında bu müqavilənin imzalanmasının zəruriliyi Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini tapıb. Çünki işə qəbul zamanı bu müqavilə bağlanmadıqda insan əməyinin istismarına və əmək hüquqlarının tapdanmasına gətirib çıxarır. Bir çox hallarda sahibkarlar vergidən yayınmaq məqsədilə işçisini müqaviləsiz çalışdırırlar.
Bəs müqaviləsiz işçi işlətməyin cəzası nələrdir?
Xəbər lenti
Müqaviləsiz işçi çalışdıranları hansı cəza gözləyir? – Hüquqi izah

Manevr.az bildirir ki, hüquqşünas Turan Abdullazadə mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O, qeyd edib ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər (20.000 AZN) iyirmi min manatdan iyirmi beş min (25.000 AZN) manatadək məbləğdə cərimə edilir:
“Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Bu maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır.
Belə qanunsuzluqlarla qarşılaşan vətəndaşlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə şikayət ərizəsi ilə müraciət edə bilər” – deyə, Turan Abdullazadə bildirib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar