Xəbər lenti
Telefon nömrələrimizi dələduzlara kimlər ötürür? - Şok faktlar açıqlandı
Son vaxtlar gözləmədiyimiz bir anda telefonumuza mesajlar gəlir. Açıb baxırsan ki, tanımadığın biri qrup açıb və eyni anda onlara adamı həmin qrupa əlavə edib. Dünyadan xəbərsiz qrup üzvləri nə baş verdiyini anlamaq üçün suallar verir, məlumat almaq istəyirlər. Bu da digərlərini narahat edir.
Bir xanımda səs də atıb ki, bəs sizi narahat edən filankəsdir, filan firmadan bu qədər mal alın, oturduğunuz yerdə, evdən çıxmadan pul qazanın və s.
Qrup üzvlərinin yazışmalarının yaratdığı narahatlıq qalsın bir tərəfdə. Ən ciddi problem budur: Bu qadın mənim nömrəmi necə əldə edib? Nömrəmi tanımadığım insanlar niyə bilməlidir? Bəlkə həmin insanların arasında psixoloji problemi olanlar var. Onlar məni narahat edə bilərlər.
Ümumiyyətlə, bu yerdə qanun nə deyir? Belə insanlara qarşı hansı tədbirlər görülməlidir?
Məsələni texnobloger Fərid Pərdəşünas Publika.az-a şərh etdi.
Pərdəşünas bildirdi ki, təəssüf ki, bu tip mesajlar hər kəsə gəlir.
“Əslində bu, fərdi məlumatların mühafizəsi haqqında qanunla qorunan bir məsələdir. Amma artıq Azərbaycanda vətəndaşların, istifadəçilərin nömrəsini əldə eləmək çox asan bir prosesə çevrilib. Təəssüf ki, nömrələrin haradan əldə olunası bəlli deyil.
Ola bilsin ki, onlar nömrələri toplu şəkildə əldə ediblər. Təkcə bu məsələ deyil. Azərbaycanda küllü miqdarda nömrələr dələduzların əlində də var. Hansı ki, bu metodla dələduzlar vətəndaşların pullarını oğurlayırlar. Bundan qorunmağın yeganə yolları həmin nömrələri blok etmək, həmin qruplardan çıxmaq, qrupları səssizə almaq, ümumiyyətlə göndərilən linklərə daxil olmamaqdır.
Düşünürəm ki, Elektron Təhlükəsizlik Xidməti bu məsələnin üzərinə ciddi düşməlidir.
Qanunvericiliyin tələbləri məcbur etməlidir ki, vasitəçi şirkətlər, üçüncü tərəflər bu qanuna əməl etsinlər”, - ekspert bildirib.
Məsələnin hüquqi tərəflərini öyrənmək üçün hüquqşünas Əsabəli Mustafayevin də fikirlərini öyrəndik.
Hüquqşünas bildirdi ki, əgər telefon nömrəniz qanunsuz yolla əl keçirilib və bunun qanunsuz olduğunu nümayiş etdirən hər hansı bir sübut varsa, onda polisə şikayət etmək olar.
Vəkil eyni zamanda bu prosesin uzun çəkəcəyini və Azərbaycan qanunvericiliyində bu məsələlərin tam həllinin olmadığını söylədi:
“Sosial şəbəkələrdən istifadə, ümumiyyətlə kiber sahəsində olan məsələlərin bir çoxu qanunvericilikdə tənzimlənməyib. O cümlədən də reklamın necə yerləşdirilməsi, hansı qaydada yerləşdirilməsi.
Xüsusilə də Azərbaycan qanunvericiliyində bu məsələlər hələ öz əksini tapmayıb. Digər ölkələrdə, məsələn Avropa ölkələrində bu məsələlər müəyyən miqdarda nizama salınır. Ancaq bizə hələ gəlib çatmayıb. Ola bilsin ki, bunlar tətbiq olunandan sonra biz də onlardan bir örnək götürərik, özümüzdə tətbiq edərik. Açığı bütün məsələləri də qanunvericiliyə salmaq mümkün olmur. Tutaq ki, biz televizora baxırıq, sevdiyimiz bir kino izləyirik. Bir anda kinonu kəsirlər, başlayırlar reklam göstərməyə. Biz deyə bilərik ki, mən pul vermişəm, kanal almışam və mənim hüququm var ki, reklamsız baxım. Biz belə fikirləşirik ki, hüququm var. Ancaq bu, qanunla tənzimlənmir. Çünki kanalın da özünün qaydaları var. Bunu misal göstərərək demək istəyirəm ki, hər bir məsələni qanunvericilikdə nizamlamaq olmur. İnsanlarin müxtəlif qruplara əlavə olunması da bu qəbildəndir. Qanunvericilikdə yaratdığın bir qrupa razılığı olmadan kimisə əlavə etmək qadağan olunmayıb. Burada yanaşma beldir ki, səni qrupa salıblarsa, xoşun gəlmirsə, oradan çıxa bilərsən. Əlbəttə bunun icazəsiz edilməsi düzgün deyil. Sadəcə təklif oluna bilər ki, belə bir qrup var, daxil olmaq istəyirsən, ya yox. Ola bilsin ki, gələcəkdə şəbəkə özü də belə bir məsuliyyət qaydası yaratsın.
Bizdə cinayət məcəlləsində qanunsuz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə məsuliyyət var. Yəni qanunsuz yolla şəxsin məlumatlarının toplanması, o cümlədən də telefon nömrəsinin əldə edilməsi qanunla yolverilməzdir.
Əgər şübhə varsa ki, sizin telefon nömrəniz qanunsuz yolla əl keçirilib və bunun qanunsuz olduğunu nümayiş etdirəm hər hansı bir sübut varsa, onda polisə şikayət etmək olar. Bu da ki, şəxsin qanunsuz olaraq şəxsi həyatına müdaxilə kimi qiymətləndirilir. Ancaq bu, nömrə ilə bağlı bir az çətin məsələdir. Çünki yenə deyirəm, telefon nömrəsini insan özü də bilmədən o qədər yerdə yayır ki, ona görə bunu sübut etmək bir az çətin proses olacaq. Onu deyə bilərəm ki, sosial şəbəkələrdə məlumatların yayılması, şəxsi həyata müdaxilə olunması məsələləri hələ qanunvericilikdə öz əksini tapmayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar