Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan aldığı silahlarla özünü vurur

Tarix: 14-02-2024 11:42     Baxış: 4141 A- / A+



Fevralın 12-də Ermənistan ordusunun snayperinin Nerkin-Hand kəndi yaxınlığında yerləşən mövqeyindən Zəngilan istiqamətində DSX-nin mövqelərinə atəş açması görüntüsü bir çox məqamlara aydınlıq gətirdi.
Azərbaycanla şərti dövlət sərhədindəki mövqeyə snayperi çıxaran və əsgərimizə atəş açdıran Ermənistan Müdafiə Nazirliyi baş vermiş olayın "konkret şəxs tərəfindən törədildiyini" dedi.
Daha sonra sosial şəbəkələrin Ermənistan seqmentində atəş açan şəxsin "Yerkrapa" Könüllülər İttifaqının mənsubu olduğu vurğulandı.
Sərhəddə Ermənistan Müdafiə Nazirliyinin uzunmüddətli müdafiə və müşahidə məntəqələrində, habelə postlarında "Yerkrapa"nın yüzlərlə mənsubu var.
Onların tam əksəriyyəti Birinci və ya İkinci Qarabağ Müharibəsinin iştirakçılıdır, aralarında da Azərbaycan vətəndaşlarına qarşı xüsusi amansızlıqla törədilən cinayətlərin, soyqırımların və s. iştirakçıları var.
Dövlət Sərhəd Xidmətinin həyata keçirdiyi "Qisas" əməliyyatı nəticəsində 4 erməni məhv edilib.
Onlar Arutyunyan Eduard Hamletoviç (1974-cü il təvəllüdlü), Manukyan Qaqik Varazdatoviç (1982-ci il təvəllüdlü), Ambartsumyan Arsen Qagik (1979-cu il təvəllüdlü) və Oqanesyan Qraçya Talışeviçdir (1957-ci il təvəllüdlü). Bu ermənilərin heç biri Ermənistan Silahlı Qüvvələrində çağırış əsasında xidmət edən gənclər deyil və "Yerkrapa" mənsublarıdır.
Sərhəddə bu şəxslərin olması, üstəlik onların mövqelərdə və postlarda yerləşdirilməsi birmənalı olaraq vəziyyətin gərginləşdirilməsinə yönəlmiş qərardır.
Ermənistanın Müdafiə Nazirliyi insidentlə bağlı araşdırma və təhqiqatların aparıldığını, "günahkarların cəzalandırılacağını" bəyan edir.
Eyni zamanda, məsuliyyət hansısa "konkret şəxslər"in üzərinə atılır və belədə rəsmi İrəvan çox acınacaqlı təsir bağışlayır.
Snayper "Yerkrapa" mənsubu olsa belə, bu, yaşananlara görə Ermənistanın rəsmi qurumlarının məsul olmaması anlamına gəlmir, çünki "Yerkrapa" bilavasitə və birbaşa şəkildə Ermənistan Müdafiə Nazirliyinə tabedir.
Bu struktur "könüllülər təşkilatı" adlansa da, Ermənistanın dövlət büdcəsindən maliyyələşir, Müdafiə Nazirliyi tərəfindən idarə olunur və tapşırıqları da erməni generallardan alır.
Baş vermiş hadisə ilə bağlı çoxsaylı versiyalar var və onların arasında xüsusi yeri guya "hadisənin arxasında Rusiya durur" iddiası var.
Əslində, Ermənistanın hakimiyyət dairələri də buna işarə vurmağa çalışmışdılar və hər vəchlə müxtəlif invariasiyaları ortaya atırdılar.
Onların cəhdləri gözlənilən nəticə vermədi və hətta tam əksinə, kəskin tənqidlərlə üzləşdi.
Məsələn, Rusiya Federasiyasının ən populyar bloqerlərindən olan, məşhur "Rybar" Teleqram kanalının rəhbəri Mixail Zvinçuk belə, rəsmi İrəvanın bəyanatlarının saxtakarlıq və iz yayındırmaq cəhdləri olduğunu vurğulayıb.
Ermənistan isteblişmentinin mənsubları insidentin baş verdiyi mövqedə "Yerkrapa" mənsublarının olduqlarını desələr də, Hərbi Polisin mətbuat xidməti "araşdırmanın başlandığını, erməni hərbi qulluqçularının səlahiyyətlərini aşaraq qanunu pozduqları müəyyənləşdiyi təqdirdə günahkarların cəzalanacağını" bəyan edib.

Beləliklə, rəsmi İrəvan snayper atəşinin döyüş tapşırığı olduğunu etiraf edib.
4 erməni hərbçisinin həlak olduğu, 8 erməninin də yaralandığı "Qisas" əməliyyatından sonra Ermənistan XİN-i rəsmi Bakını suçlayıb.
Ermənistan rəhbərliyinin baş verənlərə adekvat münasibətinin olmaması təəccüblü deyil. Baş nazir Nikol Paşinyan administrasiyası sülh sazişinin imzalanmasına yönəlmiş prosesi maksimum dərəcədə uzatmaq, Avropa İttifaqının və ya Fransanın prosesdə mütləq şəkildə vasitəçi, moderator və ya "təhlükəsizliyin təminatçısı" rolunda çıxış etməsinə çalışır.
Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyasının (EUMA) mənsublarının sürəkli olaraq şərti dövlət sərhədinə yollanmaları, müşahidə adı ilə orada vizual kəşfiyyat aparmaları, belə "binokl diplomatiyası" vasitəsilə rəsmi Bakıya hansısa formada təsir edəcəklərini düşünməsi ciddi narahatlıq doğuran hadisələrdir. EUMA missiyasının fəaliyyəti bölgədə sülh və stabilliyin bərqərar olmasına yox, Ermənistanı düşünülməmiş, isterik, fəsadları İrəvan üçün çox ağır ola biləcək siyasətə sövq etməyə yönəlib.
EUMA real monitorinqlə də məşğul olmur, çünki məhz bu saxta missiyasının fəaliyyət zonasında Çexiya vətəndaşı şərti dövlət sərhədini qanunsuz şəkildə keçməyə və Azərbaycan ərazisində kəşfiyyat aparmağa cəhd göstərmişdi.
Görünən budur ki, Fransa və Avropa İttifaqının belə davranışları bölgədə proseslərin gərginləşməsinə, süni eskalasiyaya hazırlıqdır.
Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel, habelə Avropa İttifaqının Siyasi Şurasının sədri Şarl Mişel və digərlərinin bəyanatlarına, dəstək vədlərinə və son siyasi qərarlarına aldanan Ermənistan ciddi səhvə yol verir.
Vəziyyətin gərginləşəcəyi təqdirdə Qərb siyasətçiləri, dövlətləri və təşkilatları Ermənistana arxa durmayacaqlar.
Avropa İttifaqı Ermənistandakı EUMA missiyasının tərkibini artırmaq barədə qərar qəbul etsə də, Cənubi Qafqazdakı regional təhlükəsizlik sistemi ilə sülhün bərqarar olması üçün hazırlanan konstruksiya artıq ağır zərbələr alıb.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkonun XİN-ə çağırılması və ona nota verilməsi isə EUMA-nın fəaliyyətinin Bakını ciddi narazı saldığını göstərir.
Əsası isə odur ki, Aİ-nin bəyanatları, Şarl Mişel və Jozep Borrelin ermənilərə dəstək ruhlu son açıqlamaları Bakını əsla narahat etmir.
Hadisələrin bundan sonrakı cərəyan məcrasını təxminləsək, Qərbin ciddi reaksiyası olmayacaq.
Tvitlər, "narahatlıq və qayğılanmağın izharı"nın yer aldığı açıqlamalar, "Azərbaycanla Ermənistanın təmkinli davranışa və güc tətbiqindən çəkinməyə çağırış"a yönələn bəyanatlar yenə olacaq.
Amma 4 erməninin həlak olması, 8 erməninin də yaralanması Qərbi hərəkətə gətirməyəcək.
Avropa İttifaqına, ABŞ-a və Fransaya ifrat dərəcədə güvənən, Cənubi Qafqazda yeni eskalasiyaya sürükləndiyini anlamasına rəğmən aldığı təlimatları icra edən, sülh danışıqları süni şəkildə uzadan Ermənistan yeni gərginliyə səbəb olarsa meydanda tək qalacaq.
İrəvan, əfsuslar olsun, bunu dərk etmir.
Elçin Alıoğlu
TREND

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar