Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kosmosda qiblə necə müəyyən edilir? - "Namaz Yer kürəsinə tərəf qılınmalıdır"

Tarix: 24-01-2024 17:24     Baxış: 4184 A- / A+

Yanvarın 19-da kosmosa uçan ilk türk astronavt Alper Gezeravcının kosmosda namaz qılması barədə yayılan foto geniş müzakirəyə səbəb olub. Əslində, çoxları bunun fotoşop olduğundan xəbərsizdir. Belə ki, həmin foto 2017-ci ildə kosmosa uçan malaziyalı kosmonavt Şeyx Müzəffər Şükürə aiddir. Bununla belə, sözügedən görüntülər kosmosda namaz qılarkən qiblənin necə müəyyən edildiyi barədə sualları gündəmə gətirib. 
Manevr.az-ın məlumatına görə, məsələyə aydınlıq gətirən ilahiyyatçı Tural İrfan Pravda.az-a açıqlamasında deyib ki, insanın harada olmasından asılı olmayaraq, namaz qılmaq vacib ibadətdir: 
“Dini mətnlərə görə, Həzrəti Peyğəmbərimiz də Meracda olarkən namaz qılmış, hətta digər peyğəmbərlərə öndər olub. Mümkün olduqca insan harada olursa-olsun, namazını qılmalıdır. Ayaq üstə qıla bilmirsə, oturub qılmalı, bu da mümkün deyilsə, işarələrlə icra etməli, fikrən ibadətini yerinə yetirməlidir. Qibləni isə müəyyən etmək mümkün olduqda vacibdir. Qibləni müəyyən etmək mümkün deyilsə, bunu təyin etmək üçün elə bir cihaz da yoxdursa, kosmosdakı insan namazı, sadəcə, Yer kürəsinə tərəf qılmalıdır. Çünki kosmosdan baxarkən Kəbə Yer üzündədir. Əgər bu da mümkün deyilsə, istənilən səmtə tərəf qıla bilər. Çünki “Qurani-Kərim”də Allah buyurur ki, siz yönünüzü hansı tərəfə çevirsəniz də, Allah sizi görür, eşidir, duyur... Təyyarədə isə adətən qibləni müəyyən etmək olur. Əgər olmasa, hökm eynidir, istənilən, yaxud təxmin edilən səmtə doğru namaz qılmaq olar”. 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar