Xəbər lenti
“3D Nar festivalı” layihəsinin yekun hesabat tədbiri keçirilib -ŞƏKİLLƏR

Manevr.az xəbər verir ki, tədbirdə layihə rəhbəri Göyçay şəhər 4 nömrəli tam orta məktəbin direktoru Elşad Əliyev, layihə rəhbəri Səkinə Mürsəlova, layihə üzrə ekspert Vüqar Məlikov, təlimçi Şamil İsgəndərov, VII Qrant layihə qalibi Əliyeva Aynur və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
"3D NAR FESTİVALI” adl ılayihənin rəhbəri, Göyçay şəhər Mehman Muradov adına 4 nömrəli tam orta məktəbinin Texnologiya müəllimi Səkinə Mürsəlova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Layihə 3 ay müddətində Göyçay rayonununda icra ediləcək.
"3D NAR FESTİVALI” adlı layihəni həyata keçirməkdə məqsəd 20 nəfər VII-VIII sinif şagirdlərin iştirakı nəzərdə tutulub. Şagirdlər üçün STEAM və 3D dizayn bacarıqları və çap, təlimlərinin təşkil edilməsi, Nar məzmunu əsasında STEAM yanaşmasını tətbiq etmək, faydalı məhsul və modellərinin hazırlamaq, şagirdlərin 3D dizaynla 3D printerdə çap olunmuş şagirdlərinəl işləri “3D NAR FESTİVALI” innovativ sərgi təşkil olunub.

Layihənin icra müddətinin 3 ay, 15.09.2023 - 15.12.2023 - cü il müddətində əyani formada reallaşdırılması nəzərdə tutulmuşdur. İcra planı xüsusi cədvəl formasında əlavə olunmuşdur. Təlimlər 3 saat olmaqla, 14 təlim, cəmi 42 saat nəzərdə tutulub. Dekabr ayına düşən, AzNar zavoduna STEAM əsaslı ekskursiya təşkil edildi. Ekskursiya zamanı STEAM yanaşmasını tam əhatə etmək üçün AzNar istehsal zavodu və laborator ərazisinə eskskursiya sahələrə baxış keçirildi, 1 gün, 2 saat olmaqla nəzərdə tutulan müşahidlər aparılıb və şagirdlərin təlimlərində qazanılmış biliklərdən tətbiqi istifadə olundu. “Yaşıl texnologiyalar”ın tətbiqində STEAM yanaşması üçün əkin sahələrinin müasir suvarma sistemləri, İstehsal prosesində laboator araşdırmalar, Nar istehsalında qablaşdırma məhsullarının dizaynı, 3D modeli, satış brendinin yaradılması və s. tətbiq olunacaq.
Layihə ərzində şagirdlərə STEAM əsaslı 14 təlim təşkil olunub. “STEAM”, “3D Qələmlə iş”, “Günəş batareyası”, “3D Modelləşdirmə”, “Oyuncaq robotun dizaynı və çapı”, “Müasir Mühəndistlik texnikaları”, “Kosmik roketin dizaynı”, “Telefon dəstək altlığı”, “Dron texnologiyalarına giriş” və s. kimi təlimlərlə nəzərdə tutulan proqram üzrə işlər aparılıb.

Göyçay rayonunda qabaqcıl təcrübəyə nail olaraq rayon təhsilinin keyfiyyəti yüksəldiləcəkdir. Layihənin icrası başa çatdıqdan sonra da layihənin davamlılığı təmin olunacaqdır.
Manevr.az












Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar