Xəbər lenti
“Dağlıq Qarabağdakı yeni “rəhbərlər” Paşinyanın rəqiblərinin bayrağını qaldıracaqlar” - Politoloq
“Dağlıq Qarabağın yeni “prezidenti” Araik Arutunyan Ermənistanın baş naziri Nikol Paşinyanla birgə Şuşada “andiçmə” mərasimi keçirdikdən sonra yenidən İrəvanda bir araya gəliblər. Bunun başlıca səbəbi odur ki, Nikol Paşinyan Araik Arutunyanın ona bağlı olduğunu göstərməyə çalışır”.
Manevr.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Ekspert qeyd edib ki, Araik Arutunyan İlham Əliyevin mayın 28-də Dağlıq Qarabağla bağlı çıxışına da reaksiya verib və İlham Əliyev Azərbaycanın məsələni birdəfəlik həll etməyə hazırlaşdığını vurğulayıb: “Araik Arutunyan müharibəyə hazır olduqlarını iddia etməklə yanaşı bildirib ki, münaqişənin “mərhələli” şəkildə həllini o zaman qəbul edəcəklər ki, ermənilərin “özmüqədərrat və təhlükəsizlik hüqüqları” təmin olunsun. Araik Arutunyanın dediyi “mərhələli həlli” deyil, “paket həlli” ehtiva edir ki, Azərbaycan heç zaman buna razılaşmayacaq”.
Elxan Şahinoğlu bildirib ki, Araik Arutunyan “təyinatlar” həyata keçirib: “Bu “təyinat”dan ikisi maraqlıdır. Separatçıların “xarici işlər naziri” yenidən Masis Mailyan “təyin” olunub. Halbuki Masis Mailyan “prezident seçkisində” Araik Arutunyanın ikinci turda rəqibi idi. Araik Arutunyan bu təyinatı belə izah edib ki, guya Masis Mailyanın “işinə” davam etməsi faydalıdır. Bunun yalan olduğu aşkardır. Dağlıq Qarabağda nə qədər “bürokrat” var ki, onlardan “xarici işlər naziri” vəzifəsi düzəltmək olsun. Ona görə də seçim imkanı çox olmayan Araik Arutunyan Mailyanla çalışmaq məcburiyyətindədir. Digər tərəfdən Masis Mailyanın “vəzifəsində” qalması Nikol Paşinyanın da maraqlarına cavab verir. Paşinyanın Dağlıq Qarabağın keçmiş “prezidenti” Bako Saakyanla münasibətlərində gərginlik olsa da, Masis Mailyan bu qovğada neytral mövqe tuturdu. Ona görə də Paşinyan Dağlıq Qarabağda “prezident seçkisində” Masis Mailyanla Araik Arutunyanın üzərində dayanıb. Araik Arutunyanın ikinci “təyinatı” da diqqəti çəkir. O Samvel Babaynı “Təhlükəsizlik Şurasının katibi” təyin edib. Bu “təyinat” da Paşinyanla razılaşdırıb və bunu Araik Arutunyan gizlətməyib: “Samvel Babayanın təyinatı ilə bağlı qərarı İrəvanda verdik”. Araik Arutunyan “Təhlükəsizlik Şurasının” onun üçün vacib qurum olduğunu bildirib. Samvel Babayan növbəti cinayətkarkardan biridir, torpaqlarımızın işğalında və azərbaycanlılara qarşı müxtəlif qətliamlarda iştirak edib. Samvel Babayan 1990-cı illərdə separatçıların “müdafiə naziri” olub. Paşinyanın Samvel Babayan seçimi də təsadüfi deyil. Babayanın Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sərkisyanla münasibətlərində problemlər var idi. Sərkisyan 2017-ci ildə onun həbsinə qərar vermişdi. Samvel Babayan Gürcüstandan Ermənistana zenit-raket kompleksi qaçaqmalçılığı üzrə cinayət işi çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Belə görünür ki, Samvel Babayan 2017-ci ildə Serj Sərkisyanı devirmək planı hazırlayırdı. Serj Sərkisyanın keçmişdəki rəqibləri isə avtomatik Nikol Paşinyanın müttəfiqlərinə çevrilir. Ancaq Samvel Babayanın həm də Rusiyadakı mərkəzlərlə sıx əlaqəsi var. Babayan bir müddət Rusiyada yaşayıb. Demək, Paşinyanın Samvel Babayana “vəzifə” verməsi həm də Rusiyaya güzəştin tərkib hissəsi də sayıla bilər. Başqa sözlə Dağlıq Qarabağdakı “vəzifələr” Nikol Paşinyanla Rusiyadakı dairələr arasında güzəşt əsasında bölüşdürülüb. Araik Arutunyan “kəşfiyyat xidmətinə” isə Kamo Aqandjanyanı “təyin” edib. Bu isim də separatçılar üçün yad deyil, Azərbaycan torpaqlarının işğalında və qətliamlarda iştirak edib. Sonrakı dövrdə separatçıların “müdafiə nazirinin müavini” və “polis rəisi müavini” vəzifələrində çalışıb. Nikol Paşinyan Dağlıq Qarabağdakı “təyinatlar” vasitəsilə separatçıları nəzarətdə saxlayacağını düşünür. Ancaq baş nazirin Ermənistandakı mövqelərinin zəifləməsi kifayət edəcək ki, Dağlıq Qarabağdakı yeni “rəhbərlər” Paşinyanın rəqiblərinin bayrağını qaldırsınlar...”./yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar