Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Milli Şura Müsavatın onlardan ayrılması ilə hələ də barışmır” - Tofiq Yaqublu

Tarix: 21-09-2016 09:45     Baxış: 4508 A- / A+
“Milli Şura Müsavatın onlardan ayrılması ilə hələ də barışmır”


“Münasibətlərin düzəlməsini istəyiriksə, kimlərsə dilini, hikkəsini saxlamağı bacarmalıdır”

Müsavat Partiyası və Milli Şura arasında mitinq qalmaqalı davam edir. AXCP sədri Əli Kərimlinin 11 sentyabr mitinqində Müsavatın 18 sentyabrda aksiya təyin etdiyini bilə-bilə bir gün əvvələ eyni məkanda mitinq təyin etməsi narazılıq dalğasının başlanğıcı oldu.

Ardınca Müsavat ayın 18-də keçirdiyi aksiyada tərəfdarlarını 24 sentyabrda ümumxalq mitinqinə dəvət etdi. Bundan sonra Milli Şura rəhbərliyi ayın 24-nə təyin etdiyi qərardan imtina etdi ki, bu da sosial şəbəkələrdə ciddi müzakirə obyektinə çevrildi. Əksəriyyət AXCP-nin monopoliyasında olan Milli Şuranın məhz Müsavatla birlikdə mitinq keçirməmək üçün belə qərar verdiyi qənaətinə gəldi.

Doğrudur, Milli Şura ayın 17-də keçirdiyi aksiyada çoxsaylı tərəfdarının saxlanıldığını əsas gətirərək, belə qərar verdiyini bildirdi. Amma bu, inandırıcı görünmədi. Faktiki olaraq AXCP Müsavatla “müxalifətdə birincilik” mübarizəsi aparır.

Hələ aylar öncədən Müsavatın Milli Şura ilə əməkdaşlıq təşəbbüsü fiaskoya uğradı. Xatırlayırsınızsa, Müsavat başqanı Arif Hacılı bu ilin martında azadlığa çıxan müavini Tofiq Yaqublunu hətta Milli Şura ilə əlaqələri bərpa etmək üçün görəvləndirmişdi. Aylarla T.Yaqublu ilə Milli Şura rəhbərliyi arasında görüşlər oldu, bu görüşlərin fotoları sosial şəbəkələrdə yayıldı. Amma sonda özlərini Azərbaycan müxalifətinin “ana qurumu” kimi adlandıran Milli Şura Müsavatı yaxınına buraxmadı.

Bundan sonra hər iki düşərgə arasında münasibətlərin necə olacağı, birgə əməkdaşlıq şanslarının qalıb-qalmaması suallar doğurur.

Milli Şura ilə apardığı danışıqların uğursuzluqla nəticələnməsi barədə T.Yaqublu “Yeni Müsavat”a bunları deyib: “Sözsüz ki, birgə mitinqlərin keçirilməsini çox istərdim. Bunun alınmadığına təəssüflənirəm. Amma bu birliyin mümkünsüz adlandırılması düzgün deyil. Reallığı qəbul edirəm ki, Müsavatla Milli Şura arasında ciddi fikir ayrılığı var. Milli Şura hələ də Müsavatın oradan çıxması ilə barışa bilmir. O üzdən gərginlik qalır. Son dövrdə müəyyən yaxınlaşma var idi. Təsəvvür edin ki, Müsavat Milli Şuranın mitinqlərində iştirak etmək üçün tərəfdarlarına çağırış etdi. Milli Şura da öz mitinqində eyni ilə belə addım atdı. Bu bir yaxınlaşma əlaməti idi. Deməli, ümidlər hələ də qalır və bu lazımdır. Birliyin vacib olduğunu dərk edirəm. Alınmasa belə, yenə də onun uğrunda çalışmaq lazımdır. Hakimiyyətə qarşı mübarizə aparan real qüvvələrin birliyi vacibdir. Bunun uğrunda çalışıram. Əgər bu dəfə alınmadısa, ”mümkün deyil" deyib əl çəkmək lazım deyil. Təsəvvür edin ki, Qarabağı 23 ildir geri qaytara bilmirik, “alınmır” deyib geri çəkilməliyik? Kim düşünürsə ki, bu hakimiyyətə qarşı mübarizə aparmağın daha fərqli, optimal yolları var, buyurub, həmin yolla mübarizə aparsınlar. Düşünürəm ki, heç nə bitməyib, yenə də mübarizə aparmağa dəyər".

Başqan müavini Müsavatın ayın 24-nə təyin etdiyi mitinqi keçirməyəcəyindən də danışdı: “Təəssüf ki, Müsavat bu mitinqdən imtina etməli olacaq. Müsavat əmin idi Milli Şura həmin gün mitinq keçirəcək, ona görə də razılıq üçün BŞİH-ə ayrıca müraciət etməyi lazım bilmədi. Ona görə də Müsavat istəsə belə, ayın 24-nə daha mitinq keçirə bilməyəcək, çünki gecdir”.

T.Yaqublu onu da qeyd etdi ki, Milli Şuranın 24 sentyabr mitinqindən imtinasına obyektiv baxmaq lazımdır: “Fakt odur ki, Milli Şura Müsavatın mitinqindən bir gün əvvəl qərar verib. Hər partiya müstəqil şəkildə qərar verir, mitinq təyin edir. Biz də olub ki, aksiya qərarı vermişik, sonra dayandırmışıq. Kimlərsə Milli Şuranın qərarını müxtəlif istiqamətə yoza bilərlər. Hər kəs öz versiyasında qala bilər. Düşünürəm ki, hər təşkilatın qərarına hörmətlə yanaşmaq lazımdır. Qarışıqlı ittihamların mənası yoxdur, vəziyyəti düzəltməliyik. Gələcək üçün birlik şansları bitməyib, hələ də qalır. 1988-ci ildən bu günə qədər eyni yolu gələn, əqidəsi, ideologiyaları eyni olan şəxslərin niyə də bir araya gəlməsi mümkün olmasın? Bu mümkündür. Ortada bir narazılıq var, bu da aradan qalxacaq. Situasiya da bunu məcbur edəcək. Bu birliyin zərurətini dərk edənlər anlamalıdır ki, alınmayanda cəmiyyətə müraciət etmək, ”görürsünüz kimdir müqəssir, kimdir satqın" deyib, rəqibə yüklənməklə təzədən sıfır vəziyyətinə qayıtmaq lazım deyil. Kimlər ki, buna yumşaq yanaşıb, üstünə getməyəcəklər, onlar qazanacaqlar, hədəfə çatacaqlar.

Münasibətlərin düzəlməsini istəyiriksə, kimlərsə dilini, hikkəsini saxlamağı bacarmalıdır. Onda belə çıxır ki, səmimi hədəf birlik deyil, cəmiyyətdə kiminsə günahkar olduğunu göstərmək üçün lazımdır. Bu da əslində alınmır, çünki hər iki tərəfin deməyə kifayət qədər sözü var. Heç kəs söz altında qalmır, hər kəsin deməyə gözəl arqumentləri var. Müsavat birliyə can atmaqla nüfuz qazanır, buna görə nüfuzunu itirə bilməz. Pis şeyi hədəf etmirsə, niyə də nüfuzdan düşməlidir? Sadəcə, nüfuzdan salma didişmələrdir. Hər iki tərəf bundan qaçmalıdır. Sosial şəbəkələrdə baxın, hər iki tərəf bir-birinin ünvanına ittihamlar irəli sürürlər, amma cəmiyyətin neytral demokratik kəsimi birlik arzulayır. Didişmələrdən o insanlar xəyal qırıqlığına uğrayırlar. Bunları etmək lazım deyil".

C. Abbaslı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar