Xəbər lenti
ABŞ Rusiyaya “dur” dedi: Tramp donanma göndərdi...
Yaxın Şərqdə müəyyən bir aydınlıq yaranmayanadək Dağlıq Qarabağ məsələsi ətrafında münasibətlər həll yoluna qədəm qoymayacaq.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, bu gün Yaxın Şərqə hökmranlıq edən güc az qala bütün dünyaya öz nüfuz dairəsini yaya bilir:
“Obama dövründə ABŞ Yaxın Şərqdəki mövqelərini xeyli itirdi. Çünki 200 minlik Amerika qoşun kontingentinin İraqdan çıxarılması İŞİD-in yaranmasına şərait yaratdı. Bunun ardınca isə Suriyada vətəndaş müharibəsi alovlandı. Obama administrasiyası Amerikanın əvvəlki mövqeyini bərpa etmək üçün heç bir təşəbbüs göstərmədi. Rusiya da bu boşluqdan yararlanaraq Yaxın Şərqdə təşəbbüsü bütünlüklə ələ aldı. Üstəlik, Əsəd rejimi ilə yaxınlıq və İranla formalaşan strateji əlaqələr bu işdə başlıca rol oynadı. İran, Rusiya, bəzən tərəddüdlü mövqe tutan İraq və Suriya birləşərək Yaxın Şərqdə Rusiyanın hegemon mövqeyini formalaşdırdılar. İş o yerə çatdı ki, Rusiya Liviyaya da qoşun hissələri çıxardı. Düzdür, Rusiya bu ərazidə aktiv hərbi əməliyyatlara başlamadı, hər halda, yeni rejim yarada biləcək hərbi qruplaşma ilə əməkdaşlıq edən Moskva Liviyada öz təsirini yaymağa başladı. ABŞ-ın Suriyanı bombardman etməsi, əslində, Rusiyaya “dur” siqnalı idi. ABŞ Rusiyaya göstərdi ki, istənilən an təşəbbüsü ələ ala bilər və elə məqsədi də məhz budur”.
Politoloq qarşıda geosiyasi vəziyyətin pisləşəcəyini və gərgin hadisələrin olacağını qeyd edib:
“Hazırda ABŞ-ın 6-cı donanması Aralıq dənizində Suriya boyunca yerləşməkdədir. Rusiya da öz hərbi qüvvələrinin geriyə dönməsinə göstəriş verib. Hər halda, aktiv əməliyyatlar başlasa, ABŞ üstünlük nümayiş etdirəcək və Rusiyanı birdəfəlik Yaxın Şərqdən çıxaracaq. Bu isə Rusiyanın Ukrayna, Baltikyanı və digər ərazilərdə fəallaşmasına səbəb ola bilər. Ancaq Rusiyanın iqtisadi vəziyyəti pisləşir, Putin rejiminə qarşı narazılıq günbəgün artır, cəmiyyətdə baş qaldıran neqativ dəyişikliklər Kremlin bir sıra bölgələrdə aktiv fəaliyyətinə imkan verməyəcək”.
Politoloq başı Suriyaya qarışan Moskvanın Qarabağ məsələsini demək olar ki, yaddan çıxardığını vurğulayıb:
“Arabir Patruşev və digər rəsmilər Azərbayacana səfər edir, Qarabağ məsələsi hallandırılır. Ancaq ABŞ da öz səylərini göstərməlidir. Bu nöqteyi-nəzərdən bir müddət, ən azından Yaxın Şərqdə aydınlıq yaranmayanadək, Dağlıq Qarabağ məsələsi ətrafında münasibətlər həll yoluna qədəm qoymayacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar