Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana gətirilən vaksinlərə hansı qurum zəmanət verir?

Tarix: 05-06-2020 16:06     Baxış: 4267 A- / A+
Azərbaycana gətirilən vaksinlərə hansı qurum zəmanət verir?


Tarix boyu insanlar yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olublar.

Vəba, malyariya, müxtəlif virus qripləri və onlarca bu cür ölümlərin qarşısı ancaq onlara qarşı peyvəndlər hazırlandıqdan sonra alınıb.

Peyvənd nədir, necə hazırlanır?

İnsan və heyvanlarda xəstəlik yaratmaq qabiliyyətində olan virus, bakteriya və başqa mikroplar xəstəlik yaratma xüsusiyyətindən azad edilir və ya bəzi mikropların ifraz etdikləri zəhərlərin təsiri ortadan qaldırılmaqla peyvənd hazırlanır. Orqanizm bu yolla özünə zərər verməyən mikrop və toksinləri tanıyır və onlara qarşı mübarizə metodu hazırlayır.

Beləcə həqiqi mikroplarla qarşılaşdığında bu yolla mübarizə aparır və insan xəstələnmir. Çünki artıq immunitet yaranır. Bu üsul yoluxucu xəstəliklərdən kütləvi surətdə baş verən ölümlərin qarşısının alınması üçün ən faydalı metoddur.

Azərbaycanda peyvənd hazırlanmır.

Türkiyədə ilk peyvənd hazırlanmasına Osmanlı İmperiyası dövründə başlayıb.

Fransız bioloq, mikrobiologiya və immunologiyanın banisi Lui Paster peyvənd hazırlama fəaliyyəti üçün dövrünün dövlət başçılarından maddi kömək istəyir.

Həmin müraciətlərin bir nüsxəsi Osmanlı hökmüdarı ll Əbdülhəmidə çatdıqdan sonra o maddi yardım göstərməsi müqabilində vaksin hazırlanma işlərinin İstanbulda aparılmasını istəyir. Bu təklif Paster tərəfindən qəbul olunmayınca, ikinci təklif ortaya çıxar 10.000 qızıl yollanılır və eyni zamanda Osmanlıdan 3 adamın da asistant kimi getməsinə qərar verilir.

Vaksin Fransızca "vacca - inək" deməkdir. Bu termini elmə ingilis həkimi Edvard Cennerin şərəfinə Lui Paster gətirib. Cenner ilk dəfə olaraq insanları təbii çiçəkdən qorumaq məqsədi ilə onları inəyin təbii çiçək virusu ilə immunizə edib.

Vaksinasiyanın əsas məqsədi orqanizmdə erkən dövrdə güclü immunitet yaratmaqdır. Vaksinasiyaya əsas göstəriş kimi yoluxucu xəstəliklərin yayılma təhlükəsinin artması, eləcə də əhali arasında epidemiyaların baş verməsi hesab edilir. Kütləvi profılaktika tədbirləri aparılarkən vaksinasiyaya əks göstərişlər, həmçinin insanın ümumi vəziyyəti nəzərə alınmalıdır.

Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycana vaksin preparatları 2014-cü ildən UNİCEF-in xətti ilə daxil olur və daxil olan bütün preparatlar Ümumdünya Səhiyyə Təşkilatının prekvalifikasiyasından keçən vaksinlər olur. Yəni, peyvəndlərin hamısı sınaqdan keçirilmiş olur və bununla bağlı zəmanəti ÜST verir.

Azərbaycanda daha çox Belçika, Hollandiya, İndoneziya, Hindistan, Cənubi Koreya, Bolqarıstan, Britaniya Krallığının istehsalı olan vaksinlərdən istifadə edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar