Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ürək problemləri bağırsaqlardan qaynaqlanır?

Tarix: 15-02-2020 21:50     Baxış: 3257 A- / A+
Ürək problemləri bağırsaqlardan qaynaqlanır?

Ürək patolagiyaları bütün dünyada geniş yayılıb, hətta inkişaf etmiş ölkələrdə ürək-damar sistemi xəstəliklərindən ölüm halları 35 faizdir.

Manevr.az e-tibb.az-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev ATU-da "Ürək patologiyalarında risk faktorları" mövzusunda keçirilən elmi konfransda deyib.

Kardioloq, ATU-nun dosenti Fərid Əliyev "Bağırsaq bakterial mikroflorası - Yeni bir kardiovaskulyar risk faktorudumu?" mövzusunda suallara aydınlıq gətirərək cəmiyyətdə tez-tez eşitdiyimiz "Heç nə yemirəm, amma kökəlirəm", Mənim babam ət və yağı çox yeyirdi, 100 yaşına kimi yaşadı", "Su içsəm kökəlirəm", "Çox yeyirəm, amma kilo almıram" kimi deyimlərin izahını verib.

Aterosklerozun risk faktorlarından söhbət açan mütəxəssis klassik, genetik amillərin təsirindən danışarkən onu da qeyd edib ki, xəstələrin yaxınında həmin risk faktorları ilə izah oluna bilməyən kardiovaskulyar hadisələr baş verir. Bu səbəbdən yeni risk faktorlarının aşkar edilməsinə ehtiyac yaranır. Aterosklerozun müalicəsinə də toxunan F.Əliyev bildirib ki, bu günə qədər aparılan ən aqressiv tədqiqatlarda belə, ateroskleroz riski maksimum 50% azaldıla bilib. Ona görə də yeni müalicə taktikalarına ehtiyac var.

Kardioloq insan bədəninə kənardan nüfuz edən çevrə faktorlarından da danışıb: "Qida bədənimizin içinə gündə bir neçə dəfə girən xarici element qarışımıdır. Aldığımız qida nəticə olaraq bağırsaq florasında işlənərək qan dolaşımına ilk şəklindən fərqli və bir çox metabolik reaksiyalara girməklə daxil olmaqdadır. Bədənimizin ən böyük endokrin sistemi bağırsaqlardakı mikrobial ekosistemdir. Bağırsaq mikroflorası bir çox funksiyaya malik olan, dostluq içində yaşayan və bir-birinə köməklik edən 100 trilyona yaxın bakteriadan ibarətdir. Məsələn, kolondakı bakteriyalar bağırsaq iç çəpərinin regenerasiyasına cavabdehdir və orqanizmi patogen bakteriyalardan qoruyur. Ümumi funksiyası isə bağırsaq keçiriciliyinin kontrolu, hərəkətinin tənzimlənməsi, qida absorbsiyası, vacib endokrin və ekzokrin funksiyası, vitamin sintezi, lokal və sistemik inflamator cavabın tənzimlənməsidir".

Bağırsaq florasının individual olduğunu deyən mütəxəssis bildirib ki, un, şəkər, işlənmiş qidalar, duru yağlar (zeytun yağından başqa) patogen floranı artıran qidalardır. Bağırsaqdakı bakteriyaların bir bölümü kolin və karnitinlə bəslənir (ət və yağlı qidalar). Bunlarla bəslənərkən ortaya metabolit olaraq TMA (Trimetilamin) ortaya çıxır. Qaraciyərdə TMA TMAO-ya (Trimetilamin-N-oksid) dönüşür. TMAO da öz növbəsində endoteldə xolesterin depozisiyasına gətirir. Xronik yüksək TMAO səviyəsinə sahib insanlarda miokard, insult və ölüm riski iki qat artır. Durum belə olanda ət qəbulunu dayandırmalı deyilik.

Mütəxəssisin sözlərinə görə, ürək çatışmazlığı xəstələrinin 100%-də bağırsaq keçirgənliyi artır, 78 %-də anormal bağırsaq florası komponentləri aşkarlanır: "Necə deyərlər, insanın ürəyinə gedən yol onun bağırsağındakı mikrobiotasından keçir".

Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetlinin Tibb fakültəsinin Farmakologiya kafedrasının professoru Xalis Süleyman müzakirəyə çıxarılan mövzunun çox populyar bir mövzu olduğunu, kardiologiyanın böyük incəlikləri, mexanizmləri haqqında şəxsi təcrübəsindən qaynaqlanan fikirlərini diqqətə çatdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar