Xəbər lenti
Gec yaşda evlənən kişiləri GÖZLƏYƏN TƏHLÜKƏ
Hamı bilir ki, qadının ana olmasının bioloji müddəti var. Bəs kişinin ata olmaq üçün bioloji vaxtı varmı? Mütəxəssislər deyirlər ki, kişilərdə qocalma ilə reproduktiv funksiyaların azalması və sperma keyfiyyətinin azalması baş verir. Belə olan halda ata olmaq üçün ideal yaş nədir?
Uroloq və androloq Emre Bakırcıoğlu bu barədə əhəmiyyətli məlumatlar verib.
Ekspertin sözlərinə görə, xaricdə sperma bankları 50 yaşdan yuxarı kişilərdən sperma qəbul etmir. Bunun səbəbi sperma keyfiyyətinin yaşla birlikdə aşağı düşməsi ilə əlaqədardır.
Beləliklə, kişilər yaşlandıqca onlarda funksional olaraq hansı dəyişikliklər baş verir?
40 yaşdan yuxarı testosteron səviyyəsi ildə 1 faiz azalır.
Sperma miqdarı qismən eyni səviyyədə davam edə bilər.
İl ərzində sperma hərəkətliliyi azalır.
Sperma keyfiyyəti azalır.
"Bu dəyişikliklərdən başqa, yaşla əlaqədar ereksiya problemi, cinsi əlaqənin tezliyinin azalması kimi digər amillər özünü göstərir. Normal bir insanda hər ürək döyüntüsü ilə 1000 sperma ifraz edildiyi halda, bu keyfiyyət yaşla bərabər azalır. Sperma xromosom anormallıqları artmağa başlayır, xüsusən cinsiyyət xromosomu X və Y xromosoma anomaliyaları artır. Uşaqlarda XXY Klinefelter sindromu və ya XYY sindromunun tezliyi artır. Tək gen xəstəliklərində artım görülür. Bu xəstəliklər nadirdir, lakin uşaqlarda ağır anadangəlmə xəstəliklərə səbəb ola bilər" , - deyə həkim qeyd edib.
Kişinin yaşı hamiləliyə necə təsir edir?
50 yaşdan aşağı kişilərə nisbətən iki dəfə hamiləliyin pozulması riski yüksəkdir.
Erkən doğuş ehtimalı və uşaq ölümünün 2 dəfə artması.
"Döllənmə və hamiləlik baş verərsə, kişinin yaşı hamiləliyə mənfi təsir göstərir. Daha da önəmlisi son illərdə aparılan araşdırmalar göstərib ki, şizofreniya (5 qat), autizm (4 qat), bipolyar pozğunluqlar (2 qat) və diqqət çatışmazlığı kimi bəzi koqnitiv pozğunluqlar yaşlı ataların uşaqlarında daha çox rast gəlinir.
Əlbəttə ki, 40 yaşına çatmadan uşaq sahibi olmaq üçün daha istəkli olmaq lazımdır. Kişilərin bioloji saatı olduğunu bilməliyik və 40 yaşlarını gözləmədən uşaq sahibi olmağı məsləhət görürük. Risk, ümumiyyətlə, çox yüksək olmasa da, gənc kişilərlə müqayisədə bu riskin artdığı göz qabağındadır. Bu gün aparılan araşdırmalar göstərir ki, kişilərdə sperma keyfiyyətinin aşağı olması bir çox xəstəliklərə səbəb olur", deyə mütəxəssis əlavə edib./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar