Sizin Reklam Burada
Xəbər lenti
19-11-2026
18-11-2026
BÜTÜN XƏBƏRLƏR

C vitamini nə vaxt qəbul edilməlidir? - Həkimdən vacib xəbərdarlıq

Tarix: 19-11-2026 14:57     Baxış: 330 A- / A+
"C" vitamini qəbul etmək üçün xüsusi saat seçməyə ehtiyac yoxdur. Lakin yüksək dozada qəbul edilməsi immuniteti gücləndirmir, əksinə, həzm sistemində problemlərə səbəb ola bilər.
Manevr.az xəbər verir ki, bu barədə “SM-Klinika”nın terapevti Kseniya Noçevnaya “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, "C" vitamini kollagenin yaranmasında, toxumaların sağalmasında, immun sisteminin fəaliyyətində və antioksidant müdafiədə mühüm rol oynayır. O, həmçinin bitki mənşəli qidalarda olan dəmirin orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdırır.
Ən yaxşı mənbə qidalardır
Mütəxəssis bildirib ki, "C" vitamininin əsas mənbəyi müxtəlif və balanslı qidalanma olmalıdır. Bu vitamin şirin bibər, qara qarağat, kivi, itburnu, sitrus meyvələri, brokoli, kələm və göyərtidə çoxdur. Dondurulmuş giləmeyvələr də yaxşı vitamin mənbəyi hesab olunur.
"C" vitamini uzun müddət istiliyə, suya və saxlanmaya həssas olduğundan tərəvəz və meyvələrin bir hissəsini təzə halda yemək, bişirərkən isə uzunmüddətli istilik emalından qaçmaq tövsiyə edilir.
Qəbul vaxtının xüsusi əhəmiyyəti yoxdur
Həkim əlavə preparat qəbulunun tövsiyə edildiyi hallarda "C" vitamininin səhər və ya axşam, yeməkdən əvvəl və ya sonra qəbul edilə biləcəyini bildirib. Lakin mədəsi həssas olan insanlarda askorbin turşusu qıcqırma, ürəkbulanma və narahatlıq yarada bilər. Belə hallarda preparatı yeməkdən sonra qəbul etmək daha məqsədəuyğundur.
Yüksək doza əks təsir göstərə bilər
Noçevnayanın sözlərinə görə, orqanizmin "C" vitaminini mənimsəmək imkanları məhduddur. Orta miqdarda qəbul zamanı vitaminin təxminən 70-90 faizi mənimsənildiyi halda, birdəfəlik 1 qramdan artıq dozada bu göstərici 50 faizdən aşağı düşür.
Artıq miqdar sidiklə xaric edilir. Bir neçə qram "C" vitamini qəbul etmək immun müdafiəsini gücləndirmir, əksinə, ishal, qarın ağrısı və spazmlar yarada bilər.
Mütəxəssis bahalı liposomal və buferləşdirilmiş "C" vitamini preparatlarının əksər sağlam insanlar üçün adi askorbin turşusundan üstünlüyünün sübut edilmədiyini də vurğulayıb.
Həkim əlavə olaraq "C" vitamininin paxlalılar, qarabaşaq, göyərti və tam taxıllı məhsullarla birlikdə qəbulunun bitki mənşəli dəmirin mənimsənilməsini yaxşılaşdırdığını qeyd edib. Dəmir çatışmazlığının müalicəsi zamanı isə preparatların birlikdə qəbulu həkimlə dəqiqləşdirilməlidir.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar