Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

ARAŞDIRMA - İnsan beyni böyüyür

Tarix: 07-04-2024 14:46     Baxış: 3156 A- / A+
Yeni araşdırmalar göstərir ki, insan beyninin ölçüsü zamanla tədricən artır və bu, gənc nəsillərdə demensiya riskini azalda bilər.
Manevr.az axar.az-a istinadən bildirir ki, yaşı 55-65 arasında olan üç mindən çox amerikalının beyninin təsviri ilə aparılan araşdırma, 1970-ci illərdə doğulanların ümumi beyin həcminin 1930-cu illərdə doğulanlara nisbətən 6,6 faiz daha çox olduğunu ortaya qoyub.
Yaddaş və öyrənmədə mühüm rol oynayan beynin xüsusi hissəsi tədqiq edilən ardıcıl nəsillər ərzində həcmcə yüzdə 5,7 faiz genişlənib. Bu, boy və yaş kimi digər təsirli olan amillər nəzərə alındıqdan sonra belə doğru idi.
Tədqiqata rəhbərlik edən Kaliforniya Davis Universitetinin nevroloqu Çarlz Dekarli bildirib ki, hər hansı bir insanın doğulduğu 10 il beyin böyüklüyünü göstərir və potensial olaraq uzunmüddətli beyin sağlamlığına təsir edir. Genetika beyin ölçüsünün müəyyən edilməsində mühüm rol oynayır, lakin əldə edilən nəticələr göstərir ki, sağlamlıq, sosial, mədəni və təhsil faktorları kimi təsirlər də rol oynaya bilər.
Bu gün demensiya bütün dünyada on milyonlarla insana öz təsirini göstərir və dünya əhalisinin yaşlanması ilə yaxın üç onillikdə xəstəliyin diaqnozu üç dəfə artacaq. Ancaq düşünmək üçün ümidverici bir məlumat var - son üç onillikdə ABŞ və Avropada demensiya halları hər on ildə təxminən 13 faiz azalıb. Gənc nəsillərdə demensiyanın riski ehtimal ki, daha sağlam həyat tərzi və tərbiyə ilə əlaqədar olaraq azalır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar