Sizin Reklam Burada
Xəbər lenti
07-08-2026
06-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azad edilmiş ərazilərdə 287 min hektardan çox sahə minalardan təmizlənib

Tarix: 17-07-2026 12:39     Baxış: 4167 A- / A+
İşğaldan azad olunan ərazilərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində indiyədək 287 385 hektar ərazi təmizlənib.
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə bağlı keçirilən brifinqdə qurumun İdarə Heyətinin sədri Vüqar Süleymanov açıqlayıb.
Onun sözlərinə görə, əməliyyatlar zamanı 255 200 mina və digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib. Bunlardan 189 097-si digər partlayıcı sursatlar, 42 235-i piyada əleyhinə minalar, 23 868-i isə tank əleyhinə minalardır.
ANAMA sədri bildirib ki, agentlik hazırda müasir texnologiyalar, innovativ metodlar, mexaniki minatəmizləmə vasitələri, xüsusi təlim keçmiş itlər və peşəkar mütəxəssislərin iştirakı ilə genişmiqyaslı əməliyyatlar həyata keçirir.
Qeyd olunub ki, Azərbaycanın humanitar minatəmizləmə sahəsində əldə etdiyi təcrübə beynəlxalq səviyyədə diqqətlə izlənilir və nümunə kimi qiymətləndirilir.
Vüqar Süleymanov vurğulayıb ki, ən müasir texnologiyalardan istifadə edilməsinə baxmayaraq, bu sahədə əsas amil insan əməyidir. Onun sözlərinə görə, minaaxtaranların peşəkarlığı, dəqiqliyi və məsuliyyəti əməliyyatların uğurla həyata keçirilməsində mühüm rol oynayır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar