Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əsgərimizə pusqu quran GİZLİ DÜŞMƏN - Erməni təxribatının TƏŞKİLATÇILARI...

Tarix: 14-09-2022 13:59     Baxış: 4255 A- / A+




Ermənistanın ötən gecə törətdiyi növbəti irimiqyaslı hərbi təxribatı Azərbaycan Ordusunun əməliyyatı nəticəsində növbəti dəfə dəf edildi, qarşı tərəfə çox ağır zərbələr endirildi.
Lakin bir məqam 44 günlük müharibədən qalib ayrılan, düşmənə ağır məğlubiyyət yaşadan Azərbaycanın vətəndaşı olaraq məni narahat etməyə bilməz. Düzü müharibə, hərbi qarşıdurma, silahlı təxribat varsa, orada şəhid olmamaq məsələsi mümkünsüzdür. Artıq XXI əsrdir və texnika, texnologiya dövrü olduğundan bu məsələdə o qədər yeniliklər olur ki, indi hərbi silah-sursatla istənilən hədəfə dəqiq zərbə endirmək elə də çətin məsələ deyil.
Bu səbəbdən Ermənistan tərəfinin irimiqyaslı növbəti təxribatına qarşı antiterror əməliyyatı zamanı məncə ən optimist azərbaycanlı belə şəhid xəbəri alacağımız narahtlığını yaşayıb. Amma ötən gün bu rəqəmlərin birdən-birə 50 olaraq elan edilməsi, həqiqətən çox ağır gəldi.

Düzdür, fərq etmir şəhid sayı 1-dir, 5-dir, yaxud 50. Onlar hamısı bu Vətənin övladı, canlarını bu torpaq, bu xalqın azadlığı, suverenliyi üçün canından keçənlərdir. Lakin Vətən müharibəsindən qələbə ilə ayrılan bir Ordu, bir xalq olaraq 7-8 saatlıq hərbi qarşıdurma zamanı 44 günlük İkinci Qarabağ müharibəsində ordusunun darmadağın edilmiş Ermənistan silahlı qüvvələri tərəfindən 50 hərbçimizin şəhid edilməsi bir çox haqlı sualların meydana çıxmasına səbəb olur:
Nə baş verir?
Ermənistan Silahlı Qüvvələri nə üçün qəflətən bütün anlaşmaları və razılaşmaları pozaraq Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətlərində mövqelərimizə hücuma keçdilər, artilleriya atəşləri açdılar?
Ermənilərlə döyüşlərdə nədən Xüsusi Təyinatlı Qüvvələr və "Komando" birlikləri ön sırada oldular?
Burada iki məqam ön plana çıxır:
1. Ermənistanın silahlı diversiyası uzun müddətdən bəri, təfsilatlı və genişmiqyaslı şəkildə hazırlanıb. Özü də bu hazırlıq prosesində rəsmi İrəvana kənardan ciddi dəstək verilib.
2. İkinci Qarabağ Müharibəsində darmadağın edilmiş Ermənistan Silahlı Qüvvələri tam məhv edilməyib. Baş nazir Nikol Paşinyan ordu təminatı prosesini puç etsə də, görünən budur ki, həm erməni vətəndaşları, həm də xaricdəki erməni diasporu ən müxtəlif yollarla Ermənistan ordusunu təminatını qismən də olsa, reallaşdırmağa çalışıblar. Yazılanları reallığa və faktlara implementasiya etsək, düşmənin istənilən formada revanşizminin və aqressiyasının qarşısını almaq üçün bundan sonra daha sayıq, sərvaxt və mükəmməl dərəcədə hazır olmalıyıq.
Ermənistan sübut etdi ki, rəsmi İrəvanın dedikləri ilə etdikləri və ya edəcəkləri arasında uçurum dərəcədə fərq var.
Bunu əsla, amma əsla unutmamalıyıq.
Biz ötən gün 50 şəhid verdiyimiz "Qətiyyətli cavab" əməliyyatından əldə etdiyimiz kadrlara nəzər yetirdikdə görə bilərik ki, Ordumuz cavab olaraq Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə kifayət qədər yüksək dəqiqliyi olan ağır hərbi texnikalardan artilleriya zərbələri endiriblər.

Bu azmış kimi ötən gündən sosial mediada Azərbaycanın Pilotsuz Uçuş Aparatlarının (PUA) Ermənistan mövqelərinə çox dəqiq endirilən xeyli sayda zərbələrini, düşmən mövqelərini alt-üst edən, canlı qüvvəsini və yarım milyonluq hərbi texnikasını sıradan çıxaran atəşinə şahid oluruq.
PUA-lar döyüş teatrında istifadə üçün effektiv vasitədir, mübahisəsiz və şəksiz. Lakin Ermənistanın son təxribatı bir sıra məqamları bütün qabarıqlığı ilə üzə çıxardı:
◼️ Azərbaycanın Ermənistanla delimitasiya-demarkasiya olunmamış dövlət sərhəddindəki mövqelərimizlə düşmənin postları və uzunmüddətli müşahidə-müdafiə məntəqələri arasında minimum 20 kilometrlik bufer zonası olmalıdır. Yəni Ermənistan Silahlı Qüvvələrinin mövqeləri sərhədimizdən onların sürəkli istifadə etdikləri artilleriya vasitələrinin atış məsafəsi uzaqlıqda olmalıdır.
◼️ Ermənistanla təqribən 1000 kilometr uzunluğundakı sərhəd perimerti boyu qarşı tərəfin TOTAL və TAM müşahidə, xüsusilə də atış nəzarəti altında saxlanması üçün uzunmüddətli müdafiə-müşahidə kompleksləri, kaponerlər, nəqliyyat-təminat və kommunikasiya-rabitə məntəqələri şəbəkəsi yaradılmalıdır.
◼️ Sərhəd boyunca yaradılan və yaradılacaq məntəqələrin arasındakı müşahidə ərazilərinin sutkaboyu nəzarətdə saxlanması üçün zəruri müşahidə-kontrol cihazları, öncədənxəbərvermə sistemləri şəbəkəsinin mərkəzləşdirilmiş kompleksi yaradılmalıdır.
◼️ Sərhəd perimetri boyu qarşı tərəfin artilleriya vasitələrindən istifadəsini anında zərərsizləşdirmək üçün kontrbatareya vasitələri, radarlar, pelenq sistemləri və lokasiya qurğularından ibarət komanda məntəqələri qurulmalıdır.
◼️ Bəhs etdiyimiz sistemin tərkinbə mütləq şəkildə radioelektron mübarizə qurğuları və sistemlərinin geniş şəbəkəsi qurulmalıdır ki, qarşı tərəfin mövqelərimirzə PUA-lar, dronlar yollaması birmənalı olaraq istisna edilsin.

◼️ Silahlı Qüvvələrimizin, Sərhəd Xidmətinin və Daxili Qoşunlarının zəruri fəaliyyəti mütləq şəkildə diplomatik müşayiət edilməlidir.
Çünki sərhədimizdən o tərəfdə olan hərbi obyektlərdən Azərbaycan ərazisinə ünvanlanmış silahlı təxribat və ya hücum varsa, hücumla təxribatın mənbəyinin vurularaq məhv edilməsi zəruri özünümüdafiə tədbiridir.

Hə, o ayrı məsələ ki, bu təxribat Ermənistana edilən növbəti və xüsusi sifarişdir. Nəzər salsaq daha aydın şəkildə görə bilərik ki, sanki ABŞ, Fransa, İran, Hindistan, Avropa Parlamenti hazır vəziyyətdə məhz bu təxribatı gözləyirdilər. Təxribata cavab olaraq Azərbaycan ordusu Ermənistandakı atəş nöqtələrini susdurduğu halda Ermənistanda dezinformasiya maşını işə başladı, dərhal dünyaya car çəkildi ki, guya Azərbaycan Ermənistanda mülki insanları, yaşayış yerlərini hədəf alır. Bunun ardınca adı sadalanan dövlətlərdən ən yüksək səviyyələrdə Azərbaycana qarşı təhdidlər, təzyiqlər başladı.
Hətta iş o yerə çatdı ki, Avropa Parlamenti dərhal Azərbaycanla Ermənistan arasında yaşanan bu gərginliyə görə rəsmi Bakıya qarşı sanksiya tələbi ilə çıxış etdi, Avropanın Azərbaycandan qaz alışını dayandırması istənildi.
Bu azmış kimi Ermənistanın Təhlükəsizlik Şurasına müraciəti əsasında BMT Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyətlə bağlı artıq fövqəladə iclas çağırılıb. Hər iki ölkənin nümayəndəsinin iclasda iştirakı planlaşdırılır. İclasın bağlı qapılar arxasında keçirilməsi və TŞ-yə üzv dövlətlərdən gələn cavaba əsasən sentyabrın 14-də baş tutması planlaşdırılır.
Qərbin birdən-birə Azərbaycana qarşı bu qədər aqressiyasının səbəbini anlamaq çətin deyil. Elə ABŞ-ın Azərbaycandakı səfriliyinin "Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan sərhədində hücumlar, o cümlədən Ermənistan daxilində yaşayış məntəqələrinə və mülki infrastruktura zərbələr endirilməsi barədə məlumatlardan ciddi narahatdır" paylaşımı Blinkenin Paşinyanla telefon danışığından sonra heç bir dəlil olmadan Azərbaycanı mülki infrastrukturu vurmaqda günahlandırması qədər yolverilməz və ədalətsiz yanaşmadır.
O zaman niyə 30 illik işğal zamanı BMT TŞ-nın Qətnamələri icra olunmayaraq qaldı, niyə Təhlükəsizlik Şurasının daimi üzvlərindən heç biri bu müddət ərzində bir dəfə də olsun Ermənistanı Azərbaycanın ərazilərini tərk etməsi üçün hər hansı bir məsələ qaldırmadı, təzyiq göstərmədi? İşğal dövründə Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində hər həftə mülki vətəndaşımız həlak oldu, mövqelərimiz daim atəş altında idi. O zaman BMT TŞ-si, ABŞ, Fransa, Avropa parlamenti hara baxırdı, niyə Ermənistanın bu hərbi cinayətlərini görməzdən gəlirdi? 

Və nəhayət, bu gün Azərbaycanı erməni dezinformasiyasına istinad edərək Ermənistanda mülki obyektləri hədəf almaqda suçlayan həmin dövlət və beynəlxalq təşkilatlar, qüvvələr 44 günlük müharibə ərzində Gəncəni, Bərdəni, Tərtəri, Mingəçeviri kasetli bombalar, Smerç raketləri, istifadəsi çoxdan qadağa edilən silahlarla bombardıman edib, mülki əhalini yatdığı yerdə qətlə yetirəndə, insanları işinin-gücünün arxasınca gedərkən küçənin ortasında öldürəndə harda idi, hara baxırdılar?
Azərbaycana qarşı bu cür ikili standartlar, destruktiv mövqe heç bir beynəlxalq hüquqa, ədalətə sığmır.
Belə nəticə çıxır ki, bu məsələdə bütün tərəflər öz payını götürmək üçün öncədən müəyyən razılığa gəliblər. Ermənistan təxribata yol verməli, Azərbaycanı cavab tədbirləri görməyə təhrik etməli, Minsk Qrupunun dirilməsini istəyən ABŞ və Fransa dərhal bölgədəki gərgin vəziyyətlə bağlı Azərbaycana təzyiqlər edərək Bakını faktiki olaraq mövcud olmayan qurumu yenidən masada vasitəçi kimi qəbul etməyə məcbur etməyi planlaşdırıblar.
Bəs burada Minsk Qrupunun tərəflərindən olmuş Rusiya niyə elə də çox gözə dəymir? Rusiyanın Ermənistanın təxribatında neytral mövqe nümayiş etdirməsinin səbəbi nədir?
Əslində ABŞ dövlət katibi Antoni Blinken nə qədər qəribə səslənsə də bu suala cavab verdi. O dünən etdiyi açıqlamada Ermənistanla Azərbaycan arasında baş verən silahlı qarşıdurmaya görə məhz Rusiyanı ittiham etdi: "Rusiya diqqəti Ukraynadan yayındırmaq üçün Azərbaycan və Ermənistan arasında münaqişəni "qarışdırmağa" cəhd edə bilər".

Nəzərə alsaq ki, Rusiya son günlər Ukrayna cəbhəsində xeyli itki verərək, əlində olan hərbi texnikasını da atıb geri çəkilməklə məşğuldur və Qərb Kremli çökdürmək üçün məhz bu məsələyə fokuslanıb, o zaman Moskvaya diqqətdən yayınmaq, diqqətləri üzərindən çəkmək üçün çox ciddi səbəbi ehtiyacı var idi. 
Kənardan neytral kimi görünən Rusiyanın təxminən 200 il əvvəl bölgəyə küçürüb gətirdiyi erməni kartını işə salaraq Azərbaycanı Qərbin, ABŞ-ın qarşısına verməklə bir qədər rahat nəfəs almaq üçün məqama ehtiyacı ola bilər.
Beləcə, Rusiya burada 3 hədəfə çatmaq istəyir:
✔️ Kremlin belə bir qərarı ABŞ və Fransanı regiondakı proseslərdən kənar qalmamaq üçün Azərbaycan-Ermənistan gərginliyindən istifadə edərək yenidən özlərini bu məsələnin içində tapmaq üçün bir imkan yaratmaqla Şərqi Avropadakı müharibədən qopmalarına hesablana bilər
✔️ Regionda vəziyyəti gərgin vəziyyətdə saxlamaqla 2 il sonra missiyası başa çatacaq sülhməramlılarının müddətini daha uzun vədəyə çəkmək.
✔️ Bu cür təxribatlarla gərginliyi pik həddə çatdıran Rusiya Avropa İttifaqının vasitəçiliyini iflasa uğratmaqla demək istəyir ki, Azərbaycanla Ermənistan arasında bir moderator var, o da mən! 
Bu sadalanan ehtimallar, faktlar və gözləntilər bir daha deməyə əsas yaradır ki, ermənilər hələ də Rusiyanın əlində alət olaraq qalır. İstənilən an sərhəddə və Qarabağda erməni tərəfinin əli ilə provokasiyalar törətmək Rusiya üçün ən asan işdir. Konkret desək Ermənilərin provokativ davranışları və bizim buna cavablarımız konflikt situasiyasının davam etməsini, konfliktin davam etməsi isə Rusiyanın bölgədə qalmasını şərtləndirir.milli.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar