Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər Laçını verməkdən ƏSLİNDƏ niyə qorxurdular? - Bakının növbəti HƏDƏFİ ...

Tarix: 27-08-2022 12:56     Baxış: 5309 A- / A+


Azərbaycan müharibə qanunlarını postkonflikt reallıqlarına uyğun olaraq diplomatik müstəvidə masaya yatırmaqla proseslərdən karlı çıxan tərəf kimi 44 günlük müharibədəki Zəfərini taclandırmaq istiqamətində növbəti önəmli tarixi addımı atdı. Ötən gün - 26 avqust tarixində Azərbaycan Ordusu gözlənildiyi kimi Laçın şəhəri, Zabux və Sus kəndlərini tam nəzarətə götürməklə Qarabağda yerini, mövqeyini daha da gücləndirmiş oldu. 
Və beləcə, 30 ildən sonra Laçını və ətrafındakı kəndləri bir güllə belə atılmadan nəzarətimizə keçməsinə nail olmaqla bütün dünyaya, revanşistlərə və onların havadarlarına Azərbaycanın gücünü, qətiyyətli mövqeyini, iradəsini nümayiş etdirdik. Nəticədə separatizmə və onun arxasında dayanan güclərə növbəti zərbəni vurduq deyə bilərəm. Belə olan təqdirdə şübhəsiz ki, Ermənistana və erməni separatçılarına dəstək verən xarici güclərin də bölgədəki mövqeləri zəiflədi.

Laçın Şuşa qədər strateji əhəmiyyətə malik bir ərazi vahidinə daxil olmaqla paralel, eyni zamanda Azərbaycanın ən qədim yaşayış məskəni kimi bilinir. Laçının bu şəkildə erməni separatçılarından geri qaytarılması o deməkdir ki, 10 noyabr üçtərəfli bəyanatı ilə Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaq cəhdləri Laçında cərəyan edən proseslər qədər boş vaxt itkisindən başqa bir şey deyil. 
Azərbaycan ordusunun Zabuxa, Susa, Laçın şəhərinə daxil olması eyni zamanda o deməkdir ki, Laçın dəhlizi qüvvədən düşür. Dəhlizin marşrutunun dəyişməsi Laçın dəhlizinin gündəmdən çıxması ilə yanaşı, Bakının manevr imkanlarını da artıracaq ki, bu da yaxın gələcəkdə erməni separatçılarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında mövcud olduğu digər ərazilərdə də hiss ediləcək. 
Azərbaycanın Laçında varlığını yenidən bərqərar etməsi erməni separatçılarının Qarabağda sonunun çatdığı demək olmaqla yanaşı, bölgənin digər ərazilərinə də Azərbaycanın nəzarət imkanlarının artması anlamına gəlmiş sayılır. Çünki Laçınla bərabər Ermənistanla Qarabağı birləşdirən və işğal dövründə qanunsuz tikilən, çəkilən kommunkasiya xətləri də nəzarətimizə keçdi ki, bu da separatçılara, qondarma rejim qalıqlarına təzyiqi artırmaq üçün əlavə alət anlamına gəlir. Konkret desək, qondarma ünsürlərin mühasirələri daha da daralır. Ən başlıcası isə Azərbaycanın Laçın şəhəri üzərində nəzarəti bərpa etməsi regionda uzunmüddətli sülh yolunda vacib addımdır.

Təbii ki, Laçın tarixi torpaqlarımıza qayıtmaq yolunda birinci hədəfimiz olmadığı kimi, sonuncu da deyil. Heç tərəddüd etmədən deyə bilərəm, növbəti hədəflərimiz Şuşanın kəndləri, Xocalı, o cümlədən Xankəndi və ətrafında Azərbaycan qanunlarının işlənməsini təmin etmək olacaq ki, bu yöndə artıq müəyyən addımların atılması istiqamətində rəsmi Bakının müəyyən planları mövcuddur.
Nəzərə alsaq ki, 10 noyabr üçtərəfli razılaşmasında Azərbaycan Laçın dəhlizi üzrə təhlükəsizliyə zəmanət verir, yeni marşrut üzrə belə bir qeyd yoxdur, yalnız sülhməramlılarının yerdəyişməsi ifadəsi var, yeni yola "dəhliz" statusu verilməsi məsələsindən söhbət belə getmir, o zaman məhz bu amilin rəsmi Bakı üçün növbəti qayıdışlar mənasında açar rolu oynamaq imkanlarının böyüdüyünü düşünə bilərik. Çünki Laçın dəhlizinin qüvvədən düşdüyü, yeni marşruta münasibətdə "dəhliz" ifadəsinin qeyd olunmadığı əsası ilə bu alternativ yolda postlarımızın qurulması gündəmə gətirilə bilər. 

Belə olan təqdirdə isə Azərbaycan yeni yola "dəhliz" statusunu vermək qarşılığında digər tələblərini (Zəngəzur dəhlizinin açılması, Xocalı, Xankəndi və sülhməramlıların müvəqqəti nəzarətindəki digər yerlərdən erməni qoşunların tamamilə çıxarılması, separatçıların tərki-silah edilməsi və s.) yerinə yetirilməsini gündəmə gətirə bilər.
Bu isə rəsmi İrəvanın Bakının qarşısından qaçıb gizlənmək imkanlarından məhrum olması sayılacaq ki, artıq onu Azərbaycanın əlindən heç kimin ala bilməyəcəyini başa düşmək məcburiyyətində qalacaq Ermənistan Ağdam, Kəlbəcər, Laçın kimi digər ərazilərdə də Azərbaycanın suverenliyinin bərpa edilməsi üçün maneyə çevrilməyin onlar üçün təhlükəli və qorxunc nəticə ilə yekunlaşacağı riskini gözə alacağı istisna edilir. 

Təhməz Əsədov

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar