Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azad olunmuş bölgələrdə aptek və həkim problemi...

Tarix: 08-07-2022 18:34     Baxış: 3371 A- / A+
İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir. Şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası prosesinə yüzlərlə işçi cəlb olunub. Bundan əlavə, 18 minə yaxın fermer təsərrüfatı azad olunmuş ərazilərə köçürülüb.
Böyük Qayıdış ərəfəsində işlərin sürətli aparılması ilə yanaşı, Qarabağ bölgəsində çalışan insanların sağlamlığının təmin olunması əsas prioritetlər sırasında olmalıdır. Lakin hazırda işğaldan azad olunmuş bölgələrimizdə tibb məntəqəsi və apteklərin olmaması narahatedici məqam kimi önə çıxır. 
Azad olunmuş ərazilərdə tibbi məntəqələri nə vaxt fəaliyyətə başlayacaq? Bu istiqamətdə hansı işlər görülür?

Manevr.az xəbər verir ki, Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov Modern.az-a bildirib ki, azad olunmuş bölgələrdə çalışan insanların sağlamlığının qorunması vacib məsələdir. Bu mənada bölgədə tibb məntəqələrinin fəaliyyəti mütləqdir.
“Kəlbəcər rayonunda təsərrüfatla məşğul olan xeyli sayda insan var. Kimsə xəstələnə, eləcə də yıxılıb zədələnə bilər. Tibbi xidmətin göstərilməsi vacib məsələlərdən biridir. Düşünürəm ki, yaxın vaxtlarda Kəlbəcər mərkəzi xəstəxanası bu istiqamətdə addım atacaq.
Ehtiyac yaranarsa, bununla bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayarıq. Ciddi məsələdir və tibbi xidmət yaradılmalıdır ki, insanların sağlamlığı üçün təminat tam olsun. Aptek, tibb məntəqələri və növbətçi həkimlər fəaliyyət göstərməlidir. Hərbi hospitalın tikilməsi istiqamətində adımlar atılıb. Ancaq mülki vətəndaşlar üçün də tibb müəssisəsinin tikilməsi istiqamətində adımmlar atılmalıdır”,- deyə deputat söyləyib.

Həkim Adil Qeybulla isə deyib ki, yaxın vaxtlarda azad olunmuş bölgələrdə tibbi xidmətin yaradılması gözlənilmir:
“Müəyyən normativlər və standartlar var ki, onlara uyğun hərəkət edilməlidir. Konkret bir yerdə olan, məskunlaşan əhali sayına uyğun tibbi xidmətin səviyyəsi müəyyən edilir. Düşünmürəm ki, azad olunmuş bölgələrdə aptek, xəstəxana tikilsin. Köç başlayarsa, tibbi baxımdan hər şey təmin olunacaq. Dövlətin müvafiq strukturları köç prosesindən sonra bu kimi işlərlə məşğul olacaq”.
Qeyd edək ki, işğaldan azad olunmuş 6 ərazidə - Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrutda da modul tipli xəstəxanların açılması nəzərdə tutulur. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar