Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Uzaqdakı ölüm

Tarix: 01-07-2022 11:49     Baxış: 3387 A- / A+

Yaşamaq, onun uğurunda mübarizə aparmaq və bu mübarizənin qalibi ola bilmək hər adamın işi deyil.
Mən yaşamağın da, ölməyin də nə qədər şərəfli olduğunu 44 günlük Vətən müharibəsi dövründə gördüm, bildim, öyrəndim...
Hər gün gözümüzü ölümə açırdıq, hər gün qələbə sevincinə qarışırdı dostlarımızın şəhid xəbəri. 
Mən o səngərlərdə öyrəndim ki, xeyrlə şər qardaşmış. Mən o səngərlərdə öyrəndim ki, bir gözümüz qələbə xəbərinə sevinəndə bir gözümüz dost itkisinə ağlayır.

...Həmin gün də nədənsə sabahı qəribə bir ölüm həyəcanı ilə açmışdım. Sanki bir ölüm xofu, ölüm istisi vardı canımda. Oyanandan dostlarıma demişdim ki, “içimə damıb, bu gün şəhid olacağam. Haqqınızı indidən mənə halal edin”.

Bilirsiniz, müharibə elə bir məfhumdur ki, sən yemək yediyin yerdə belə qalxıb güllə qarşısına keçə bilərsən. 
O günki komandir heyətimiz boş gilizlərə ad, soyad, ata adı və əlaqə üçün nömrələr qeyd edilən kiçik kağız parçalarını yazarkən ölümün nə qədər bir addımlığımızda olduğunu anlamışdıq.

...Hə, onu deyirdim axı. O gün də içimin sıxıntısını ölümə yozmuşdum. Deyəsən, ilk dəfə idi nəyisə düz yozurdum. Bu həqiqətən də ölüm idi, mənlə nəfəs-nəfəsə dayanmışdı. 
Anidən “Şəhid olaramsa anam nə edər? Bacılarım nə hala düşər?” fikirləri məni öz ağuşuna alıb apardı.
Komandirin çağırışı məni fikirdən ayıltdı. O məni yanına çağırıb dedi:
-Əhmədov, hazırlaş evə gedirsən.
-Komandir… bəs yoldaşlarım? Müharibə? Yox, mən onları bu od-alovun içində qoyub heç hara gedə bilmərəm. Onların burada mənə daha çox ehtiyacı var.
-Əhmədov, ailənin sənə daha çox ehtiyacı var bu günlərdə. Hazırlaş maşın gəlib səni aparacaq.
İçimdə ailəmi görmək sevinci ilə yanaşı “niyə”lər də zəli kimi beyinimin bir yanını sovururdu. Səhərdən içimdə fırlanan ölüm hissi, cavabsız suallar məni haldan salmışdı.
Silahımı, mənə təhkim olunan əşya əmlakımı komandirimə təhfil verib döyüş yoldaşlarımla sağollaşdım. Geriyə baxanda hər birinin üzündə bir üzüntü gördüm. Ağlımda yenə də "şəhid olaram" duyğusu vardı. Bəlkə yolda?..

Hərbi hissəmizin yerləşdiyi əraziyə gəldik. Məzuniyyət biletim hazır idi. Mənə təqdim edərkən soruşdum: Getməyimin səbəbi nədi??
Məni gətirən komandir dedi: Evinə gedirsən. Nə sorğu-sual edirsən ki?!"
Məzuniyyət biletimi alıb, çıxdım.
Maşında məni aparan yoldaşlar belə elə rəftar etdilər ki o uzun yolu necə tez gəlib çatdıq heç özüm də bilmədim. Füzuli Horadiz postunda düşdüm. Arxamca əmim və atamın dostu gəlmişdi. Atam o hövsələnin yiyəsi deyil axı, niyə məni o yox əmim qarşıladı? Bəlkə Atam..? Amma yox onunla səhər danışmışam. Anam? Yox, yox elə ikisi ilə də eyni danışdım. Evimizə yaxınlaşdıqca içimin sıxıntısı daha da çoxalır, nəfəs almağım çətinləşirdi. Ölüm hissi yavaş-yavaş sinəmə çökür, iki əli ilə boğazıma yapışıb məni boğurdu.
Yenə öz-özümə “qismətsizliyə bax e o boyda döyüşdə şəhid olma gəl həyətində öl” deyirdim.

...Kəndin girişindən evimiz görünürdü. Aralıdan çoxlu qaraltılar görürdüm. Artıq nəyinsə baş verdiyinə əmin idim. Yaxınlaşdıqca özümü çox narahat hiss edirdim.Görəsən kim?
Nəhayət ki çatdıq...Maşından düşə  bilmirdim. Bəlkə də alacağım xəbərdən qorxurdum. Gücümü toplayıb maşından düşdüm. Kimin üzünə baxdımsa hamı başını aşağı saldı.O an ağlıma heç nə gəlmirdi.
Anam gəldi qarşıma. Amma dizin-dizin sürünərək gəldi. Anamı qucaqlayıb ayağa qaldırdım. Anam elə hey məni qucaqlayıb ağlayırdı. İçimdə qəribə bis hiss “oh, şükür anam sağdı” dedi. Atamı, sonra böyük bacımı gördüm. Bacımdan “kimə nə olub axı?!” deyə soruşdum.
O hönkürərək "Bacımız daha yoxdur" 
Nə dediyini eşitməməzlikdən gəlib bir daha soruşdum. “Kimə nə olub axı ?!"
O yenə təkrar etdi "Bacımız Mərcanə artıq yoxdur."
Bayaqdan sinəmdə oturub iki əli ilə məni boğmağa çalışan ölüm bu dəfə hədəfinə çatmış oldu. Mən artıq o gün orada öldüyümü hiss etdim. Əlimdən gələn ancaq qışqırmaq idi. Çox bərkdən qışqırmaq! Ölümə ancaq qışqıraraq etiraz edə bilirdim o an. 
Bilmdiyim, dadmadığım bu hiss ilə çarpışarkən bacımın qızı gəldi qucağıma.Öpdüm, qoxladım. Sanki onun ətrini alırmış kimi bərk-bərk qucaqladım. Mənə dediyi ilk sözsə bu oldu: “Dayı, ehtiyatlı ol sən də anam kimi suya düşüb boğularsan.” 
İlahi, bu nə sınaq idi, bu nə ağrı idi yaşadırdın mənə? Dəli olmaq üzrəydim. 
Qundaqda qalan iki aylıq körpəsini qucağıma verdilər.Heç nədən xəbəri olmayan iki aylıq körpə. Bərk-bərk qucaqladım, öpüb qoxladım. Ətrindən doymadığım bacımın ətrini övladlarından almağa çalışırdım. Allahım, axı, səndən özümə bu cür ölüm istəməmişdim.
İki aylıq körpənin gözündən bacım baxırdı mənə. Gülümsəyirdi. Dörd gün öncə danışmışdıq. Sən demə artıq bu gün onun "üç mərasimi" imiş.O danışığımız son danışıq olmuşdu.
Məzarını ziyarətə getdim. Bir zamanlar qarşımda dayanan, mənlə ağlayıb, mənlə gülən bacım indi sadəcə torpaq olmuşdu. Bacı yerinə torpaq qucaqlamaq necə ağrılı, necə qəbuledilməz olduğunu onda anlamışdım. Ağlamaq belə sakitlik vermirdi içimə. Ayrılarkən məzarından bir ovuc torpaq götürdüm özümlə. Bəlkə geri qayıdarkən bu torpaqla təsəlli edərəm. Bilirdim o torpaq bacımın yerini verməyəcək. Sadəcə təsəlli idi.  
Həyatımın bundan sora geri qalanını onsuz yaşamaq mənə çox çətindi. O mənə təkcə bacı yox, dərd yoldaşı, sirdaş kimi idi. Amma artıq o yoxdu.

Ürəyi yumuşaq, gözlərində yaş...
Deyirəm, yerinə mən öləydim kaş!
...ağlayıb ürəkdən deyəydin, qardaş!
Ürəyim dərdinə dözməyir, bacım.


Vəfadar Əhmədov
İkinci Qarabağ müharibəsi iştirakçısı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar