Xəbər lenti
Ürəyi Vətənə dönən şəhidimiz
Ürəyi Vətənə dönən Cavid Bayramovun bu gün 25 yaşı olur.
2020-ci il sentyabrın 21-də təlimlərə qatılıb. İlk gündən Füzuli-Cəbrayıl uğruna döyüşlərdə olub.
“Könüllü yazılmışdı. Nə gizlədim, ”bəlkə bir-iki gün gözləyəsən”dedim. Nəsə ağırlıq doldu ürəyimə. Üzümə elə qəribə baxdı ki, hələ də o baxışları görürəm... "Ata, nə danışırsan? İllərdi gözləyirik. Vətəndi, torpaqdı bu. Qala bilmərəm. Birincilərdən olmalıyam" -dedi. Sonra “torpaqlarımızı azad edəcəyik”- elə əminliklə təkrarladı ki. Oğluma baxıb fərəhləndim. Özüm Birinci Qarabağ Savaşının veteranıyam. O vaxt yaralanmışdım döyüşlərdə, şəhid olduğumu düşünmüşdülər, ailəmizə də xəbər vermişdilər. Mənə şəhidlik qismət olmadı. Oğluma nəsib oldu. Zaman-zaman o günləri, döyüşləri xatırlayırdım. Düşünürdüm ki, niyə qoruya bilmədik torpaqları? Niyə şəhid olmadım bu yolda? Hərdən fikirləşirəm ki, 30 ildi yaşadığım kaşkilərdən qurtarmaq istədi məni...-bunları söylədi Azər Bayramov.
Əlbəttə, Azər bəy. Cavid kimi oğullar tək sizi yox, hər birimizi kaşkilərdən qurtardı. 30 il bizi əzən ağırlıqdan xilas etdi. Demək istəmədiyimiz, amma hər birimizin beynini oyan, ürəyini deşən “məğlub” sözünün dəhşətindən xilas etdi bizi Cavidlər.
Cavid Azər oğlu Bayramov 1997-ci ildə Bakıda anadan olub. 2003-2014-cü illərdə Nərimanov rayonundakı Eldar Əliyev adına 93 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəbin İkinci savaşda 3 məzunu şəhid olub: Mehrac İntiqam oğlu Əhədov, Babək Bəxtiyar oğlu Allahverdiyev və Cavid Azər oğlu Bayramov.
Cavid sevimli, seçilən şagirdlərdən olub. Müəllimləri onun haqqında ürəkdolu danışdılar.
Məktəbin psixoloqu Xətayə Qurbanovanın söylədikləri: Çox nadir uşaq idi. Elə bil bir ömür yaşayıb ikinci dəfə doğulmuşdu. O qədər mükəmməl idi. Şəhid olan məzunlarımızın hər biri seçilən şagird idi. Onlara “İnsan və cəmiyyət”dən dərs keçirdim. Həmişə dərsə hazır olardı. Psixoloji testlər aparanda ilk onun cavablarına baxırdım, çünki fərqli olurdu. Özü fərqliydi. Müəllimlərin də çəkindiyi şagird olur. O eləydi. Kimsə yersiz hərəkət etsə, onun baxışından özünü yığışdırardı. Davakar deyildi, sadəcə müdrük idi.
Cavid məzun olduğu ildə ATU-nin Nəqliyyat və Logistika fakültəsinə daxil olur. 2014-2018-ci illərdə universitetdə təhsil alır. Fakultənin dekanı texnika üzrə fəlsəfə doktoru Allahverdi Şərifovun dedikləri: Cavidin oxuduğu qrupa 3 semestr dərs demişdim. Ən sevimli tələbələrim olublar. Cavid də sevilən, unudulmaz tələbəmdi. Onun haqqında keçmiş zamanda danışmaq olmur. O qədər nikbin idi, həmişə üzündə təbəssüm olurdu. Nəyəsə hirsli olsan belə Cavidi görəndə əsəbin keçirdi. Nə deyim? Savadlı idi, güclü məntiqi vardı. Universitetin fəxri idi. İndi hamının fəxridi.
2018-ci ildə həqiqi hərbi xidmətə çağırılır. Hərbi Hava Qüvvələrində müddətli hərbi xidmət zamanı nizam-intizamı, məsuliyyəti, savadı ilə hörmət qazanır Cavid.
Anası Kəmalə xanımla danışmaqda çətinlik çəkirdim. Nə söyləyim? Nə soruşum? “Ürəyinizdən keçənləri deyin”- deyə bildim sadəcə.
“ Doymadığım, həsrəti bitməyənimdi. Boylu-buxunlu balamdı. Haqqında xoşagəlməz söz eşidə bilməzsiz. Çox oxuyardı, hamının savadlı olmasını istəyirdi. Cavid kimi oğullar eldən getdi deyim? Yox. El üçün getdi. Vətənsevdalıydı. Ermənilərə nifrəti vardı. Atası veterandı. Heç vaxt müharibənin dəhşətindən, ağırlığından danışmazdı, işğal olunmuş torpaqlarımızın gözəlliyindən danışardı. Anası Ağdamlıdı, Bakıda doğulsa da uşaqlığı o yerlərdə keçib. Həmişə üzüntüsü vardı. Ona görə Cavid də, qardaşı da o torpaqların həsrətini çəkirdi. Oğlum həsrətinə qovuşdu... “Necə ola bilər ki, torpaqlarımız ermənilərin əlində qalsın? Bununla yaşamaq olmaz”-deyirdi tez-tez. Çox fikir edirdi. Yurdunu sevirdi. Arzuları, ömrü yarım qaldı deyim? İstəməzdi belə düşünüm. “Vətən bütövləşdi” deyərdi yəqin. Özü narahat idi torpaqlarımıza görə, ruhu rahatdı oğlumun. Gözüm yaşlı olsa da, bilirəm ki, oğlum sevinir. Atasının gizli ağladığını hiss etmişəm. Cavid yuxuma gəlir. Sevinc içində, gülə-gülə. “Ana, ağlamayın, atama denən ağlamasın, mən yaxşıyam”-deyir. Deyirlər, ölənlər yuxuda danışmaz, o danışır. Ölməyib. Nə qədər ağrısam da bilirəm ki, oğlum sevinir. Cavid boşuna yaşamadı, adi ölüm ona yaraşmazdı.- Kəmalə xanımın kövrək, yanğılı səsindən yansam da qüruruna əyilirdim, heyran olurdum.
Cavid haqqında deyilənlərə qulaq asdıqca, onu tanıdıqca boylu-buxunlu oğlanı görürdüm:işıq dolu, sevgi dolu, həyat dolu...
Cavid kimi oğullarımız haqda yazanda düşünürəm ki, nə qədər xəyalları, arzuları vardı. Təəssüflənmədiyimi, ağrımadığımı desəm, yalan olar. Amma bunun Vətən təsəllisi var. Bunun Qalib adı var. Qələbə dadı var.
8 oktyabrda Füzuli uğrunda ağır döyüşlərdə şəhid olub. İmkan olduqca ailəsiylə əlaqə saxlayan Cavid “hər şey yaxşıdı, qələbəyə gedirik”-deyirmiş. Şəhid olmazdan əvvəl də atası ilə danışıb “ata, Füzulini azad edəcəyik, bütün torpaqlarımızı işğaldan qurtaracayıq”- son sözləri belə olub cəsurumun. İgidliyi ilə ad qazanıb Cavidimiz. Mərdliklə döyüşüb. Qələbəyə inanıb. Amma düşmən hiyləsindən xəbərsiz olub həmin gün döyüş yoldaşları kimi. Azərbaycan bayrağı ilə irəliləyən tankları görəndə Cavid və döyüş yoldaşları seviniblər. Pusquya düşdüklərini anlayan igidlərimiz son nəfəslərinə qədər döyüşüb...
Bu döyüşün dəhşətini sözlərlə ifadə edə bilmərəm. Hal-hazırda hərbi xidmətdə olan tabor komandiri kapitan Elçin Zeynalovun xatirələrini dinləmək belə ağır idi: Bir həftə addım-addım, səngər-səngər irəliləmişdik. Bircə yaralımız vardı. Gözlənilməz oldu düşdüyümüz vəziyyət. Tankları gördük, əlində bayraq tutan əsgər dilimizdə tərtəmiz danışırdı Elə bildik özümüzünkülərdi. Birdən atəş başladı. Erməni tankları ilə üz-üzə qaldığımızı anladıq. Çox ağır döyüş idi. Cəhənnəm kimi. Çox itki verdik. Amma geri çəkilmədik. 12 tankla necə döyüşmək olar? Müharibənin dəhşətini elə bil onda gördük. Əsgərimiz Əliyev Cavid qumbara atanla öndəki tankı vurmasaydı bir nəfər də o mühasirədən salamat çıxmazdı. 56 yaralı, 16 şəhidimiz oldu. İgid oğullarımız canından keçdi, geri çəkilmədik. Bütün şəhidlərimizin ruhu bizimlədi. Bu oğulları böyüdən anaların əllərindən öpürəm. Diz çökürəm önlərində. Amma istəmirəm üzülsünlər, ağlasınlar. Onda elə bilirəm bu oğullar boşuna şəhid olub. Onlar bizi yaşadırlar. Azərbaycanı yaşadırlar. Belə oğullara ağlamaq olmaz.
Həmin döyüşdə Cavid Bayramov da şəhid olur. Tutduqları mövqedən geri çəkilməyən oğullarımız tankların qarşısına canlarını sipər edir. Mərmi Cavidin köksünü yarıb ürəyini köksündən ayırsa da Vətən torpağından qopara bilməyib.
“Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan Cavid Bayramovun ürəyi həmin döyüşdə Füzuli torpağına qarışdı- Vətən oldu! İndi hər yerdə döyünür Cavid kimi igidlərimizin ürəyi.
P. S. Cavidin sevdiyi olub. Bu barədə danışmasa da valideynləri hiss edib. Binəqədi rayon Şəhidlər Xiyabanınının gözətçisi arada bir qızın Cavidin görüşünə gəldiyini deyib. Ata-ananın baxışları o qızı axtarır, “o qızı tapın” deyir... Ürəyimdən keçdi ki, kaş o qız bu yazını oxuya. Bəlkə o qızı tapdım...
P. S. Xətayə müəllimə danışanda dedi ki, qazilərimizi incidəndə, haqqı tapdalananda dözə bilmirəm. Onlar da vətən uğruna ölümə gedənlərdi. Sağ qaldılar. Onları qorumalıyıq. Doğrudur, Xətayə xanım. Azad olunan torpaqlar kimi onlar da şəhidlərimizin bizə əmanətidi. İndi o torpaqlar bizə deyir ki, bu igidləri qoruyun!
Kamalə Abiyeva.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar