Xəbər lenti
Mərhum jurnalist Zabil Müqabiloğlunun oğlu: “Atamın arzuları yarımçıq qaldı” - SÖHBƏT
Bu gün 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat günüdür. Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başlamağından 146 il ötür.
Belə bir gündə təbii ki, təbii ki, vəfat etmiş jurnalist həmkarlarımız da yada düşür, xatırlanır...
Həyatdan vaxtsız köçmüş həmkarlarımız çoxdur, Zabil Müqabiloğlu da onlardan biridir.
Zabil Müqabil oğlu Nəcizadə 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin Jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən vəfat etdiyi günə kimi mətbuatda çalışıb. "525-ci qəzet", "Avropa", "Tərcüman", "Yeni Müsavat" qəzetlərində işləyib.
Z.Müqabiloğlunun son iş yeri təsisçisi olduğu gunxeber.com saytı olub.
Uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkən Z.Müqabiloğlu 2017-ci il fevralın 26-da müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanda dünyasını dəyişib.
Mərhum jurnalist Pirşağı qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb. Onun bir oğul övladı yadigar qalıb.
Mediada imzası yetəri qədər tanınmış Z.Müqabiloğlu jurnalist fəaliyyəti ilə yanaşı, serlər də yazırdı. Mərhumun "Son zəng" kitab çapdan çıxıb.
Kitabda Zabilin xarici səfirlərdə, bir çox yerli tədbirlərdə çəkdirdiyi şəkillər, şeir və hekayələri, yaxın dostlarının xatirə yazıları öz əksini tapıb.
Z.Müqabiloğlu özünün zəhmətkeşliyi ilə yanaşı, həm də vətənpərvərliyi ilə də nümunə olub. Mərhum həmkarımız Vətən, torpaq niskilini də qəlbində daşıyan biri idi. Bu cəhət onun yaradıcılığına da təsir göstərirdi. Onun ən böyük arzulardan biri Qarabağa, doğma Zəngilana qayıtmaq idi. Təəssüf ki, ömür vəfa eləmədi.
Qeyd edək ki, Zabil Müqabiloğlunun ailəsi – oğlu və həyat yoldaşı Zəngilan rayonundan olan məcburi köçkün kimi Bakının Pirşağı qəsəbəsindəki yataqxanalardan birində məskunlaşıb.
Manevr.az bildirir ki, modern.az saytının əməkdaşı Milli Mətbuat günündə Zabilin ruhunu şad etmək üçün oğlu Əli Nəcizadə ilə həmsöhbət olub.
Əli Nəcizadənin atası ilə bağlı xatirələrini sizinlə də bölüşürük.
“Kaş, atam yaşayardı, mənim yanımda olardı...”
“Mən atamı itirəndə yaşım az idi. Onunla olan xatirələrimi az-çox xatırlayıram. Amma tək bir şey deyə bilərəm ki, yaşasaydı çox gözəl ata olardı...
Bəzən yolda uşaqların ataları ilə getdiyini görəndə deyirəm ki, kaş, atam yaşayardı, mənim yanımda olardı.
Hər bir ailədə olduğu kimi, bizim ailədə də atamla anam arasında bəzən söz-söhbətlər olurdu. Amma anam hər zaman mənə atamın necə yaxşı bir insan olduğunu, ailəsinə necə diqqətlə yanışdığını danışır.
Atam yaşasaydı bilirəm ki, bizim üçün çox çalışardı. Mən atamın adını uca tutmaq üçün şərəfli bir oğul olmaq istəyirəm”.
““Jurnalistlər binası”ndan mənzil almaq üçün etdiyimiz müraciətə baxılmadı”
“Hazırda anamla birgə dayımgildə qalırıq. Anam məktəb kitabxanasında işləyir. Təəssüf ki, anamın da səhhəti qaydasında deyil. O, böyrək xəstəliyindən əziyyət çəkir. Aldığı maaşı da onun dərmanlarına xərcləyirik.
Atam rəhmətə gedəndən sonra – 2017-ci ildə Bibiheybətdə tikilmiş 2-ci “Jurnalistlər binası”ndan mənzil almaq üçün biz də müraciət etdik. Buna atamın haqqı çatırdı. Təəssüf ki, o vaxt haqq-ədalətə göz yumanlar tərəfindən bizim müraciətimizə baxılmadı.
O zaman həmin bina paylananda dünyadan köçmüş bir neçə jurnalistin də ailəsinə oradan mənzil verildi. Mənim atam jurnalistika sahəsində öz sözünü demiş imza sahibi idi. Mənzil almaq onun ailəsinin də haqqıdır”.
“Atamın doğma torpağı Zəngilana getmək istəyirəm...”
“Atam bir çox yazılarında Zəngilandan bəhs edib. Xatırlayıram ki, ailəvi söhbətlər zamanı da Zəngilanın adı onun dilindən düşməzdi. Öz torpağına bağlı biri idi. Amma Zəngilanın işğaldan azad olunduğunu görmək ona qismət olmadı.
Şükürlər olsun ki, torpaqlarımız düşmən tapdağından azad olundu. Atamın həsrətini çəkdiyi Zəngilan torpaqlarına getmək, onun doğulub boya-başa çatdığı yerlərə ayaq basmaq, oralara baxmaq istəyirəm... Hələ ki getmək qismət olmayıb”.
“Atamın mənimlə bağlı arzuları çox idi...”
“Hər bir valideyn kimi kimi mənim atamın da övladı ilə bağlı arzuları çox idi. Mən indidən çalışıram ki, yaxşı oxuyub, atamın arzularını reallaşdırım. Necə ki, mən indi atamla fəxr edirəm, istəyirəm ki, onun göylərdəki ruhu da yuxarıdan izləyib mənimlə gələcəkdə fəxr etsin.
Arzum komputer mühəndisi olmaqdır. İndidən 1-ci qrupun fənləri üzrə çox çalışıram. Atamın adını yüksəklərə qaldırmaq üçün daha da çox çalışmalıyam”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar