Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hafiz Hacıyevdən Afaq Bəşirqızına: “O vaxt Vəzirov da belə edirdi” – Müsahibə

Tarix: 16-04-2020 16:39     Baxış: 4602 A- / A+
Hafiz Hacıyevdən Afaq Bəşirqızına: “O vaxt Vəzirov da belə edirdi” – Müsahibə

“Dünyanı deyə bilmərəm, amma Azərbaycanda yoluxanların və ölənlərin sayı günbəgün azalır. Bu sevindirici haldır və hamımız buna sevinməliyik. Hər halda ayın 20-dən sonra yumşalmaların olacağını gözləyirəm”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev belə düşünür.

Manevr.az partiya sədrinin teleqraf.com- a müsahibəsini təqdim edir:

- Koronavirus haqda nə düşünürsünüz? Dünyanı cənginə alıb, adamlar əlindən çölə də çıxa bilmirlər, biri deyir süni yolla yayılıb, biri deyir yarasalardan, biri də panaqolinalardan.

- Hansı yolla yayılıbsa, artıq gecdir, bu var və yayılır. İndi iddia edirlər ki, bunu bir amerikalı alim hazırlayıb və milyon yarıma Çinə satıb, buna görə də həbs ediblər. Hərə bir söz deyir. Əsas məsələ budur ki, millət bu xəstəliyə yoluxdu. Bu həm millət, həm də dünya üçün ağır nəticələrə gətirib çıxarıb. İndi bundan hansı dövlətlərin necə xilas olması önəmlidir. ABŞ Ümumdünya Səhiyyə Təşkilatını qınayır, biri digərini günahlandırır, düşünürəm ki, bunlar gələcəkdə təhlil olunası məsələlərdir.

Azərbaycan dövləti ortaya çox ciddi bir mövqe qoydu, əhalini az itkilərlə bu bəladan xilas etdi. Buna görə hamımız ölkə başçısına minnətdar olmalıyıq. Biz hamımız bu haqda düşünməliyik, bu işlərdə dövlətə dəstək olmalıyıq. Azərbaycan dövləti bu sınaqda üzüağ çıxdı. Vaxtında ciddi tədbirlər görülməsəydi, bunun nəticələri xalqımız üçün çox ağır olacaqdı. Bu gün statistikaya baxanda görürük ki, Azərbaycan başqa ölkələrlə müqayisədə bu xəstəlikdən az itki ilə çıxdı. Kim nə cür düşünür düşünsün, amma mən bu cür düşünürəm. Sadə bir vətəndaş kimi, bir partiya sədri kimi, dörd dəfə ölkədə prezidentliyə namizəd olmuş bir şəxs kimi, dünya siyasətində otuz il təcrübəsi olan bir siyasətçi kimi düşünürəm ki, Azərbaycan dövləti bunun qarşısını çox ciddi tədbirlərlə aldı.

- Sizcə, virusun yayılması nə vaxt dayanacaq?

- Dünyanı deyə bilmərəm, amma Azərbaycanda yoluxanların və ölənlərin sayı günbəgün azalır. Bu sevindirici haldır və hamımız buna sevinməliyik. Hər halda ayın 20-dən sonra yumşalmaların olacağını gözləyirəm, dövlət də bu haqda düşünür. İnsanlar nə qədər evlərində qalırlarsa, onların problemlərini həll etmək, yedirtmək lazımdır. Buna görə də yaxın günlərdə yumşalmaların olacağını düşünürəm. May ayının ortalarına doğru isə bu məsələ öz aktuallığını itirəcək. Əlbəttə, bunu aradan qaldırmaq üçün atılan addımlar davam etdirilməlidir, karantini tam götürmək də olmaz. Müəyyən məhduddiyyətlər qalmalıdır və millətimizi bu bəladan qurtarmaq üçün tədricən yumşaldıcı addımlar atılmalıdır.

- Xalq artisti Afaq Bəşirqızının rayonluları təhqir etdiyi iddia olundu, amma özü dedi ki, məni səhv başa düşüblər. Əgər həqiqətən belə bir şey olubsa, niyə belə desin ki?

- İstəməzdim ki, Afaq xanım belə bir fikirdə, belə bir ideyada bulunsun. Biz milləti bölməməliyik: bu bakılıdır, bu kəndlidir, bu rayonludur. Hamımız bir millətik, sayımız da çox deyil, cəmi on milyonuq. Görünür ki, Afaq xanım emosiyalara qapılıb, yəqin hansısa bir fikri olub, siyasətçi olmadığına görə də bunu düzgün ifadə edə bilməyib, gəlib belə bir səviyyəyə çatıb, xalqın qınaq obyektinə tuş gəlib. Nə fərqi var haralısan - bir xalqıq, hamımız birik.

Biz elə şərait yaratmalıyıq ki, rayonlarda olan qardaş-bacılarımız Bakıya axın etməsinlər. Bunun üçün onlara rayonlarda iş yerləri açılmalıdır, öz rayonlarında qalıb işləməsini təmin etməliyik. Dövlət də bu yöndə işləyir, proqramları da var. Bu gün yaşayış kəndlərdədir, indi hamımız Bakıya yığışmışıq, burda elə bir işdə yoxdu axı. Yəni Afaq xanımın bu yanaşmasını doğru hesab etmirəm. Bir tərəfdən də, belə bir ağır dövrdə xalqı qıcıqlandırmağa ehtiyac duymuram. Bu gün hamımız bir xalqın üzvüyük, insanları kəndlilərə və şəhərlilərə bölmək yolverilməz haldır. Biz həmişə buna qarşı mübarizə aparmışıq, bu gün də o mübarizənin içindəyik. Bu ağır günlərdə hamımızın milli həmrəyliyə böyük ehtiyacımız var. Gəlin Qarabağı alaq, bu bəladan xilas olaq, belə xoşagəlməz fikirlərimizi də bunlardan sonraya saxlayaq, ümumiyyətlə, buna ehtiyac görmürəm.

Afaq xanımın atası çox məşhur bir adam olub, özü də böyük sənətkardır. Mənim ona böyük hörmətim var, amma bununla yanaşı, iradlarımı da bildirirəm. Hər halda Afaq xanım mənim iradlarımı səmimi qəbul edər, belə fikrə, xalqı bölüb-parçalamağa ehtiyac yoxdur. Bunu vaxtilə Vəzirov edirdi. Vəzirov da öz cəzasını aldı, bu gün də Azərbaycana həsrət qalıb. Buna görə də bölücülük etməyə lüzum görmürəm, tarix də sübut edir ki, Bakıda yaşayanların əksəriyyəti rayonlardan gələnlərdir. Tarixi faktları araşdırsaq, görərik ki, bu belədir. Məsələni “kim harada uşaq dünyaya gətirib” kimi kobud ifadə ilə dilə gətirmək ziyalıya xas olan hərəkət deyil.

- İndi adamlar giley-güzar edirlər ki, Türkiyədə, Rusiyada, Sloveniyada, Amerikada müğənnilər, sənət adamları çarəsiz insanlara kömək edirlər, amma bizim dövlətdən ad alan bəzi sənətçilər səslərini də çıxarmırlar.

- Biz bir partiya olaraq insanlara əlimizdən gələn yardımları etdik. Amma belə bir fikir də var, sağ əlin verdiyini sol əl bilməməlidir. Buna görə də ehtiyacı olanlara nə lazımdırsa etdik və edirik. Amma çox təəssüf ki, Azərbaycan dövlətinin sərvətlərindən özlərinə var-dövlət quranlar, bu dövlətdən yüksək adlar alanlar bu məsələdə ölkə rəhbərindən nümunə götürə bilmədilər. Kim millətini sevirsə, həmişə onun yanında olub. İndi nə etmək olar ki, o “xalq artistləri”, lüt oynayanlar bu ağır günündə xalqın yanında olmadı, olanları isə lağ hədəfinə çevirdilər. Bu ağır gündə hərə öz xislətini göstərdi.

Düşmən də, dost da ağır gündə sınanır. Amma bizim kimsəyə ehtiyacımız yoxdur, dövlətin böyük səyləri nəticəsində bu ağır günlərdən üzüağ çıxırıq. Gələcək nəsil bunu yüksək səviyyədə qiymətləndirəcək. Amma çox təəssüf ki, bizim o bəzi “artistlər”, bəzi yüksək adlar almış şəxslər bu ağır günlərdə dövlətin yanına ola bilmədilər. Buna təəssüf edirəm, həmişə də bunları dilə gətirəndə biz söyüş obyektinə tuş gəlirik. Amma biz obyektiv şəkildə dövlətin gördüyü işlərin yanına olmuşuq. Bu gün də xalqımız bizə hər şeydən əzizdir. Bəs o “artistlər”, artistciklər, bu xalqın toylarından on minlərlə pul alanlar niyə indi onun yanında görünmür? Bunlar çox ağrılı məsələlərdir. Hər halda ictimai qınağa tuş gəliblər və gələcəklər də. Mən bu cür düşünürəm: bu dar günündə xalqın yanında olmaq lazımdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar