Xəbər lenti
Borislav Bereza: “Koronavirusla mübarizədə Azərbaycan bir nümunədir” — MÜSAHİBƏ
Siyasi xadim, Ali Radanın deputatı və Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü Borislav Bereza “Facebook”dakı səhifəsində Azərbaycanı ölkəsinə nümunə kimi göstərib. Söhbət ölkə hakimiyyətinin koronavirus pandemiyasına qarşı reaksiyasından gedir.
Manevr.az-ın məlumatına görə, media.az Borislav Bereza ilə əlaqə saxlayıb. Millət vəkili Bakının bu fəaliyyətinin Ukrayna da daxil olmaqla bir çox ölkələrə nümunə ola biləcəyini bir daha təsdiqləyib.
- Sosial şəbəkədəki səhifənizdə bəzi ölkələrin koronavirusa necə reaksiya verdiyi haqqında dərc etdiyiniz məqalədə Azərbaycanı xüsusi qeyd etmisiniz. Təcrübəmiz Ukrayna üçün faydalıdırmı? Belədirsə, hansı xüsusiyyətləri ilə?
- Azərbaycan təcrübəsi təkcə faydalı olmaqla qalmır, onu qəbul etmək lazımdır! Və bu yalnız koronavirusun lokalizasiyası üçün deyil. Azərbaycan tərəfdaşları ilə sıx qarşılıqlı fəaliyyət göstərir (məsələn, hərbi sahədə İsraillə). Azərbaycan ölkənin qızıl-valyuta ehtiyatlarını artırır. Siz nə etdiyini bilən, strategiyanı müəyyənləşdirən çox praqmatik bir hökumətə sahibsiniz. Yekunda istədiyiniz nəticəni alırsınız. Təəssüf ki, Ukraynada bu belə deyil. Bizdə qonşuların təcrübəsi nəzərə alınmır, onların uğurlarına əhəmiyyət verilmir, səhvlər təkrar-təkrar buraxılır, onlardan dərs çıxarılmır.
- Ukrayna koronavirusla mübarizə üçün təxminən dörd milyon dollar ayırdı...
- Azərbaycan isə 600 milyon dollara yaxın... Ancaq problem yalnız COVID-19 ilə mübarizə üçün ayrılan vəsaitin miqdarında deyil. Məsələ buna nə vaxt başlanılmasında, həmçinin həqiqətdə nə edildiyindədir. Hədəf alış-verişinə ehtiyacımız var. Diqqət edin, tədbir görmək lazım olduğu anda səhiyyə naziri Zoryana Skaletska nədənsə Çindən təxliyyə olunan ukraynalılarla birlikdə karantində oturdu. Bu iş deyil, piar-aksiyadır (Zoryana Skaletska 2020-ci ilin mart ayının 4-də Baş nazir Aleksey Qonçarukun istefasından sonra vəzifəsini itirib - red.).
Ali Radanın Sağlamlıq Komitəsinin rəhbəri anlaşılmaz açıqlamalar verdi; Baş Nazir onun çıxarılmayacağı ilə bağlı bəyanatlar səsləndirdi (lakin sonda o çıxarıldı - red.). Və bütün bunlar epidemiyaya hazırlaşmaq əvəzinə görülən işlərdir. Heç kim ağciyərlər üçün mexaniki havalandırma sistemləri, maskalar, filtrlər almadı. Üstəlik, tibbi maskalar, respiratorlar bütün bu müddət ərzində Ukraynadan çıxarıldı.
Bütün bunlar Ukrayna hakimiyyətində çox bacarıqlı insanların olmadığını göstərir. Koronavirus böhranı Azərbaycanın fövqəladə hallara hazır olduğunu göstərdi, amma Ukraynada bu belə deyil. Hakimiyyət məsuliyyət və yükdür. Bizə hər sahədə mütəxəssislər - iqtisadçılar, böhran menecerləri lazımdır. O zaman bizdə də Azərbaycan, İsrail və koronavirusa qarşı mübarizə aparan bir sıra digər ölkələrdəki kimi nəticələr olacaq. Reaksiyanı fəlakət baş verdikdən sonra yox, əvvəlcədən vermək lazımdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar