Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Prezident üsul-idarə sistemi daha məqbuldur” – Professor Şahlar Əsgərovun təhlili

Tarix: 08-02-2017 17:36     Baxış: 3612 A- / A+
Məlum bir fəlsəfi fikirdə deyilir: “milləti ideya yaradır”

"Prezident üsul-idarə sistemi daha məqbuldur”

KİV – də yayılan məlumatlara görə, Türkiyənin baş naziri Binəli Yıldırım qısa müddət ərzində Parlamentə prezident üsul – idarə sisteminə keçidlə bağlı təklif göndərəcək.

Bəzi siyasətçilərimiz hesab edirlər ki, idarəetmədə prezident üsul- idarəsinə keçidin nəticəsində Türkiyə demokratikləşmədən uzaqlaşacaq və bu ölkədə avtoritarizm meylləri güclənəcək. Məncə, məsələyə başqa aspektdən baxmağın da faydası var.

Əgər Türkiyə Böyük Britaniya, İslandiya, Yaponiya, Avstraliya kimi ada, İtaliya, Cənubi Koreya kimi yarımada və ya ABŞ, İrlandiya, Danimarka, Finlandiya kimi qonşusu az olan dövlət olsaydı, onda parlament idarəetmə üsulundan prezident idarəetmə üsuluna keçməyə bir o qədər də ehtiyac qalmazdı. Nəzərə almaq lazımdır ki, bugünkü Türkiyənin qeosiyasi durumu fərqlidir. Türkiyə Atatürk Türkiyəsindən çox fərqli bir durumda yaşayır.

Haşiyə: M. Hard və A. Neqri “İmperiya” (ABŞ, 2003) kitabında ABŞ dövlətinin davamlı inkişafını məhz onun yerləşdiyi geosiyasi məkanla ələqələndirir. Sağ və sol tərəfdən okeanla əhatələnmiş ABŞ-ın paxıl qonşuları yoxdur.
Dövlətin idarəedilməsi məsələsində inkişaf etmiş Qərb dövlətlərini nümunə gətirmək və ya model kimi istifadə etmək yersizdir. Avropa dövlətləri parlament yolu ilə ona görə rahat idarə olunur ki, bu dövlətlərin bölüşdürdüyü ortam qərb-xristian mədəniyyəti var. Onların sərhədlərində Samuel Hantingtonun göstərdiyi mədəniyyət fərqindən doğan gərginlik demək olar ki, mövcud deyil. Üstəlik, bu ölkələr arasında düşüncə fərqi də yoxdur. Bu səbəbdən də bu ölkələr bir qrupda cəmlənir və inkişaf etmiş dövlətlər sayılırlar. Bu ölkələrdə insan potensialının inkişaf indeksinin(HDİ) qiyməti bir-birinə çox yaxındır. Düşüncə eynidir.

İstənilən dövlət mürəkkəb sistemdir. Türkiyə dövləti isə çox mürəkkəbdir. Bu mürəkkəbliyi artıran səbəblərdən biri də bədniyyətli qonşuların olmasıdır.
Qonşuların bəziləri hər zaman inkişafımızı ləngitmək ucun əllərindən gələni əsirgəməyiblər. Açıq desək, bu gün Türkiyə əsasən, dost olmayan dövlətlərlə əhatələnib və bu dövlətlərin mədəni, iqtisadi-siyası durumları da çox fərqlidir. Qonşuların bəziləri birinci, bəziləri isə ikinci Dünya dövlətlərinə aiddirlər. Üstəlik, qonşuların düşüncə tərzində də fərq çox müxtəlifdir. Ancaq biz qonşuları seçə bilmərik. Bu səbəbdən də həyatımızda onların oynaya biləcəyi rolu diqqətdə saxlamalıyıq.

Bu səbəbdən də Türkiyənin yaşadığı mürəkkəb geosiyasi məkan və daxildəki mövcud ziddiyyətlər dövləti idarəetməni çox mürəkkəbləşdirib. Bu səbəbdən də tələb olunur ki, o qüdrətli dövlət olsun. Bunun üçün onun dövlət quruculuğunda və idarəetmə sistemində modernləşməyə ehtiyac böyükdür.

Qüdrətli dövlət

Məlum bir fəlsəfi fikirdə deyilir: “milləti ideya yaradır”. Qüdrətli dövlət ideyası Türkiyə üçün ümummilli ideyaya çevrilməlidir. Çünki bu, həm də son 100 ildə itirilmiş nüfuz və imkanların qaytarılması arzusu, niyyəti deməkdir. Bu ideya nəinki, bu gün yaşayanların, həm də gələcək nəsillərin də qəbul edə biləcəyi ideyadır. Qüdrətli dövlət ideyası, qüdrətli xalq və qüdrətli fərddən keçir. Bu ideya bir çox dövlətlərin milli ideyasının əsasını təşkil edir. Bunun üçün dünya dövlətlərinin gerblərinə (rəmzlərinə) baxmaq kifayətdir. Həmin rəmzlərdə (xüsusi ilə də gerblərdə) qüdrət və güc simvolları olan tac, şir, pələng, qılınc, əjdaha, qartal və bunun kimi elementlərdən istifadə edilib. Təbiətin ən güclü canlısı şir və pələng, səmanınkı isə qartal olduğundan bunlar daha çox təsvir olunub. Türkiyənin yeni ideyası, arzusu öz gerbində əks olunmalıdır. Bu, gənc nəslin özünə inamını artırar.

Sual olunur, qüdrətli dövlət yaratmaq üçün idarəetmədə hansı yol seçilməlidir: güclü parlamentli, yoxsa güclü prezidentli dövlət?


Güclü prezidentli ölkələr olan ABŞ da, Fransa da və digər ölkələrdə demokratiya necə inkişaf edirsə, Türkiyədə də şübhəsiz, elə inkişaf edəcək.

Milli və dövləti mənafe güclü prezident üsul-idarəsində daha çox qorunur, nəinki, güclü parlamentli üsul-idarəsində. Prezidentli ölkədə prezidentin qəbul edəcəyi qərarlara bədniyyətli qonşu dövlətlərin təsiri zəif olar. Çünki Prezident səviyyəsində dövləti mənafelər çox aydın görünür və qorunur. Türkiyyə ikinci Dünya dövləti olduğundan onun ruhuna prezident idarəetmə sistemi daha çox uyğundur.

Parlamentli dövlətlərdə parlamentin qəbul edəcəyi qərarlara kənardan(üçümcü subyekt) müdaxilə etmənin ehtimalı böyükdür. Bu, Azərbaycanda açıq-aydın görünür. Bu günlərdə bir azərbaycanlı deputat Parlamentdə deyir ki, “gənclərimiz bilsin ki, erməni qara yarasını Azərbaycanın bədəninə Osmanlı imperatorluğu salıb”. Çox təəssüf ki, bəzən belə deputatlar yad ünsürlərin dəstəyi ilə Parlamentə düşürlər, onların tütəyini çalırlar, cəfəng fikirlər söyləyirlər. Üstəlik, parlamentlə idarə edilən dövlətlərdə milli və dövləti mənafe partiya mənafelərinə görə də parçalanır.

Qudrətli dövlətə gedən yol tərəqqidən keçir. Parlament çoxluqdur. Tərəqqi yaradıcılığın məhsuludur. Fərdlər yaradıcı olurlar: alimlər, yazarlar, bəstəkarlar … Çoxluq yaradıcı olmur. Prezidentlər də fərddir.
Sovet təcrübəsi göstərdi ki, dövlətin qüdrətli olması,onun dayanıqlı və davamlı olması anlamına gəlmir. Ancaq vətəndaş, millət qüdrətli olanda dövlət qüdrətli olur. Deməli, vətəndaşlar qüdrətli olarsa, onda dövlət də qüdrətli olar.

İdarəetmə

Son 15 ildə Türkiyənin makroiqtisadi göstəricilərinə diqqət yetirsək, aydın görmək olar ki, 2001-ci ildən 2008 –ci ilə kimi ölkə dinamik inkişaf etmiş, adambaşına düşən milli gəlir 3020 ABŞ dolları səviyyəsindən, 10 000 ABŞ dollarından yuxarı qalxmışdı. Ancaq son illər inkişafda durğunluq yaşanır. Məncə, bu durğunluğun əsas səbəbi idarəetmənin bugünkü geosiyasi duruma uyğun olmamasıdır. Ona görə də idarəetmədə modernləşmə günün tələbidir. Güclü parlamentli respublika struktur cəhətdən daha mürəkkəb sistemdir. Sistemin idarəetməsini asanlaşdırmaq üçün o sadələşdirilməlidir. Bu baxımdan da prezident üsul-idarə sistemi daha məqbuldur.

Amerkalı alim Gary Hamelə görə son 200 ildə insan həyatını yaxşılaşdıran ən beş kəşfdən, ixtiradan(telefon, radio, dərmanlar və kompüter ) biri idarəetmədir. Dövlətlərin qüdrətli olmasında idarəetmənin hikməti böyükdür. Cənubi və Şimali Koreyanı yada salmaq kifayətdir. Dövlət qüdrətli olanda hər vətəndaş ondan qürur duyur.
Bu baxımdan Türkiyənin baş naziri Binəli Yıldırımın təklifi həm tarixi ənənə, həm də bugünkü geosiyasi durum baxımından çox məqsədəuyğundur. İnanıram ki, bu ciddi dəyişikliklər türk xalqının xeyrinədir. Demək, bu, həm də Azərbaycanın xeyrinədir.

Prof. Şahlar Əsgərov


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar