Xəbər lenti
Qarabağda müharibə olacaq? - Ağ Evdən savaş narahatlığı
Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həll olunmalıdır.
Bunu ABŞ-ın ATƏT-dəki Daimi nümayəndəsi Ceyms Qilmor brifinq zamanı deyib. O bildirib ki, ATƏT Minsk qrupu bu məsələnin həlli yollarını axtarır: “Mən həm Azərbaycanın, həm də Ermənistanın səfirləri ilə görüşmüşəm, onlarla ayrı-ayrılıqda münaqişə və öz ölkələrində bu vəziyyətin necə qiymətləndirilməsi barədə danışmışam”. Qilmorun sözlərinə görə, ABŞ-ın mövqeyi ondan ibarətdir ki, bu münaqişənin hərbi həlli ola bilməz:
“Münaqişə yalnız diplomatik yoll həll olunmalıdır. Minsk qrupu Rusiya, ABŞ və Fransa tərəfindən təmsil olunur. Mən həmsədrlərlə əvvəllər görüşmüşəm, fikrimcə yenə görüşlərimiz olacaq. Onlar diplomatik danışıqları davam etdirənədək kəskinləşmə görməyəcəyik. Ona görə də bizim mövqeyimiz tərəflər arasında danışıqların təmin olunması üçün sabit vəziyyəti dəstəkləməkdən ibarətdir”.
Siyasi müşahidəçilərin fikrincə, ABŞ səfirinin qeyd edilən açıqlaması təsadüfi deyil. Rəsmi Vaşinqton Yaxın Şərqdə baş verən proseslərin Cənubi Qafqaza artan təsiri fonunda Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların yenidən başlana biləcəyindən narahatdır. Lakin Ermənistan rəhbərliyinin son dövrlər “Madrid prinsipləri”ndən faktiki olaraq imtina etməsi və baş nazir Paşinyanın vaxtaşırı “Dağlıq Qarabağdır Ermənistandır” ifadəsini təkrarlaması danışıqlar prosesinin dayanmasına səbəb olub. Belə olan halda, münaqişənin diplomatik yolla həlli qeyri-real görünür. Ermənistanın bu mövqeyi Yaxın Şərqdə və Cənubi Qafqazdakı geosiyasi situasiyadan asılı olmayaraq münaqişənin yenidən alovlanmasını tətikləyir.
Politoloq Əhəd Məmmədli hesab edir ki, İdlibdə Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi fonunda ABŞ iki ölkə arasında yaranmış ziddiyyətləırin Cənubi Qafqazda da baş verəcəyindən narahatdır. Ceyms Qilmorun bəyanatındakı mesajlar da bununla bağlıdır:
“2015-ci ilin noyabr ayında Rusiya qırıcı təyyarəsinin Suriya sərhəddində Türkiyə tərəfindən vurulmasından az sonra, yəni 2016-cı ilin aprel ayında Dağlıq Qarabağda hərbi əməliyyatlar başladı. Ona görə də ABŞ döyüşlərin yenidən baş verəcəyindən narahatdır. Ona görə də Ceyms Qilmorun bu açıqlaması da Azərbaycana və Ermənistana xəbərdarlıq məqsədi daşıyır. Amma dünyanın hər yerində müharibə aparan bir ölkənin əraziləri işğal altında başqa dövlətə “sən torpaqlarını hərbi yolla qaytara bilməzsən”-deməsi ən azı ədalətsizlikdir. Belə çağırışlar Azərbaycanın əleyhinə işləyir. Bu cür bəyanatlar istər ABŞ, istər Avropa Birliyi və Rusiya tərəfindən həmişə olub. Nəticədə, status-kvo qalır və Ermənistan torpaqları işğal altında saxlayır. Sanki, Azərbaycana demək istəyirlər ki, müharibə etmə, baş çarə tap. Başqa variant da yoxdur. Ona görə də Azərbaycan bu cür çağırışlara əhəmiyyət verməməlidir. ABŞ-ın, Rusiyanın nə deməsindən asılı olmayaraq, torpaqlarını azad etməlidir. Əks təqdirdə, Azərbaycan “Holland sindromu”nu Dağlıq Qarabağda yaşayacaq. Biz torpaqlarımızı Göyçə, Zəngəzur kimi birdəfəlik itirə bilərik”.
Əhəd Məmmədlinin sözlərinə görə, Azərbaycan işğal altındakı ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlasa, beynəlxalq dairələr bu prosesə mane olmayacaq:
“Beynəlxalq təşkilatlar və xarici dövlətlər bir neçə bəyanat verməklə kifayətlənəcək. Ərazisi işğal olunmuş dövlətə nə ediblər ki, Azərbaycana da nə etsinlər? Əgər söhbət Azərbaycan toraqlarının işğalından gedirsə, müstəqil dövlət kimi hər cür riskə hazır olmalıyıq. Türkiyənin Rusiya, yaxud ABŞ-la münasibətlərinin vəziyyətindən asılı olmayaraq, Azərbaycan öz torpaqlarını azad etməlidir”. cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar