Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ siyasətində "Parik sindromu"

Tarix: 19-09-2016 14:30     Baxış: 4637 A- / A+
ABŞ siyasətində "Parik sindromu"
Müşfiq ƏLƏSGƏRLİ


17-18-ci əsrlər Avropasında parik geyiminin "zadəganlıq simvolu"na çevrilməsini Fransa kralı XIII Lüdoviqin adıyla bağlayırlar. Kardinal Rişelyenin təsiri altına düşdüyü üçün siyasi imici korlanan kral XIII Lüdoviq siyasi uğursuzluğunu möhtəşəm əyləncələr, dəbdəbəli ziyafətlər təşkil edib şöhrətlənməklə pərdələmək istəyir. Amma başının keçəl olması onu bu yöndə də uğursuzluğa düçar edir. Məsləhətçiləri krala vəziyyətdən çıxmaq üçün parik geyinməyi təklif edirlər. Dövrünün əsilzadə dəblərinə zidd olduğu üçün parik geyinməyi asanlıqla həzm edə bilməyən krala izah edirlər ki, streotiplərlə idarə olunmağa meylli cəmiyyət onun qeyri-adi davranışına asanlıqla uyğunlaşacaq. 1624-cü ildən etibarən uzun, qıvrım saçlı ağ parik geyinməklə, XIII Lüdoviq keçəl baş bəlasından qurtulur. Məsləhətçilər də haqlı çıxırlar: kralın parik geyinməsi zadəgan mühitində nəinki ikrah doğurmur, əksinə, ziyafət məclisinə gələn əsilzadə feodallar da, kralın yanında xoş olmaq üçün başlarını qırxdırıb, əvəzinə parik qoymaq yolu seçirlər.

ABŞ siyasətində "Parik sindromu"

XVII əsrdə Fransada bünövrəsi qoyulan "zadəganların parik geyimi" bütün Avropaya yayılan dəb göstəricisi olmaqla yanaşı, sonrakı iki əsr müddətində həm də siyasi anlam daşıyır, "kral belədirsə, sən də belə olmalısan" sindromunu inkişaf etdirir. Tarixi proseslərin izlənilməsi göstərir ki, "parik sindromu" Qərb siyasi dairələrinin orta əsrlərdə bitmiş mərəzi olmayıb, məzmun və formaca yenilənərək dövrümüzə qədər yaşayıb, daha geniş dairədə yayılıb. Günümüzdə Avropa və ABŞ siyasi mərkəzləri tərəfindən sərgilənən "Biz necəyiksə, siz də mütləq elə olmalısız", yaxud "Biz necə deyiriksə, siz də elə etməlisiz" düsturunu da bəlli sindromun təzahürü kimi şərh etmək mümkündür.

Mövcud qanunları sosial-iqtisadi və siyasi inkişafa uyğunlaşdırmaq, bu yöndə xalqın rəyini almaq, referendum keçirmək istəyinə Azərbaycana qarşı ABŞ-dan qeyri-adi mövqe sərgilənib. ABŞ Konqresinin Helsinki komissiyasının rəhbəri, konqresmen Kristofer Smit sentyabrın 26-da keçiriləcək referendumla bağlı narahatçılığını bildirib, referendum qərarına yenidən baxmaq üçün çağırış edib. Paralel olaraq sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirib, yekun bəyanat səsləndirilib. Müzakirələrin və bəyanatın məğzi budur ki, referenduma çıxarılan məsələlər səs çoxluğu qazanacağı təqdirdə, "...Azərbaycanda hakimiyyət möhkəmlənəcək". Müzakirə iştirakçıları hesab edirlər ki, "hakimiyyətin möhkəmlənməsi" "Söz azadlığı və hökumətin hesabatlılığı üçün vacib olan hüquqların məhdudlaşdırılmasına, demokratik inkişafın zəifləməsinə səbəb ola bilər".

Dinləməyə qatılan şəxslərin kimliyi yekunda belə qeyri-məntiqi nəticə çıxarılacağını öncədən də proqnozlaşdırmağa imkan verirdi. Aralarında bircə nəfər də olsun Azərbaycanın legitim qurumlarının təmsilçisi yoxdur. Əksinə, sıraları erməni lobbisinin təsirində olan konqressmenlər və birbaşa erməni icmalarını təmsil edənlərlə zənginləşib. Belə tərkibin seçilməsini də təsadüfi saymaq olmaz. Anti-Azərbaycan qərarların qəbul edilməsi, bəyanatların səsləndirilməsi proseslərini yönləndirmək üçün koordinator seçilmiş Kristofer Smitə məhz bu tərkibdə iştirakçı lazım idi ki, sonda istədiyi fikirləri onların dilindən səsləndirə bilsin.

Amma necə etmələrindən, prosesə kimləri cəlb etmələrindən asılı olmayaraq, niyyətlərini gizlədə bilmədilər: "Azərbaycanda güclü hakimiyyət formalaşdırılmasından əndişə keçirdiklərini" büruzə verdilər. Nəhayət, etiraf etdilər ki, onlara "güclü hakimiyyətin mövcud olduğu güclü Azərbaycan" yox, bircə "Ərəb baharı" kampaniyası ilə yerlə-yeksan edə bildikləri dövlətlərə bənzər ölkələr lazımdır.

Bir məqamı unudurlar ki, nə regiondakı durum 20 il əvvəlki deyil, nə də Azərbaycan. Regionda yeni situasiya, yeni güc mərkəzləri, yeni hakimiyyətlər formalaşıb. Bu yenilər "ABŞ-ın formalaşdırdığı streotiplərlə" deyil, rasional düşüncə ilə hərəkət edirlər, baş verənlərdən nəticə çıxarıb, yeni düzən formalaşdırırlar. Durum o qədər dəyişib ki, "ABŞ-ın formalaşdırdığı streotipləri" nəinki region dövlətləri, hətta onun öz təmsilçiləri də qəbul etmirlər. Təsadüfi deyil ki, Tom Lantos Komissiyasının Azərbaycanla bağlı dinləmələrinə qatılanlar ABŞ-ın Azərbaycandakı səfirliyinin və şəxsən səfir Robert Sekutanın fəaliyyətini kəskin tənqid edərək, onları "...Azərbaycan hökumətindən qorxmaqda..." günahlandırıblar. Konqresmen Makqavern isə bildirib ki, Dövlət Departamentinin nümayəndəsi dinləmələrə dəvət edilsə də, bu dəvətə, ümumiyyətlə, cavab verməyib.

Nəticə çıxır ki, ABŞ-da situasiyanın dəyişməsinin fərqinə varanlar var. Amma "parik sindromu"ndan əziyyət çəkənlər də az deyil.

(Milli.Az saytı üçün)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar