Sizin Reklam Burada
Xəbər lenti
19-11-2026
18-11-2026
BÜTÜN XƏBƏRLƏR

Prokuror Namizəd Səfərova 8 il cəza istədi

Tarix: 19-11-2026 13:48     Baxış: 344 A- / A+
Prokuror Namizəd Səfərova 8 il cəza istədi
Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işinin materiallarında olan sənədlər tədqiq edilib.
Daha sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib və çıxış etmək üçün prokuror Valeh Ələkbərova söz verilib.
İttiham nitqi ilə çıxış edən prokuror Namizəd Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Növbəti proses noyabrın 26-da davam edəcək.
İttihama görə, Günel Əfəndiyeva Namizəd Səfərovla tanış olub. Namizdə Səfərov Vəkillər Kollegiyasından azad olunmasına baxmayaraq, Günel Əfəndiyevaya hüquqi yardım göstərə biləcəyini deyib. O, vəzifəli tanışları vasitəsi ilə Günel Əfəndiyevanın vəzifəyə təyin ediləcəyinə söz verib və ondan 53 min manat pul alıb. Lakin vədinə əməl etməyib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar