Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Sarımsaqlı südün faydalarını siz də bilin

Tarix: 18-03-2017 13:12     Baxış: 5285 A- / A+
Sarımsaqlı südün faydalarını siz də bilin
Həm sarımsağın, həm də südün faydalı tərəfləri bir-birilərini tamamlayır
Sarımsaqlı süd bizdə çox istifadə olunmasa da olduqca faydalı bir reseptdir. Çünki həm sarımsağın, həm də südün faydalı tərəfləri bir-birilərini tamamlayırlar. Manevr.az bu barədə saglamolun.az-a istinadən məlumat verir. Əvvəlcə hazırlanması haqqında: Süd bişirilir, 1 stəkan bişmiş südə 1-2 diş sarımsaq sarımsaqəzəndə əzilib qarışdırılır. Yaxşı olar ki, axşam yatmazdan əvvəl içilsin. Faydaları: 1.Sarımsaqlı süd axşam yatmazdan əvvəl içilərsə yaxşı yuxu gətirir, yuxunu dərinləşdirir. 2. Sarımsaqlı süd çox əla bir qurdqovucudur, demək olar ki, bütün qurdlara (askarid, lyambliya, bizquyruq və s.) qarşı əla bir vasitədir. Daimi içilən zaman damarlarda parazitlik edən exinokok qurdlarına da təsir edir. 3. Allergiyadan, atopik dermatitlərdən əziyyət çəkənlər üçün əla bir vasitədir. 4. Həm sarımsaq, həm də süd yüngül işlədici təsirləri olduğundan qəbizlikdən və gemaroydan əziyyət çəkənlər üçün olduqca faydalıdır. 5. Sarımsağın və südün tərkibindəki zəngin kalsium həm uşaqlar üçün, həm böyüklər üçün, həm də klimakterik dövrdə olanlar üçün faydalıdır. Osteoporoz (sümük əriməsi) xəstəliyindən əziyyət çəkənlər üçün də faydalıdır. 6. Sarımsaqlı süd çox əla bir əsəb sakitləşdiricidir. 7. Sarımsaqlı süd yüksək təzyiqi aşağı salır, aşağı təzyiqi olanlar yaxşı olar bu qarışıma bal qarışdırsınlar. 8. Sarımsaq tək yeyiləndə mədədə qaşınma, aşılama kimi hallar əmələ gətirə bilir, amma sarımsaqlı süddə belə problem yoxdur. 9. Sarımsaqlı süd yüksək xolesterin, ateroskleroz, miokard infarktı kimi xəstəliklərdən əziyyət çəkənlər üçün olduqca faydalıdır. 10. Sarımsaqlı süd qanı durulaşdırır, qanı qatı olanlar üçün də faydalıdır. 11. Cinsi həvəsi artırır. 12. Mikrob mənşəli bütün xəstəliklərdə (bronxit, boğazgəlmə, revmatizm və s.) faydalıdır. 13. Sarımsaqlı süd immuniteti gücləndirir, soyuqdəymələrdə çox faydalıdır. 14. Saç tökülməsindən əziyyət çəkənlər və tez-tez çiban və sızanaq səpənlər üçün faydalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar