Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Ermənilərlə dost olan bir dövlətin Azərbaycanı suçlaması yerinə düşmür” - Azər Həsrət

Tarix: 22-02-2017 22:47     Baxış: 4552 A- / A+
“Ermənilərlə dost olan bir dövlətin  Azərbaycanı suçlaması yerinə düşmür”


İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin İsrailin Azərbaycana silah satmasından ölkəsinin keçirdiyi narahatlıqdan danışıb.

O, bildirib ki, İsrail Azərbaycana “Dəmir günbəz” sözü versə də sövdələşmə hələ baş tutmayıb. Möhsün Pakayinin sözlərinə görə, İsrail hakimiyyətinin yürütdüyü siyasət Azərbaycan xalqını, hətta yəhudiləri narazı salıb: “Heç bir müsəlman ölkəsi, o cümlədən, Azərbaycan Respublikası İsraillə strateji münasibətlər qurmayacaq. Azərbaycan xalqı müsəlman-şiədir, İslam və müsəlmanların qəddar düşməninə təbii ikrah hissi bəsləyir”.

İranın narahatlıqları

Ermənistandan sonra İsrail - Azərbaycan münasibətlərindən narahat olan yeganə və ikinci dövlət İrandır.Bir çox hallarda birincidir.İran qədər də bu məsələni gündəmə gətirən başqa dövlət yoxdur.Görünən budur ki, İran KİV-lərinin “ikinci İsrail” adlandırdıqları Azərbaycanın bu yəhudi dövlətiylə inkişaf edən münasibətlərindən Tehranın qorxduğu ehtimallarının olması şəksizdir.İlk növbədə İran Azərbaycana İsrailin özünə qarşı nə vaxtsa istifadə edəcəyi “poliqon” kimi baxır. Təsadüf deyil ki, keçən il İran KİV-ləri İsrail MOSSAD-nın Azərbaycanda öz bazasını yaratdığını iddia edib. Digər yandan bu qorxunun kökündə dayanan ikinci amil Ermənistanla Azərbaycan arasında gedən Dağlıq Qarabağ münaqişəsidir.Tehran narahatdır ki, İsrail və ABŞ Konqresindəki yəhudi lobbisi Ağ Ev və Moskvaya təzyiq edərək, problemi Azərbaycanın lehinə həll edəcək.Əlbəttə, belə bir vəziyyət İranın maraqlarını əks etdirmir.Münaqişənin dondurulması, yaxud həll prosesinin uzanmasında maraqlı olan İran hesab edir ki, bununla başı özünə qarışacaq Azərbaycan digər məsələlərin həllinə vaxt ayıra bilməyəcək.Elə bu məqsədlədə də Ermənistan Dağlıq Qarabağı işğal edərkən bu ölkəyə hər cür yardımı etdi.

İsrail, yoxsa İran?

İran “digər məsələ” deyəndə Cənubi Azərbaycanı nəzərdə tutur.Molla rejiminə görə, Azərbaycanı bölgədə öz “forpost”una çevirmək istəyən İsrail Cənubi Azərbaycanın Azərbaycan Respublikasına birləşdirməkdə maraqlıdır.ABŞ-da da zaman-zaman bu məsələnin gündəmə gəlməsi narahatlıqlarını bir qədər də artırır.Xüsusilə, İsrail və yəhudi lobbisi ilə isti münasibətləri olan Donald Trampın prezident seçilməsi Tehranda xoş qarşılanmadı.Üstəgəl, İrana qarşı açıq savaş elan edən Tramp İsraildən də dəstək gördü.Bir müddət əvvəl Tramp administrasiyasının İranla bağlı savaş planı ortaya çıxdı.Plana əsasən ABŞ İrana qonşu regionlar və dövlətlərdəki hərbi bazalarından hücuma keçməlidir.Düzdür, Azərbaycanın adı planda yoxdur, amma Tehranda elə başa düşürlər ki, Amerikanın potensial hücum meydanlarından biri Azərbaycandır. İranda ona inanırlar ki, İsrail ABŞ-a Azəbaycanda İrana qarşı öz gizli bazasını yaratması üçün təzyiq edə bilər.

Öz yalanlarına inanan

Yəni, İran yenə də ampluasına sadiq qalaraq absurda - öz uydurmalarına inanır.Elə buna görə də bütün mümkün vasitələrdən, elə Azərbaycanda öz maraqlarına xidmət edən və təbliğatını aparan saytlardan istifadə edərək, İsrail - Azəbaycan münasibətlərinə pozuculuq toxumları səpmək istəyir.Şübhəsiz ki, İrandan fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçını - Ermənistanı öz adıyla çağıran İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir.İran isə o dövlətdir ki, münaqişədə vasitəçi kimi özünü göstərdiyi günün səhəri Şuşanı itirdik.ABŞ və Qərb dövlətlərinin Azərbaycanı haqsız olaraq Ermənistan qarşısında təsir etdiyi vaxt İsrail, Türkiyə və Pakistanla yanaşı Azərbaycana öz yardım əlini uzatdı. İran da pərdəarxasında Ermənistana yardım edərək, “din qardaşı” adlandırdığı Azərbaycana münasibətdə əslində iç üzündə kim olduğunu açdı.

“Don Kixotun yel dəyirmanlarıyla mübarizə apardığı kimi...”

“Ermənilərlə dost olan bir dövlətin  Azərbaycanı suçlaması yerinə düşmür”


“Yeddi Dövlət, Bir Millət” Konseyinin başqanı Azər Həsrət “Cümhuriyət” qəzetinə bildirib ki, İranın bu münasibətlərdən narahatlığını ifadə etməsi təəccüblü deyil. A.Həsrət bu fikrini onunla izah edib ki, İran “kor tutduğunu buraxmaz” misalına uyğun olaraq İsraili özünün düşməni elan edib: “İran Don Kixotun yel dəyirmanlarıyla mübarizə apardığı kimi İran da İsraillə “mübarizə aparır”.

Buna görə digər dövlətlərlə yanaşı Azərbaycanın da İsraillə yaxınlaşmasına dərhal reaksiya verirlər.Halbuki İran rejimi başa düşməlidir ki, Azərbaycan torpaqları işğal altında olduğuna görə, biz məcburiyyətdən silah da almalıyıq, istədiyimiz dövlətlə də işbirliyində olmalıyıq.Bu gün işğalçı Ermənistanı ayaqda tutan səbəblərdən biri elə İranın özüdür.

Sözdə Azərbaycana “müsəlman qardaş” deyirlər, amma işə gələndə “müsəlman qardaş”ın torpaqlarını işğal etmiş Ermənistana açıq dəstək verirlər.Belə bir ölkənin diplomatlarının hansısa məsələdə Azərbaycana irad bildirmələrinə haqları yoxdur. Onlar ilk növbədə zəhmət çəkib münasibətlərini islam və müsəlman inanclarına uyğun qursunlar.

İslamda deyilir ki, biri sənin qardaşını öldürübsə, sən onunla dost ola bilməzsən. Amma İran Ermənistanla həm dostdur, həm də qardaşdır. Amma İran islam prinsipi gərəyincə Ermənistanla dost olmamalıydı. Belə bir dövlətin də Azərbaycanı suçlaması yerinə düşmür.

İran ümumiyyətlə yaxşı olardı ki, öz işləriylə məşğul olsun.Əgər Azərbaycanın hansısa probleminin həllinə yardımçı olmaq istəmirlərsə, ən az işlərimizə müdaxilə etməsinlər - atacağımız, atdığımız addımları təftiş etməsinlər”.(Cebhe.info)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar