Xəbər lenti
İran Rusiyanı İrəvanla vuracaq – Sensasiyalı açıqlama
Ermənistanla əlaqələrini təkrar gücləndirən İranın əsas məqsədi Türkiyə əleyhinə Qafqazlarda möhkəmlənməkdir.
Manevr.az xəbər veriri ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, İranın Ermənistanla yaxın əlaqələri qətiyyən təkcə Azərbaycanla indeksləşməyib:
“Etiraf etmək lazımdır, fars imperiyasının qədim bir tarixi var və buna söykənib siyasəti çoxparametrli səviyyədə qurmaq imkanları mövcuddur. Ermənistanla əlaqələrini təkrar gücləndirən İranın əsas məqsədi Türkiyə əleyhinə Qafqazlarda möhkəmlənməkdir. Hər kəsə bəllidir ki, rəsmi Ankara müstəqillik illərindən həm Gürcüstan, həm də Azərbaycan vasitəsi ilə Cənubi Qafqazda möhkəmlənməkdədir. Hər iki ölkə bu gün Türkiyənin yaxın müttəfiqləridir. İran maksimum çalışırdı ki, burada bir lövbər salsın və Tehran üçün ən yaxşı dayanacaq İrəvan sayılırdı.
İkinci məqsəd Qərbin planları ilə bağlıdır. Rəsmi Tiflis son illərdəki cəhdlərinə görə, özünü avroatlantik məkanın tərkib hissəsi hesab edir. İran bu ölkədən özünə qarşı gələn təsirlərin qarşısını almaq istəyir və fərqindədir ki, bu, Tehranın mənafelərinə zərbə vura bilər. NATO-nun infrastrukturu Gürcüstana gəlib çatdıqca təbii ki, fars körfəzində öz mənafelərini quran və Yaxın Şərqdəki proseslərə açıq müdaxilə edən bir dövlət Qafqazdan vaz keçə bilməz. İran İrəvanı öz maraqlarının forpostuna çevirmək niyyəti güdür və siyasi maraqlar uğrunda mübarizə baxımından öz məqsədlərini həyata keçirmək istəyir”.
Millət vəkili İran-Ermənistan yaxınlaşmasının arxasında duran üçüncü amilin məhz Rusiya ilə bağlı olduğunu deyib:
“Ermənistan rəsmi Moskvanın cənub cinahında əsas dayağıdır. Lakin Ermənistanda Rusiya əleyhinə olan qüvvələr də mövcuddur. İran hazırda bu boşluqlarda çox intensiv fəaliyyətdədir. Baxın, enerji sahəsində yeni xətlərin çəkilməsi üçün İran növbəti dəfə Ermənistana milyonlarla vəsait ayırır. Şübhəsiz ki, burada məqsəd həm də Qafqazda öz ayağı üçün yerlər tapmaqdır. İran 1990-ci illərin sonuna doğru Şimali Qafqazdakı proseslərə müdaxilə etmirdi, Çeçenistan, Tatarıstan, Başqırdıstan və digər türk kökənli xalq içərisində Rusiyanın qəzəbini doğurmamaq üçün bu sahədə aktiv deyildi. Orada əsasən Türkiyə və Səudiyyənin mövqeləri özünə yer etməkdə idi. Ancaq son illər İran Rusiyanın Cənubi Qafqazdakı ərazilərinə doğru da baş vurmaqdadır və orada özünün mədəni, ictimai əlaqələrini qurur. Açığı, İran-Ermənistan əlaqələrinə Azərbaycanın reaksiyası nə qədər haqlıdırsa, o biri yandan sadaladığımız dairələr də öz ölçülərini götürməlidirlər. Məsələn, Qərb üçün İranla yenidən savaş açılarsa, onun müttəfiqi olan Ermənistana münasibət necə olacaq? Həmçinin Türkiyə və Rusiyanın baxışı nədən ibarətdir? Yəni İran-Ermənistan məsələsi təkcə Azərbaycanın problemi deyil”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar