Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Tramp Qarabağ problemini həll edə bilər -“Vaşinqton Tayms”

Tarix: 23-01-2017 12:27     Baxış: 5515 A- / A+
Tramp Qarabağ problemini həll edə bilər


Bu barədə “Vaşinqton Tayms” qəzeti yazıb. Məqalədə münaqişənin həlli yolları da təklif edilib.

Yazının müəllifi hökumətlərə yardımı özünün əsas prinsiplərindən biri elan edən «Caspian Group Holdings» şirkətlər qrupunun prezidenti, əvvəllər ABŞ-ın Corctaun Universitetinin professoru olmuş Zöhrab Rob Sühbanidir.

Azərbaycan ərazisinin 20%-nin işğal olunduğunu, 1 milyonadək adamın didərgin düşdüyünü xatırladan Sübhaninin fikrincə, Qarabağ münaqişəsinin həlli həm D.Tramp, həm də onun təhlükəsizlik komandasından ötrü vacibdir. Onun sözlərinə görə, Trampın Qarabağa yanaşması Rusiya Prezidenti Vladimir Putinin Birləşmiş Ştatlarla müttəfiqliyə, ya da qaynar nöqtələri idarə etməklə strateji üstünlüyünü əldə saxlamağa önəm verib-vermədiyini bəlli edər.

Putinin məqsədi

Müəllif Qarabağ münaqişəsinin açarının Rusiyanın əlində olduğunu deyir və bunu Rusiyanın Ermənistanda malik olduğu çox böyük idarə vasitələriylə izah edir, Moskvanın Ermənistanı regionda əsas gəmisi hesab etdiyini yazır:

“Azərbaycan və Ermənistanı donmuş münaqişə vəziyyətində saxlamaq V.Putinin Azərbaycanın Avropaya təbii qaz ixracını şəxsən önləmək məqsədinə xidmət edir… ABŞ-ın etibarlı müttəfiqi Azərbaycanla Rusiyanın müttəfiqi Ermənistan arasında təcili sülh müqaviləsində israr edərsə, Prezident Tramp Putinin sülhpərvər, yoxsa bütün dünyada sabitliyi pozan qüvvə olduğunu çox tezliklə müəyyənləşdirə bilər”.

Birləşmiş Ştatlar və Rusiya, eləcə də Fransa Qarabağ münaqişəsinin həlliylə məşğul olan Minsk Qrupunun üzvləridir. Sübhani yazır ki, məhz bu qrup vasitəsilə Rusiya nəinki xeyli həll cəhdlərinin qarşısını alıb, üstəlik, Ermənistanı silahlandırmaqla münaqişənin uzanmasına yardım edib.

“Və təəssüf ki, başı Yaxın Şərqə qarışan ABŞ bu məsələdə aparıcı rolunu əldən verib, İrəvanla Bakı arasında uzunmüddətli sülhə nail olunmayıb”, – deyən müəllif həm Azərbaycan, həm də Ermənistanın sülhə layiq olduğunu və Trampın hər iki ölkənin xalqına arzuladığı yeni başlanğıcı verə biləcəyini yazır. Onun fikrincə, Tramp Qarabağla bağlı hər iki tərəfdən ötrü ədalətli olacaq razılaşmanı əldə edə və ABŞ-ın əvvəlki siyasətinə qayıtdığını – qlobal stabilliyi və dünyanı qorumaqda olduğunu göstərər. Üstəlik, Azərbaycan kimi etibarlı müttəfiqinin yanında dayanmaqla, İran kimi oyunçulara ismarış göndərmiş olar.

Həllin şərtləri


Müəllif Qarabağ münaqişəsinin həlli yollarını – şərtlərini də təklif edir. Onun fikrincə, hər şeydən öncə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qüvvələrini çıxarması tələb olunmalı, əvəzində Azərbaycan Avropaya gedəcək qaz kəmərini Ermənistan ərazisindən keçirməlidir. Üçüncüsü, hər iki tərəf Qarabağa müstəqillik deyil, yüksək muxtariyyət statusunun verilməsiylə bağlı razılığa gətirilməlidir. Qarabağdakı ermənilər də tam muxtariyyətlə təmin olunmalıdır.

Müəllif sülhün təmin olunması üçün Qarabağa ABŞ, Rusiya və Fransa qoşunlarının yerləşdirilməsini və bunun haqqını zəngin Azərbaycanın ödəməsini təklif edir. Bundan sonra Azərbaycan-Ermənistan Barışıq və Yenidənqurma Fondunun yaradılmasını, bu fondun bəzi layihələri, məsələn, Bakıdan Ermənistan ərazisinə, oradan da Naxçıvana uzanan dəmiryolun tikintisini gerçəkləşdirməsi fikrini irəli sürür. Və nəhayət, Ermənistanda Sovet dönəmindən qalma Metsamor atom stansiyası əvəzinə ABŞ-Rusiya-Fransanın əməkdaşlığıyla yeni və təhlükəsiz nüvə zavodunun inşasını təklif edir.

Qəzet yazır ki, uzunmüddətli sülhdən ötrü Tramp Rusiya Prezidenti Putini yola gətirməli, o da öz növbəsində Ermənistan Prezidenti S.Sərkisyanı dilə tutmalıdır. “Həm Rusiya, həm də Birləşmiş Ştatlar Ermənistan xalqını əmin etməli, İrəvana heç vaxt arxa çevirməyəcəklərinə inandırmalıdırlar”, – deyən müəllifin fikrincə, Tramp Putinin qarşısına aydın, yığcam və tam maliyyələşdiriləcək iqtisadi yenidənqurma planı qoymalıdır, onu münaqişənin həllinin bütün tərəflərin xeyrinə olacağına inandırmalıdır. (azadliq.org)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar