Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rafiq Odayın "Koronavirusun fəlsəfəsi"

Tarix: 12-06-2020 12:29     Baxış: 2539 A- / A+
Rafiq Odayın "Koronavirusun fəlsəfəsi"

Əslində koronovirusun (SARS-CoV-2) məqsədi daxil olduğu insanın orqanizmində tərəf-müqabil tapıb yaşamaqdı, o orqanizmin sahibini öldürmək yox.
İnsan orqanizmində mövcud olan 100-lərlə digər bakteriyalar, mikroblar, viruslar kimi koronavirus da yaşamaq istəyir. Onların yaşaması üçün isə insan orqanizmindəki hüceyrələrlə birləşməsi və orqanizmin bunu normal qarşılaması lazımdır. Əks təqdirdə insan da yaşamaqdan məhrum olar, virus da. Bu isə nə virusa, nə də insana sərf etmir.
Məsələ bundadır ki, insan orqanizminə yad bir cisim düşəndə orqanizmin daxili müqavimət qüvvələri səfərbər olaraq bu yad cismə qarşı mübarizəyə qalxır və onu məhv etmək istəyirlər ki, buna da immunitet deyilir. Bəs nədən, əsas etibarilə, COVİD-19 adıyla xəstəxanaya yerləşdirilən insanlar arasında olum aktı baş verirsə, onların digər xəstəliklərinin mövcudluğu ortaya çıxır? Məsələ çox sadədir. Sadalanan xəstəliklər o insanlarda əvvəldən mövcud idi. Sadəcə onlar davamlı olaraq müalicə alır, orqanizmin mövcud immuniteti ilə müdafiə olunur, beləliklə də, ölüm aktı müəyyən müddətə gecikdirilmiş olurdu. Amma elə ki, digər bir virus, özü də indiyə kimi insan orqanizminin rastlaşmadığı bir virus orqanizmə daxil olur, onda immun sistemi digər məsələləri (xəstəlikləri) bir kənara qoyub, yeni virusa – naməlum düşmənə qarşı səfərbər olurlar. Belə olan halda digər xəstəliklər sahibsiz, qorumasız qalır və qısa zaman ərzində ağırlaşma müşahidə olunur. İnsanın mövcud xəstəliklərinin sayı nə qədər çox olursa, ölüm riski də bir o qədər yüksək olur. Xəstəxanalara (klinikalara) yerləşdirilən xəstələrin ağırlıq dərəcələrinə görə 3 qrupa bölünməsi də bununla əlaqədardır:

1. Ağır – digər xəstəliklərinin sayı çox olanlar

2. Orta-ağır – digər xəstəliklərinin sayı az olanlar

3. Stabil – digər xəstəlikləri olmayanlar


Ağırların, əsas etibarilə, həyatlarını xilas etmək mümkün olmur, orta-ağırlar müalicəyə qarşılıq verdikdə uzun çəksə də sağalırlar. Stabillər isə təyin olunmuş izolə rejimindən sonra evə yazılırlar (təbii ki, təkrar testdən keçdikdən sonra). Bəzən görürsən ki, müəyyən nüfuz sahibi, tanınmış şəxslərin dilindən belə bir fikir səsləndirilir ki, “dünyada koronovirusdan ölən bir nəfər belə yoxdur”. Bu fikrin kökündə bu virusa yoluxan insanların, əsas etibarilə, digər xəstəliklər səbəbindən ölməsi dayanır. Çünki digər xəstəliyi olmayıb, koronavirusa yoluxan insanların, demək olar ki, hamısı sağalır.

Bir məsələni xüsusi olaraq vurğulayım ki, bu xəstəlikdə yaş məsələsi şərti bir şeydi. Yəni 70 yaşında olan insanın digər xəstəlikləri yoxdursa xəstəliyi normal keçirər və heç nə də baş verməz. Amma 40-50 yaşı olan insan digər xəstəliklərin mövcudluğu səbəbindən dünyasını dəyişə bilər.

Yenə qayıdıram mətləbə. Bu virus insanları öldürmək üçün yox, insan orqanizmində qalıb yaşamaq üçün çalışır. Gec-tez bu belə də olacaq. İndi tez-tez səsləndirirlər ki, “biz belə yaşamağa alışmalıyıq”, bu, məhz mən dediyim anlamdadır. Yəni bu virus yox olmayacaq, sadəcə insan orqanizmi bu virusa alışacaq və əl-ələ verib yaşayacaqlar. Vaxt gələcək ki, orqanizmində bu virusu daşımayan adamlara qəribə baxacaqlar. Koronavirus o dərəcədə adiləşəcək ki, digər viruslardan biri kimi heç bir fəsad törətmədən insan orqanizmində mövcud olacaq, yəni insanların qorxulu röyasına çevrilməyəcək. Xəstələnmə baş verdikdə müalicəsi də çox sadə üsullarla mümkün olacaq.

Vaksin məsələsinə gəlincə isə, mən bu qənaətdəyəm ki (bu mənim subyektiv fikrimdir), bunun üzərində o qədər də baş yormağa, vaxt sərf etməyə, maliyyə xərcləməyə dəyməz. Çünki bu viruslar üçün ömürlük vaksin olmur, tapılsa belə, bir ildən artıq qoruya bilməz insanı. Məsələn, deyək ki, qrip virusları kimi. 40-dan artıq növü var və hər biri üçün vaksinin immunitet yaratma müddəti bir ildir. Mümkün olsa idi, elə qrip virusları üçün ömürlük vaksin hazırlanardı da. Önu da deyim ki, il ərzində qrip viruslarının törətdiyi xəstəliklər nəticəsində ölənlarin sayı koronovirusla müqayisədə daha çoxdur.

Gəlinən nəticə:

Gəlinən nəticə odur ki, bu günə qədər deyilmiş atalar sözlərindən, müdrik kəlamlardan “Sağlam bədəndə sağlam da ruh olar” kəlamı bu hadisələrdə özünü tamamilə doğrultdu. Ona görə də sağlamlığımızın qeydinə qalaq. Normal qidalanaq, normal yuxu yataq. Daha çox hərəkət edək (dar çərçivədə olsaq da belə), ciyərlərimizi daha çox təmiz hava ilə qidalandıraq (bu ayrıca bir mövzudur, bir ucu maska taxmağın müsbət və mənfi tərəflərinə dedib sıxır, qismət olsun ayrıca toxunarıq bu mövzuya). Xəstələnməmək, orqanizmi zəiflətməmək, xofdan, stressdən uzaq qalmaq üçün əlimizdən gələni edək. Belə olan təqdirdə koronovirus da daxil, bizə heç bir yad ünsür güc gələ bilməz.

Allahdan qeyri qüvvət və əzəmət sahibi yoxdur. Allah-taalanın nəzəri və kölgəsi dövlətimizin, millətimizin, xalqımızın – hər birimizin üstündə olsun.

Dərin hörmət və sayğılarla,
Rafiq Oday,
respublikanın Əməkdar jurnalisti

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar