Xəbər lenti
Bu ölkədə karantinə riayət olunmasına robot-itlər nəzarət edir - ŞƏKİL
Sinqapurda karantin tədbirlərinə nəzarət üçün mexaniki robot-itlər fəaliyyətə başlayıb.
Böyük Britaniyanın "The Guardian” qəzeti xəbər verir ki, qurğu müstəqil şəkildə ictimai yerlərin keşiyini çəkir, yoldan ötənlərə bu sözlərlə müraciət edir: "Sinqapurluların sağlamlığını qoruyaq, sizin şəxsi təhlükəsizliyiniz və ətrafdakıların təhlükəsizliyi üçün bir metrlik sosial məsafəyə riayət edin. Çox sağ olun”. Robotlar gözə çarpmaqdan ötrü parlaq qara-sarı rəngə boyanıb və vəziyyəti dəyərləndirmək üçün xüsusi kameralarla təchiz edilib. Robota artıq "Spot”, yəni "Ləkə” ləqəbi də verilib.
Hələ ki, bir nüsxədə hazırlanan bu qurğu ABŞ-ın "Boston Dynamics” istehsalçı şirkətindən alınıb. Eksperiment insan həyatı üçün yüksək riskli yerlərdə robotlardan istifadənin səmərəliliyini üzə çıxarmaq məqsədi daşıyır. Uğur əldə ediləcəyi təqdirdə koronavirusla mübarizə çərçivəsində robot texnikasından kütləvi şəkildə istifadəyə başlamaq planlaşdırır.
Eksperiment maraqlı hadisələrsiz də ötüşmür. Sinqapurun "The Straits Times” qəzetində dərc olunmuş fotoşəkillərdə robot-it qəflətən piyadaların yanında dayanaraq müəyyən edilən qaydaları pozmamağa çağırarkən, sosial məsafəyə riayət edən insanların çöhrələrində çaşqınlıq görmək mümkündür.
Qeyd etmək lazımdır ki, bu eksperiment insanlarda ziddiyyətli emosiyalar yaradır. Məsələn, robotu videoya çəkən amerikalı jurnalist Qlen Qrinvald onu "həyatda indiyədək gördüyü ən mənasız antiutopik əşya” adlandırıb.
Hakimiyyət orqanları robot-itlərin yalnız qrup halında toplanan insanların qeydə alınması üçün proqramlaşdırılmasını təsdiqləsələr də, hüquq müdafiəçiləri bu qurğudan əhalinin izlənilməsi məqsədilə istifadə olunacağından ehtiyatlanırlar.
Karantin rejiminə riayət üçün texnikanın istifadə olunduğu Sinqapur təcrübəsinə gəlincə, hakimiyyət orqanları ilk gündən bu məqsədlə 30 dron işə salıb. Mexaniki itdən istifadə etmək fikri isə onunla bağlıdır ki, "itlər” insanların daha çox diqqətini cəlb edir və ləngiyən piyadaları tələsdirmək üçün ondan istifadə etmək əlverişlidir.
Qeyd edək ki, əhalisi 5,7 milyon olan Sinqapurda indiyədək koronavirusa 21 min yoluxma halı aşkar edilib. Bu, əsasən ağzınadək dolu yataqxanalarda yaşayan işçi-miqrantlar arasında müşahidə olunub.xezerxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar