Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Etibar Məmmədovun “qayıdış”ı Azərbaycan siyasətinə nə vəd edir...

Tarix: 07-01-2017 22:21     Baxış: 5592 A- / A+
 Etibar Məmmədovun “qayıdış”ı Azərbaycan siyasətinə nə vəd edir...


Elşad Musayev: “Siyasətdə ara-sıra görünmək onun taktikasıdır”;

Əli Əliyev: “Hakimiyyətdaxili dəngə həmin şəxsin siyasətə qayıdışını nəzərdə tutmur”


2003-cü ildə siyasətdən getdiyi deyən və bundan sonra ancaq Cənubi Azərbaycanın problemləri ilə məşğul olacağını bəyan edən AMİP lideri Etibar Məmmədov bu günlərdə yenidən daxili siyasətə “qayıdışı”na dair xəbərlər siyasi çevrələrdə müzakirə olunmaqdadır.

1998-ci ildə prezidentliyə müxalifətin əsas namizədi olan, bundan 5 il sonrakı seçkilərdə yenə də əsas iddiaçılardan sayılan AMİP liderinin Azərbaycan siyasətində dəyişiklik edə biləcəyi ilə bağlı mövqelər birmənalı deyil. 14 ildir siyasətdə görünməyən bir şəxsin əvvəlki nüfuzunu bərpa edəcəyinə inananlar da var, bunun əksini deyənlər də.

Doğrudur, hələ də Məmmədov siyasətə geri dönüş etdiyi ilə bağlı konkret fikir söyləmir. Amma onun son açıqlamasında hakimiyyəti dəyişmək yollarından danışması artıq AMİP liderinin tezliklə siyasi səhnədə görünəcəyinin anonsudur.

Vaxtı ilə AMİP-in rəhbərliyində təmsil olunan, sonradan istefa verərək özlərinə yeni siyasi partiya yaradan şəxslərin bununla bağlı mövqelərini aldıq.

 Etibar Məmmədovun “qayıdış”ı Azərbaycan siyasətinə nə vəd edir...

AMİP-in keçmiş baş katibi, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki, Etibar Məmmədov heç vaxt siyasətdən getməyib: “Çoxları belə düşünür, amma o siyasətin içərisində indiyə qədər olub. AMİP-lə bağlı kifayət qədər informasiyalara malik olduğumdan, Azərbaycan siyasətinin daim içərisində olduğuma görə qəti şəkildə belə düşünürəm. Sadəcə bir qədər siyasətdən geri çəkilib. Partiyasının lideridir, Beynəlxalq Demokrat İttifaqının sədr müavinidir. Görünən odur ki, bu müddət ərzində Etibar Məmmədova belə siyasət aparmaq sərfəli görünüb. Zamanında o Azərbaycanın böyük siyasətçilərindən biri olub. İndi o çapda qalanlar İsa Qəmbər, Lalə Şövkət, Rəsul Quliyev və Etibar bəyin özüdür. Zaman var idi ki, həlledici söz sahibləri bu şəxslər hesab olunurdular. 1998-ci ildə Etibar Məmmədovun, 2003-də isə İsa Qəmbərin nailiyyətləri oldu. Amma indi hərənin öz taktikası var. Bir qisim aktiv siyasətdə görünmək istəyir, digər qisim bunun əksini doğru sayır.

Etibar bəy siyasi səhnəyə çıxarsa, dəstəyinin necə olub-olmaması ilə bağlı danışmaq çox çətindir. İndiki zaman əvvəlki kimi deyil. Jurnalistin bir sualına Etibar bəy qısa bir cavab vermişdi. Bu onu göstərdi ki, siyasi dairələrdə, mətbuatda və müxalifətin daxilində bu şəxslə bağlı həssaslıq var. Bir qisim qəti şəkildə kəskin reaksiya verdi. Hiss olundu ki, bu şəxslər onun siyasətə qayıdışını istəmirlər. O şəxslər əvvəlcədən Etibar Məmmədovun əleyhinə olublar. Etibar bəyin mətbuatın içərisində az dəstəyi oldu. Perspektivdə ölkədə hansı situasiyanın olacağını zaman göstərəcək. Kimsə deyə bilməz ki, gələcəkdə vəziyyət dəyişəcək, Etibar Məmmədov gizli qüvvə kimi meydana çıxacaq, kimsə dəstək verəcək, ya yox. Amma istənilən halda Etibar bəy siyasətdə yeni sima kimi qəbul oluna bilməz.

Sadəcə, son 14 ildə siyasətdə ara-sıra görünmək Etibar Məmmədov taktikasıdır. Geri çəkilsə də, partiyası fəaliyyət göstərir, özü də biznes işləri ilə məşğuldur. Bəlkə də düşünür ki, zamanı gələndə ortaya çıxsın. Gələcəkdə bu taktikaya dəstək veriləcək-verilməyəcək, zaman göstərəcək. Onu da nəzərə almaq lazımdır ki, artıq yeni qüvvələr, simalar ortaya çıxır, yeni ideyalar yaranır. Yeni nəsil də yeni simalara maraq göstərir, çünki yaşlı siyasətçiləri yaxşı tanımır, yaxud tanımaq istəmirlər. Bu baxımdan yeni nəslin hansı münasibəti göstərəcəyindən də çox şey asılıdır. Heç bir kəsə aqressiv münasibət göstərmək də lazım deyil ki, niyə ortaya çıxdı. Vaxtı ilə müxalif mövqedə olan elə jurnalistlər var ki, indi hakimiyyətin lehinə yazırlar. İndi yazanlar da kim bilir ki, gələcəkdə hara yazacaqlar. Ona görə də mətbuatın rəyi ilə siyasət müəyyən olunmur. Xalqın seçim imkanı olsa, o zaman bilinəcək ki, kimin nüfuzu var ya yox, yaxud Etibar Məmmədov düz edib ya yox”.

 Etibar Məmmədovun “qayıdış”ı Azərbaycan siyasətinə nə vəd edir...

AMİP-ə vaxtı ilə rəhbərlik edən, hazırda Vətəndaş və İnkişaf Partiyasının sədri olan Əli Əliyev kifayət qədər eyhamlı danışdı: “O şəxsin siyasətə qayıdışı yalnız söz-söhbət səviyyəsindədir. Bu barədə bir söz demək çətindir. Onun siyasətə nə verə biləcəyinə bizim tərəfdən o vaxt mövqe bildirilə bilər ki, konkret siyasətə qayıtsın, öz iddialarını ifadə etsin. Vətəndaş və İnkişaf Partiyasının ərsəyə gəlməsi AMİP-in daxilində olan fikir ayrılıqları ilə bağlı olub. Orada kimin haqlı olub-olmamasını zaman göstərib. 2005-ci ilin parlament seçkiləri ilə bağlı yaranan narazılıqda haqlı olduğumuzu düşünürük. Əks tərəfi saxta seçkiləri legitimləşdirməkdə günahlandırmışıq və indi də o fikirdəyik. Mövqeyimiz hazırda bəllidir. O partiyanın fəal mövqeyi ortada olmayıb. İki dəfə həmin şəxsin açıqlaması olub ki, bu da konkret bir nazirlə bağlı olub. Həmin nazirin baş nazir ola biləcəyi ilə bağlı konkret açıqlamalar verib. Siyasətə qayıdacağı təqdirdə, onun barəsində daha açıq mövqe bildirəcəm. Amma hazırkı hakimiyyətdaxili dəngə, mövcud situasiya həmin şəxsin siyasətə qayıdışını nəzərdə tutmur. Hakimiyyətdaxili mübarizə kəskinləşərsə, o zaman onun fəal siyasətə qayıdışı olacaq. O zaman da həmin partiyanı daxilindən tanıyan biri kimi mövqeyimizi bildirəcəm”.

Cavanşir ABBASLI (musavat.com)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar