Xəbər lenti
Karantindən sonra bizi nələr gözləyir? - Bunları etməliyik
Artıq iki aya yaxındır koronavirus pandemiyası ilə bağlı sosial təcrid şəraitində yaşamaq insanlarda müəyyən yeni vərdişlər formalaşdırır. Təhlükənin davam etdiyini nəzərə alsaq, bir müddət də bu vəziyyətdə yaşayacağımız qaçılmazdır. Bu isə öz növbəsində psixoloji problemlərə də səbəb ola bilər. Daha bir düşündürən məsələ isə karantin bitdikdən sonra necə davranacığımızla bağlıdır. Karantindən sonrakı dövrə uyğunlaşmaq üçün hansı işlər görülməlidir?
Bununla bağlı açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, belə böhranlı zamanda bir çox insanın psixologiyasında ciddi problemlər yaranır. Onun fikrincə, ilk növbədə televiziyalarımız şit verilişlərə son qoymalı və daha faydalı, maarifləndirici verilişlər təşkil etməlidirlər.
Ə.Qəşəmoğlunun sözlərinə görə, karantin rejiminin digər sosial problemi də odur ki, bir çox insanda uzun müddət evdə qaldıqda həm psixoloji, həm də fiziki cəhətdən pozulmalar yaranır: "İnsanların təmiz havada gəzmək ehtiyacı var. Bu məhdudlaşdı. Hamının həyətində şəraiti yoxdur ki, çıxıb otursun və s. Balaca bir məkanda uzun müddət qapalı qalmaq insanın psixologiyasına və fiziki sağlamlığına ciddi təsir edir. Bu sindromların ortadan götürülməsi üçün xüsusi proqramlar olmalıdır. Bütün bunların öhdəsindən gəlmək üçün insanlara tövsiyələr verilməlidir. Xüsusilə yaşlı adamların gəzməməyi onlarda bir sıra psixi və fiziki problemlərə səbəb ola bilər. Eyni zamanda, gərginlik olan ailələrdə psixoloji pozuntuların artması çoxalacaq. Hər 100 evlənəndən 28-i boşanırsa, qapalı şəraitdə qaldıqda bu gərginlik daha da arta bilər. Ona görə də bunların hamısı ayrı-ayrı psixoloq və sosioloqların tövsiyələri ilə deyil, ciddi fəaliyyət planının hazırlanması ilə ortadan qaldırılmalıdır".
Sosioloq karantin dövründən sonra görülməsi vacib işlərdən də danışıb: "İlk görəcəyimiz iş keçid dövrünün müəyyənləşdirilməsidir. Karantin bitəndən sonra insanları arxayın salmaq olmaz. Bir qism insan psixoloji olaraq qorxa-qorxa çölə çıxacaq, əlini ora-bura vurmaqdan çəkinəcək. Bir qismi isə hay-küylə təhlükəsizlik tədbirlərini gözləmədən fəaliyyətə başlayacaq. Halbuki hələ ehtiyatlı davranmaq lazım olacaq. Ona görə ilk işimiz keçid dövrünü müəyyənləşdirməkdir. Sanki minalanmış bir zonaya daxil olunur kimi insanlar ətrafı ehtiyatla yoxlamalı, o cür hərəkət etməlidirlər. Həm minaların qorxusundan çölə çıxmamaq psixologiyasında olmaq olmaz, həm də ehtiyatlı olmalıyıq.
İkincisi, ölkənin inkişafı istiqamətində fəliyyətimiz olmalıdır. Bu həm özümüzdən, həm də ətrafımızdan başlayır. Əvvala, çalışmalıyıq ki, həm özümüzdə, həm də ətrafımızda sağlamlıq mədəniyyətini inkişaf etdirək. İnsanların sağlamlıq barədə təsəvvürlərini dəyişək. Gigiyena qaydalarına əməl etmək, immuniteti yüksəltmək istiqamətində təcrübələr qazanmaq lazımdır. Sağlamlıq mədəniyyəti ilə bağlı ciddi işimiz olmalıdır. Burda Səhiyyə Nazirliyinin üzərinə də böyük işlər düşür . Yeni qanunlar qəbul olunmalıdır. Təhsil müəssisələrində bu məsləyə diqqət xeyli artırılmalıdır. Çalışmaq lazımdır ki, insanlar indi olduğu kimi səhlənkarlıq etməsinlər. Vətəndaşlıq hislərini gücləndirmək lazımdır. Bu hadisələr göstərdi ki, qəfildən sərhədlər bağlana, ən doğma ölkəyə də getmək mümkün olmaya bilir. Ölkə təcrid olunmuş şəkildə qalır. Ona görə biz insanlarda elə psixologiya formalaşdırmalıyıq ki, bir-birinə yardım etməkdə, qarşılıqlı münasibətdə, bir-birini inkişaf etdirməkdə vərdişləri formalaşsın".
Sosioloq qeyd edib ki, bu vəziyyətdən sonra iqtisadiyyatımız müəyyən zərbə alacaq: "İş yerləri ilə bağlı problemlər yarana bilər. Elə proqramlar qəbul olunmalıdır ki, insanlar işsizlik bəlasına düşməsinlər. Bunun üçün imkanlarımız var. Aqrar sektoru inkişaf etdirmək vacibdir. Kəndlərdə xeyli istifadəsiz torpaqlar var. Bu torpaqlarda məşğul olmaq üçün imkan yaratmaq lazımdır. Elə etmək lazımdır ki, kəndli ancaq istehsalla məşğul olsun. O həm kredit, həm gübrə, həm traktor, həm də bazar axtarmasın.
Bundan başqa, indi elmi idarəetmə dövrüdür. Elmi təminatdan hər tərəfdə istifadə etmək lazımdır. İqtisadiyyatı inkişaf etdirməyə böyük ehtiyac var. Oğurluq, rüşvətxorluq kimi iqtisadiyyata zərbə vuran davranışlardan uzaq durmaq vacibdir ki, ölkə inkişaf edə bilsin. Yəni çalışmalıyıq ki, elmin köməyi ilə ölkədə ahəngdar inkişaf üçün lazım olan bütün işləri görəcək".lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar